Gənc oğlan kənddən qaçan arvadını tapdı, otelə apardı və sonra... - Azərbaycanda ŞOK

Gənc oğlan kənddən qaçan arvadını tapdı, otelə apardı və sonra... - Azərbaycanda ŞOKCəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Cavid 1996-cı il təvəllüdlü həyat yoldaşı Afəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Cavid Güzdək qəsəbəsində fəhlə işlədiyi daş karxanasında olarkən həm əmisi oğlu Vüqarın, həm də özünün mobil telefonundan arvadı Afətə dəfələrlə zəng edib, telefon söhbəti zamanı qısqanclıq zəminində onunla mübahisə edib.

2022-ci ilin aprelin 14-də telefon danışığında Afət onun bu hərəkətlərindən bezdiyini, iki azyaşlı uşağı ilə bərabər Cəlilabad rayonunda yaşadıqları evdən çıxmaqla Bakı şəhərinə gəlib, ondan ayrı yaşamaq və boşanmaq istədiyini deyib.

Otel otağında qanlı dava

Bu zaman Cavid Afəti öldürəcəyini bildirib. Bundan qorxuya düşən Afət qohumu ilə birgə Bakı şəhərinə gəlib və anası ilə müxtəlif ünvanlarda kirayələdiyi mənzillərdə qalıb.

2022-ci il iyunun 2-də Cavid vatsap vasitəsilə Afətlə əlaqə yaradıb, Bakı şəhərindəki otellərin birində görüşmək istədiyini, bundan sonra onunla boşanacağı barədə yalan vəd verib. Afəti iyunun 3-də saat 15.00-da "Park Bulvar" ticarət mərkəzinin qarşısında görüşməyə razı salıb. Həmin gün saat 15.50-də həmin ünvana çatan Afətlə taksidə L.Tolstoy küçəsində yerləşən "Citadel" otelinə yollanıb.

Otelin 5 saylı otağı icarələyərək razılaşma əsasında Afətlə iki dəfə cinsi əlaqədə olub. Saat 18.20-də radələrində otağı səliqəyə salmaqla sonuncudan hansı səbəbdən görüşə gec gəldiyini soruşub, ona xəyanət etdiyini dediyi zaman yenidən mübahisə yaranıb.

Bu zaman Cavid Afətə şillə vurub. Əşyalarını götürərək otaqdan çıxmaq istəyən Afətə ov bıçağı ilə zərbələr endirməyə başlayıb. Amma tibbi yardım göstərilməsi səbəbindən qadının həyatı xilas edilib.

"Günəmuzd işləyib, ailəmi dolandırmışam"

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (x üsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Afətlə 2014-cü il sentyabrın 30-da bağladığı nikahdan iki azyaşlı övladı var: "2022-ci ilin aprelindən Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləmişəm, bir həftə orada gecələmişəm. Bir həftə isə kənddə qalaraq günəmuzd işləmişəm, ailəmi dolandırmışam".

"Polisə müraciət etdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci il aprelin 14-də Afətə zəng edib və onunla mübahisə edib: "Həmin zaman saat 10 radələrində kənddə yaşayan əmim oğlu mənə zəng edərək Afətin uşaqlarını götürməklə evi tərk etdiyini dedi.

Mən də işdən icazə alaraq Cəlilabad rayonuna getdim və Afətin yaşadığımız evdən uşaqlarla özbaşına çıxması barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etdim. Göstərilən müddətdən Afətdən və uşaqlarımdan heç bir xəbərim olmadı".

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci il mayın ortalarında Afətin əmisi ona zəng edib və Afətlə barışmaq arzulayıb-arzulamadığını soruşub: "Ona müsbət cavab verdim, arvadımın məni telefonda blokdan çıxarmasını xahiş etdim.

Danışıqdan bir neçə dəqiqə ötmüş Afət mənə vatsapda mesaj yazdı. Biz övladlarımı vaxtaşırı görməyim barədə razılaşdıq".

"İki dəfə cinsi əlaqədə olduq"

Cavid bildirib ki, 2022-ci il iyunun 2-də işdə olduğu zaman qayınatası vatsapda zəng vuraraq onunla Afətin boşanmalarını istəmədiyini deyib:

"Sonra arvadım mənə vatsapda mesaj yazdı, növbəti gün saat 15.00-da Bakı bulvarında görüşməyi təklif etdi. Mən də etiraz etmədim. İyunun 3-də səhər saatlarından bulvarda gəzərək vaxt keçirdim. Saat 15.00-da Afətə mesaj göndərməklə onun harada qalması, gecikməsinin səbəbini ilə maraqlandım. Arvadım Dərnəgüldə olduğunu dedi.

