"Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir" – ŞƏRH
"Son hadisələr göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi mina xəritələrinin verilməsində də süni əngəllər yaradır, Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərmir və beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir".
Bu fikirləri Oxu.Az-a politoloq İlqar Vəlizadə erməni təxribatı nəticəsində basdırılmış mina partlaması ilə 3 hərbçimizin xəsarət alması haqqında danışarkən deyib.
O xatırladıb ki, ermənilərin mina təxribatının nəticəsində faciəvi hadisələr davam edir, itkilərimiz artır:
"Beynəlxalq təsisatlar, təşkilatlar səviyyəsində dəfələrlə bu məsələləri qaldırmalıyıq. Azərbaycan tərəfi Ermənistana iradlarını dönə-dönə bildirməlidir ki, nəticədə heç olmasa beynəlxalq təşkilatlar ermənilərdən bunu tələb edə bilsin. Ermənistanın onsuz da xoşagəlməz imici formalaşıb. Rəsmi İrəvan hansısa tədbirlər görməlidir ki, bunu heç olmasa yaxşıya doğru dəyişə bilsin.
Beynəlxalq hüquq normalarına, qoşulduğu konvensiyaların şərtlərinə, o cümlədən minalarla əlaqədar konvensiyanın tələblərinə əməl etməyən, hüquq prinsiplərini pozan Ermənistana heç kim təsir etməyib. İndi də vasitəçi ölkələr, beynəlxalq təşkilatlar Paşinyan hakimiyyətinə təsir göstərmirlər. İstənilən halda biz çalışmalıyıq beynəlxalq səviyyədə Ermənistanın yararsız siyasətinə diqqətin cəlb olunmasını təmin edək. Başqa çıxış yolumuz qalmır.
Digər tərəfdən müxtəlif səviyyələrdə müzakirələr aparılır ki, Ermənistan Azərbaycana təzminat ödəsin. Düşünürəm ki, digər qanun pozuntuları ilə yanaşı mina terroru ilə bağlı da Azərbaycana dəyən zərərin ödənilməsi beynəlxalq məhkəmələrin diqqətində olmalıdır. Bu məsələ ilə bağlı hüquqşünaslar, mütəxəssislər işləməlidirlər ki, Ermənistan mina terroruna görə məsuliyyətə cəlb edilsin".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 667 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKüləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 303 Temperatur 10° enəcək - Xəbərdarlıq
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
13.11.2026 446 5 il əvvəl çıxdığı işə qayıdır?
Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c
13.11.2026 394 Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki
13.11.2026 252 Tovuzda hamilə bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır
13.11.2026 327 "Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 434 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 287 Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil
ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"
13.11.2026 278 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 299