KİV: "Ukrayna yorucu artilleriya müharibəsində sürətli irəliləyişə çalışır"
"Kiyev yorucu artilleriya müharibəsinin heç bir tərəfə əhəmiyyətli ərazi qazancı gətirmədiyi indiki vəziyyətdə sürətli irəliləyiş əldə etməyə çalışır. Eyni zamanda, Ukrayna rəsmiləri ehtiyat edirlər ki, Silahlı Qüvvələrin əks-hücumları cəmiyyətin yüksək gözləntilərini doğrultmaya bilər və bu, "emosional məyusluğa" səbəb olacaq".
"Report" xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
Qeyd edilir ki, bir çox ekspertlər Moskvanın Luqansk və Donetsk vilayətlərinin və Krım yarımadasının bir hissəsinin əlində olduğu bir vaxtda rusiyalıları işğaldan əvvəlki mövqelərə geri oturtmağın çətin olacağına inanırlar.
"İnanıram ki, döyüş meydanında nə qədər çox qələbə qazansaq, o qədər çox insan bizə inanacaq, bu, daha çox kömək alacağımız deməkdir", - Ukrayna Prezidenti Volodimir Zelenski mətbu orqana bildirib.
Nəşr qeyd edir ki, hücum əməliyyatları çox vaxt böyük üstünlük tələb edir. Bununla belə, Rusiya hərbçiləri bütün cəbhə xətti boyunca yaxşı möhkəmləndirilmiş müdafiə xətti qurublar, ona görə də Ukrayna hərbçilərinin nə qədər irəliləyəcəyini təxmin etmək çətindir. Bundan əlavə, uğursuzluq halında Ukraynanın beynəlxalq hərbi yardımı itirə biləcəyi və ya Rusiya ilə danışıqları bərpa etmək üçün təzyiqlə üzləşə biləcəyi ilə bağlı qorxular var. Belə olan halda Rusiya şübhəsiz ki, Ukraynanın qəbuledilməz saydığı onsuz da işğal olunmuş ərazilərin "təslim olmasını" tələb edəcək.
Öz növbəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov qeyd edib ki, Ukraynanın əks-hücum əməliyyatından gözləntiləri çox yüksək qiymətləndirilir. Onun sözlərinə görə, çoxları "böyük bir şey" gözləyir və bu, emosional məyusluğa səbəb ola bilər. Ukrayna qoşunlarının Xarkov və Xerson vilayətlərində əks-hücum keçirməsi dünyanı ruhlandırdı, çünki hamı Ukraynanın 72 saat sonra təslim olacağına inanırdı. Bununla belə, indi tərəfdaşlar yeni uğurlar görmək istəyirlər.
"Qərb tərəfdaşları mənə dedilər ki, indi növbəti uğur nümunəsinə ehtiyacları var, çünki biz bunu xalqlarımıza göstərməliyik. Amma bu uğurun miqyasının nə olacağını deyə bilmərəm: 10 kilometr, 30, 100 kilometr, 200 km. İdeal olaraq, hücum Rusiya qoşunlarının arxa xətlərini kəsməli və onların hücum imkanlarını azaltmalıdır", - Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Reznikov həmçinin xatırladıb ki, hazırda Ukraynada Rusiyanın azı 300 min əsgəri var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 07 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
04.11.2026 224 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
04.11.2026 391 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
04.11.2026 261 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
04.11.2026 215 Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak
04.11.2026 214 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 223 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam
Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü
04.11.2026 238 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 245 Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video
Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
04.11.2026 194