Afət zəng edib azıb gəldiyini söyləyəndə kişi səsi eşitdiyimdən qısqandım. Saat 15.50-də Afət telefon bağlantısı yaradaraq artıq "Park Bulvar" ticarət mərkəzinin yanında olduğunu dedi. Təxminən 10 dəqiqə keçmiş görüşdük. Taksiyə minərək "Citadel" adlı otelə getdik. Oraya çatdıqdan sonra qeydiyyatdan keçməklə 5 saylı otaqda əvvəlcədən razılaşdığımız kimi iki dəfə cinsi əlaqədə olduq".

"Xəsarətləri xatırlamıram"

Təqsirləndirilən şəxs deyib ki, söhbət əsnasında ailələrini bərpa etmək üçün cəhd göstərsə də, Afət münasibətlərinin davam etməsini istəmədiyini bildirib: "Mən Dərnəgüldə kiminlə birlikdə olduğunu soruşdum. Arvadım yaxın qohumlarımın ünvanına nalayiq ifadələr işlətdi. Sonra dedi ki, nə sözün var, tez de, vaxtım yoxdur, gözləyənim var. Sonra üzünü çevirərək getmək istədi. Mən güclü həyəcan hissi keçirdim.

Arxadan Afətin ağzından tutdum və hamama salaraq ona bıçaqla xəsarət yetirmək üçün özümə tərəf çəkdim. Arvadım əlləri ilə mənə müqavimət göstərdiyindən istədiyimə nail ola bilmədim. Bu zaman şalvarımın arxa sağ cibində olan ov bıçağını çıxardım və ilk öncə Afətin kürək nahiyəsindən zərbə endirdim. Onun başqa hansı nahiyələrinə bıçaq xəsarətləri yetirdiyimi xatırlamıram".

"Öldürmək niyyətim olmayıb"

Cavid qeyd edib ki, Afəti buraxdığı vaxt "kömək edin" deyə qışqırıb: "Səsi kənar şəxslərin eşitdiyini ehtimal etdiyimdən bıçağı yerə ataraq oteldən qaçdım. Bir azdan özümə gələndə hadisə barədə qardaşıma xəbər verdim.

Yolüstü taksilərdən birinə əyləşərək Cəlilabad rayonuna yollandım və dərhal polis şöbəsinə gedərək təslim oldum. Polis əməkdaşları tərəfindən Bakı şəhərinə gətirildim.

Mən Afəti çox sevirəm, o da məni istəyir. Arvadımla ayrılmaq istəməmişəm. Onu qorxutmaq istəmişəm, öldürmək niyyətim olmayıb. Əməlimdən həddindən çox peşmanam".

"Məni və uşaqları öldürməklə hədələdi"

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Afətin sözlərinə görə, Cavid onun əridir, çox qısqanc olduğu üçün dəfələrlə onu danlayıb və hətta döydüyü vaxt da olub:

"2022-ci il aprelin 4-də telefon danışığı zamanı Cavidin bu davranışlarından bezdiyimdən ayrılmaq istədiyimi dedim. Cavid məni və uşaqları öldürməklə hədələdi. Sonradan əmim və onun arvadının köməkliyi ilə Bakı şəhərinə gələrək kirayədə qaldım.

2022-ci il may ayının ortalarında əmimin xahişi ilə Cavidi telefonda blokdan çıxardım. Cavid hər gün uşaqlarla danışdı. Bəzən mənimlə barışmaq istədiyini bildirsə də, mən razılaşmadım".

"Məni xəyanətdə ittiham elədi"

Zərərçəkmiş qeyd edib ki, 2022-ci il iyunun 2-də Cavid ona zəng edib: "Cavid həm görüşmək, həmçinin oteldə cinsi əlaqədə olmaq istədiyini söylədi. Mən əvvəlcə etiraz etdim. Növbəti gün Cavid görüşdən sonra boşanacağını vəd etdiyindən məni razı saldı.

Otelə gəldiyimiz zaman könüllü olaraq Cavidlə cinsi əlaqədə oldum. Sonradan söhbət zamanı Cavid məni xəyanətdə ittiham etdi. Mən ona şillə vurdum.

