Stresdən necə çıxmaq olar?

Stresdən necə çıxmaq olar?Stress orqanizmdə əsəb sisteminin normal vəziyyətdən kənara çıxması prosesidir. Stressin o qədər çox formaları var ki, buna tərif vermək çox çətindir.

Hər bir insan stressi müxtəlif formada qəbul edir. Vəziyyətə görə stress həm faydalı, həm də zərərli ola bilər. Performansımız üçün bizi motivasiya edirsə və həyatımızda müsbət dəyişikliklərə gətirib çıxarırsa, bu stress faydalıdır. Stress olmasaydı, həyat darıxdırıcı, sıxıcı olar və heç bir şəkildə biz rahat yaşaya bilməzdik.

Ekspress.az bildirir ki, psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, stress yuxu rejimini tarazlayan serotonin və melatonin hormonlarına təsir edir və bunun nəticəsində yuxusuzluq problemi yaranır. Yuxusuz qalmaq isə baş ağrısı, təzyiq balanssızlığı, həzm problemləri və immunitet sisteminin zəifləməsi kimi simptomlarla sosial həyatda problemlər yaradır.

"Stressi ümumiyyətlə iki kateqoriyaya ayıra bilərik - xəbərdar edən və ya reaksiya. Başımızdan keçən bir vəziyyət və ya hadisə nəticəsində stress bizi xəbərdar edə bilər. Bu hadisə avtomobil qəzası, iş yerində mübahisə, işini itirmə və ya sevdiyiniz bir adamın ölməsi kimi, fiziki və ruhi bir vəziyyət ola bilər. Stress eyni zamanda bizim bu hadisəyə qarşı ruhi və ya fiziki reaksiyamız da ola bilər".

Psixoloq bildirir ki, stress özünü sabit fikirlər, narahatlıq, qorxu, kədər, əsəbilik, hirslilik, davamlı unutqanlıq, təklik, diqqət əskikliyi, qərarsızlıq, ümidsizlik, yuxusuzluq, kabus görmə, depressiya və son olaraq intiharla büruzə verir. Stressə düşmüş şəxslərdə əzələ gərginliyi, əzələ spazmı, baş ağrısı, miqren, diş qıcatma, yorğunluq, halsızlıq, qəbizlik, ishal, həzmsizlik, xora, titrəmə, astma, yüksək təzyiq, təngənəfəslik baş verir.

Müsahibimizin dediyinə görə, stress ürək xəstəliklərinin, xərçəngin, tənəffüs yolları xəstəliklərinin, oynaq iltahablarının, mədə-bağırsaq pozuntularının, yuxusuzluğun, psixoloji narahatlıqların (depressiya, intihar), psixomatik narahatlıqların, dəri xəstəliklərinin, xroniki ağrı və sancıların başlıca səbəblərindən biridir. Bütün bu xəstəliklərin tək səbəbini stressə bağlaya bilmərik. Ancaq stressin bu xəstəliklərin meydana gəlməsindəki əhəmiyyətli rolunu da unutmaq olmaz.

Bir çox ölkədə stress ürək xəstəliklərinin öndə gedən səbəblərindən biridir. Narahatlıq, qorxu və hirs insanı ürək xəstəliklərinə daha tez yaxalayır. İsveçrədə aparılan bir araşdırma zamanı infarkta səbəb olan damar sərtləşməsinin əsas səbəbinin stress oduğu məlum olub. Belə ki, stress testləri edilən xəstələrin damarları daralıb, qan axını azalıb, təzyiqləri artıb və ürək atış ritmi yüksəlib. Kiçik diametrdə yaşanan gündəlik streslər insanı pessimizmə, əsəbiliyə və yorğunluğa gətirib çıxarır. Stress xronikiləşməyə başladığı zaman, stress hormonları depressiya, həyacan kimi davranış pozuntularına, hətta yaddaş itkisinə səbəb ola bilər.

"Stresdən uzaq olmaq üçün yatmadan əvvəl bitki çayları içmək lazımdır. Saat 19.00-dan sonra yemək yeməyin. Qəhvə və kola kimi kafein tərkibli, xəbərdarlıqçı xüsusiyyəti olan içkilər içməyin. Stress anında bədənimiz, daha az adrenalin ifraz edir. Bu əskiklik xüsusilə baş ağrısı və miqren mövzusunda həssas olanlara təsir edər. Stressin verdiyi adrenalin əskikliyini ödəmək üçün idman etmək məsləhətdir. Nizamlı məşq beyin damarlarına gedən oksigeni tənzimləyir və stress anında meydana gələn baş ağrısı riskini azaldır".

Stresli mühitlər immunitet sistemini yavaşlatdığı üçün xəstəlik və mikroblara qarşı mübarizə gücünü də azaldır. Bunun nəticəsində insan özünü davamlı halsız və yorğun hiss edir. Bol tərəvəz və kivi, portağal, C vitamin ilə zəngin meyvələr stressin qarşısını alır. Stress zamanı adrenalinin azalması həzm sisteminin də yavaşlamasına səbəb olur. Yediyimiz yeməklərin yavaş həzm edilməsi mədə sancıları, qaz və bulanma şikayətlərini artırır. Bunun qarşısını almaq üçün isə lifli qidalar və prebiotik tərkibli yeməklərə üstünlük vermək məsləhətdir.

Psixoloq deyir ki, stressə düşmüş insanlar çox zaman bu vəziyyətdən çıxa bilmədikıəri üçün ruhi vəziyyətləri pozulur və intihara əl atırlar. İntihar çox zaman stressə düşmüş insanların son çarəsi olur. F.Məmmədzadənin sözlərinə görə, belə hadisələr ən çox qış aylarında baş verir. Günəş şüalarının yetərli olmaması orqanizmi gücdən salır və sonradan baş verən hər hansı hadisə stressə yol açır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1995   Tarix: 28 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 309
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12.09.2026 279
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2422
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 236
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13.09.2026 518
.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

06.09.2026 306
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 276
.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14.09.2026 372
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 415
.