İtirilən yaddaşı qaytara bilən QİDALAR

İtirilən yaddaşı qaytara bilən QİDALARBu yaxınlarda Avstraliyanın Kvinslend Universitetinin nevroloqları beyinə yaddaşı bərpa etməyə və insultdan sonra özünü bərpa etməyə kömək edən mineral kəşf ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar hansı qidalarda bu mikroelement olduğunu müəyyən ediblər.

Bu mineral dəniz məhsulları, tam taxıl çörəkləri, Braziliya qoz-fındıqları və ətlərdə tapıla bilən seleniumdur. Avstraliyalı tədqiqatçılar seleniumun beyin yaşlanmasına necə təsir etdiyini öyrənmək üçün köhnə gəmiricilər üzərində təcrübə aparıblar. Onlar siçanlara bu mineralla qidalar verməyə başlayıblar. Nəticədə yaşlarının irəliləməsinə baxmayaraq, yeni neyronların istehsalını artırdıqlarını və onların idrak qabiliyyətlərinin zamanla yaxşılaşdığını görüblər.

Tədqiqatçılar həmçinin insult keçirmiş gəmiricilərdə seleniumun yaddaşa, konsentrasiyaya və qəbulediciliyə necə təsir etdiyi ilə də maraqlanıblar. Nəticələr göstərib ki, selen insultdan sonra gəmiricilərdə idrak qabiliyyətlərini bərpa etməyə kömək edib.

"Gənc gəmiricilər yaddaş və həssaslıq testlərinin öhdəsindən asanlıqla gələ bilirlər, lakin insultdan sonra bunu edə bilmirlər. Amma biz onlara selenium əlavələri verməyə başlayanda onların koqnitiv qabiliyyətləri bərpa olunmağa başlayıb", - araşdırmanın müəllifi Tara Uolker izah edib.

Tədqiqatçılar hesab edirlər ki, onların kəşfi yaşlı insanlarda beyin funksiyasını yaxşılaşdırmaq üçün yeni metodların işlənib hazırlanmasına kömək edə bilər. Bununla belə, onlar xəbərdarlıq edirlər ki, selenium əlavələri çox zərurət olmadıqca qəbul edilməməlidir və mineralın həddindən artıq miqdarı orqanizmə zərər verə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1787   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 298
.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

06.09.2026 309
.

Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?

Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla

18.09.2026 380
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 332
.

Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı

Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b

04.09.2026 355
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

08.09.2026 327
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13.09.2026 408
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 276
.

Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb

Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az

09.09.2026 398
.