Cavid mənim pulqabıma baxdığı vaxt işə qəbulla bağlı göndəriş vərəqəsini görməməsi üçün götürdüm, pulqabını stulun üzərinə qoydum. Cavid arxadan mənə yaxınlaşdı. Əli ilə ağzımdan və burnumdan tutaraq mən hamam otağının qarşısına çəkdi. Daha sonra cibindən nə isə çıxarıb kürəyimə vurduğunu hiss etdim.

Müqavimət göstərdim, yalvardım, amma Cavid məhəl qoymayaraq bir neçə bıçaq zərbəsi endirdikdən sonra bıçağl boynuma söykədi. Başımı kəsmək istəyərkən ağzımı tutduğu əli boşa çıxdığından qışqırıq səsimi oteldə olan digər şəxslər eşitdilər.

Cavid qorxaraq əlindəki bıçağı yerə atdı və otaqdan qaçdı. Bir azdan qeydiyyatçı qız içəri daxil olaraq təcili tibbi yardım çağırdığını dedi. Başqa otaqdan dəsmal gətirərək kürəyimi bağladı. Məni xəstəxanaya apardılar, orada əməliyyat olundum".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Cavid 8 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2436   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Quş əti bahalaşacaq? Ekspertlər cavabı verdi

"Türkiyədən quş ətinə qoyulan qadağa Azərbaycanda qiymətlərin yüksəlməsinə ciddi təsir göstərməyəcək. Ölkədə quş ətinə olan tələbatın təxminən 70%-i yerli istehsal hesabına ödənilir. Dondurulmuş quş əti məhsulları isə əsasən MDB ölkələrindən idxal olunur". Bunu BİG.AZ-a açıqlamasında iqtisadç

14:37 234
.

Sabirabadda bir ailənin 4 üzvü qidadan zəhərləndi: 11 yaşlı uşaq öldü

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. -ın APA-ya istinadən məlumatına görə, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib. Mədələri yuyulandan sonra evə buraxılan ail

18:30 193
.

Döyməsi olan qadınların ortaq xarakter xüsusiyyəti var - ARAŞDIRMA

Döymələr uzun illərdir özünüifadə və incəsənət forması kimi qəbul olunur. Aparılan araşdırmalar göstərib ki, döyməsi olan qadınların özünə hörmət səviyyəsi, xüsusilə bir neçə döyməyə malik olanlardan, daha yüksək olur. xarici mediaya istinadla xəbər verir ki, döyməyə sahib qadınlar gözəllik standartlar

18:15 164
.

Qırmızı ətin bahalaşması toyuq və balığa da təsir edir

"Toyuq, qırmızı ət və balıq əsas zülal mənbələridir və bir-birinin əvəzedicisi kimi çıxış edə bilər". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, qırmızı ətin qiymətinin artması tez-tez toyuq və balığın qiymətinin də yüksəlməsinə səbəb olur, çünki vətənda

15:12 259
.

İranda etirazlarda ölənlərin sayı 162 mini keçib

ABŞ-da yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi, İranda iqtisadi problemlər üzündən 28 dekabr 2025-ci ildə başlayan və 8-9 yanvar tarixlərində təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etirazlarda həyatını itirənlərin sayının 7002 olduğunu açıqladı. BİG.AZ CNN-ə istinadən xəbər veri

12:53 242
.

Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...

Sosial şəbəkələrdə mini gizli kameraların satışı ilə bağlı paylaşılan elan müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, əsasən "TikTok" platformasında elektron ticarət məqsədilə yaradılmış səhifədə düymə ölçülü kameralar gündəlik əşyalar kimi açıq şəkildə satışa çıxarılıb

17:50 214
.

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - Adlar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkə

16:41 230
.

Ramiz Mehdiyevin evindən 17 milyon pul çıxıb - Video

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bu barədə qeyd edilib. Məlum olu

14:07 511
.

Vitrində başqa, kassada başqa: Alıcıların cibindən 500 milyon manat çıxır

Bəzi dükanlarda istehlakçılar vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında uyğunsuzluqla qarşılaşırlar. Belə hallar alıcı narazılığına səbəb olur və mövcud qaydalara zidd sayılır. Mövcud normalara əsasən, məhsul alıcıya üzərində və ya vitrində qeyd edilən qiymətlə satılmalıdır

20:30 93
.

TOP MP3