Baş nazir: "Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq"

Baş nazir: "Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq""Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq".

"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən "Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı"nda çıxışı zamanı deyib.

O bildirib ki, H.Əliyevi fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan təkrarolunmaz lider hesab edirdilər:

"Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər. Bunu mən 6 il ərzində ulu öndərin yanında çalışmaq, onun köməkçisi olmaq, əksər görüşlərində və qəbullarında iştirak etmək, xarici səfərlərdə onu müşayiət etmək şərəfinə və xoşbəxtliyinə nail olan bir insan kimi tam səmimiyyətimlə deyirəm. Heydər Əliyevin yanında işləmək çox böyük məsuliyyət tələb edirdi. Eyni zamanda, həm də çox qürurverici idi. Onunla işləyən, ünsiyyətdə olan hər kəs ondan çox şey öyrənib".

"Həm ali məktəbdə müəllim, həm Milli Məclisin deputatı, həm də Heydər Əliyevin köməkçisi işlədiyim dövrdə ulu öndər mənim müəllimim olub, ondan çox şey öyrənmişəm – həm peşəkar fəaliyyətimdə, həm şəxsi həyatda Heydər Əliyevi hər zaman özümün ən böyük müəllimi hesab etmişəm. Ulu öndərin məşhur kəlamına əsaslanaraq bu gün demək istəyirəm ki, mən hər zaman fəxr etmişəm və hər zaman fəxr edəcəyəm ki, Heydər Əliyevin köməkçisi olmuşam, Heydər Əliyev məktəbini keçmişəm. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz ulu öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq", - Ə.Əsədov vurğulayıb.

Baş nazir bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndərin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır:

"Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin. Ulu öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi".

O xatırladıb ki, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilib və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib:

"Prezident İlham Əliyev müvafiq sərəncamı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək".

"Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi və dəmir iradəsi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı. Eyni zamanda, qəbul etdiyi insanlarla çox mehriban ünsiyyət yaradırdı, sadə və səmimi idi, tərəf-müqabilinin problemlərinə çox böyük həssaslıq, diqqət və qayğı ilə yanaşırdı. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq", - Baş nazir əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 02 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 169
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

12:17 91
.

Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi

04.11.2026 326
.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

04.11.2026 344
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 342
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 163
.

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını

04.11.2026 343
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 159
.

Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon

Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə

04.11.2026 527
.