Smart tipli qaz sayğaclar LƏĞV EDİLİR: Yerinə bu sayğaclar quraşdırılacaq
Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə "ağıllı" sayğac quraşdırılıb.
BiG.AZ xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə qurum "ağıllı" sayğacların quraşdırılması prosesinə MTK-lardan başlayıb:
"40 min civarında mexaniki tipli sayğacı "ağıllı" sayğaca çevirən cihazlar quraşdırılıb. Hansı ki, MTK-da yaşayan abonentlərin bütün məlumatlarını, hansı limitdədir, borclarını və sərfiyyatının nə qədər olduğunu o sayğaclarda görmək olur. Mərhələli şəkildə bu sayğacların digər binalara və fərdi yaşayış evlərinə də koordinasiyasını təşkil edəcəyik".
Eldəniz Vəliyev əlavə edib ki, sözügedən sayğaclar kütləvilik xarakteri daşıyacaq və bütün abonentlər bir sistemin daşıyıcısı olacaq:
"Quraşdırılan "ağıllı" sayğaclar "Azəriqaz" İB-nin öz maddi hesabına həyata keçirilir. O ki qaldı smart tipli sayğaclara da o cihazın qoyulub-qoyulmamasına, bu sayğaclar əvvəlcədən ödənişli olduğuna görə onlara tətbiq olunmayacaq. Bilirsiz ki, yavaş-yavaş smart tipli sayğacların dövriyyədən çıxarılma prosesi gedir.
Gələcəkdə bu sayğaclar daha modern və ağıllı sayğaclarla əvəzlənəcək. Yəni fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə smart tipli sayğaclar dövriyyədən çıxacaq", - deyə qurum rəsmisi əlavə edib.
Məlumat üçün bildirək ki, "ağıllı" sayğacların ən əsas üstünlüyü ondan ibarətdir ki, onlar təkcə istehlak edilmiş qazla bağlı məlumatları deyil, həm də özünüdiaqnostika, fövqəladə vəziyyətlər və nasazlıqlar barədə məlumatları da ötürür.
Cihaz həmçinin idarə olunan qaz parametrlərinin icazə verilən həddən artıq olub-olmamasına da nəzarət edir. Qazın verilməsində nasazlıqlar yaranarsa, göstəricilər sistem tərəfindən qeydə alınır və cihazın yaddaşında saxlanılır, sonra avtomatik olaraq "Azəriqaz" serverinə ötürülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1037 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
04.11.2026 224 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
04.11.2026 391 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
04.11.2026 261 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
04.11.2026 215 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 214 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 223 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü
04.11.2026 238 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 245 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 194