Heydər Əliyevin 100 illiyi münasibətilə pul nişanları tədavülə buraxıldı - FOTO
Azərbaycan Mərkəzi Bankında (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, mərasimdə çıxış edən AMB-nin sədri Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan edib: "H.Əliyevin 100 illik yubileyi münasibətilə AMB ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir. Eyni zamanda, ənənəmizə sadiq qalaraq Ulu Öndərin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxırıq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını AMB hayata keçirəcək. Bu barədə ictimayətə əlavə məlumat veriləcək".
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanıb və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2390 Tarix: 05 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu
"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub
17.08.2026 267 Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri
"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Asi
17.08.2026 184 Kupçasız torpağın sahibi necə müəyyənləşdirilir? - Vacib izah
"Sənədsiz torpaq dedikdə faktiki istifadə olunan, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan torpaq sahələri nəzərdə tutulur. Bunlara sovet dövründə ayrılmış, bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən verilmiş, bağ massivlərində istifadə olunan, vərəsəlik yolu ilə keçən, lakin rəsmiləşdirilməyən
17.08.2026 316 Ekspert: "Dronlar müharibənin ucuz silahıdır, amma təsiri heç də ucuz deyil"
"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Rusiya-Ukrayna, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr, eləcə də yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların
17.08.2026 177 Sahibkarlardan rüşvət alan daha bir vergi işçisi həbs edildi
Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Ba
17.08.2026 161 İki məktəb direktoru işdən çıxarıldı
Bakıda iki məktəb direktoru vəzifədən azad olunub. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, paytaxtın Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin direktor
17.08.2026 300 Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA
İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri
17.08.2026 207 Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 və KIA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib. "Xəzər"
17.08.2026 410 Bu il 1420 əkiz, 57 üçəm doğulub
Cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb
17.08.2026 135