Havanın çirklənməsi xroniki öskürək yarada bilər
İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin professoru Bilun Gemicioğlu çirklənmiş havanın tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təhlükəli olduğunu deyib.
BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, professor iki aydan çox davam edən xroniki öskürəyin səbəbinin hava çirkliliyi ola biləcəyini ifadə edib.
B.Gemicioğlu qeyd edib ki, havanın çirklənməsi səbəbindən dünyada hər il milyonlarla insan həyatını itirir. Sürətli və plansız urbanizasiya, nəqliyyatın hərəkəti, keyfiyyətsiz yanacağın istifadəsi, fabrik və zavodların sayının artması kimi müxtəlif səbəblərdən 30-dan çox kimyəvi maddə havanı çirkləndirir: "Aldığınız hər nəfəs bədənə zərər verir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Havanın çirklənməsi bütün dünyada günü-gündən artmağa davam edən böyük bir problemdir. Bu göstəricidən dünya əhalisinin 90 faizi təsirlənir. Hava çirkliliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlar var. Təəssüf ki, dünyanın bir çox yerində hava çirklənməsi bu standartların üstündədir. Hava çirklənməsi ürək-damar problemləri, astma və digər ağciyər xəstəlikləri olan insanlarda ağırlaşmaya, hətta insult və pnevmoniyaya səbəb olur. Risk qruplarına 65 yaşdan yuxarı insanlar və uşaqlar, eyni zamanda qeyd edilən xəstəliklərdən əziyyət çəkənlər daxildir",- deyə bildirib.
Ana bətnində olan körpələrdə havanın çirklənməsi səbəbindən gələcəkdə sağlamlıq problemlərinin yaranacağını qeyd edən professor deyib: "Hava çirklənməsi göstəriciləri müəyyən edilən risk normalarına uyğun olarsa, çoxlu sayda insanın ölümünün qarşısı alına bilər. Son illərdə aparılan araşdırmalara görə, dünyada 9 milyon insan havanın çirklənməsinin yaratdığı bəzi xəstəliklərə sahibdir. Bu problemlərə pnevmoniya, insult, ağciyər xəstəlikləri, xərçəng daxildir".
Professor insanlarda yaranan xroniki öskürəyin bir çox səbəbinin olduğunu qeyd edib: "Soyuqdəymə və ya müəyyən hava-damcı infeksiyaları xroniki öskürəyə səbəb olur. Lakin iki aydan çox davam edən öskürəyinizin səbəbi havanın çirklənməsi ola bilər".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 298 Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
06.09.2026 309 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 380 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 332 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 355 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 327 Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13.09.2026 408 Demensiyadan qorunmağın YOLLARI
"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"
06.09.2026 276 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 398