Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur? – ŞƏRH

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur? – ŞƏRHSon bir həftə ərzində işğaldan azad edilmiş ərazilərdə ard-arda mina patlayışları baş verdi və nəticədə bir neçə insan öldü. Elə statistikaya nəzər salsaq görərik ki, 44 günlük müharibədən sonra 301 nəfər mina terrorunun qurbanı olub, onlardan da 57 nəfəri həyatını itirib. Ötən 30 il ərzində beynəlxalq təşkilatlar Ermənistanı işğalçı olaraq tanımadığı kimi, indi də bu ölkənin Azərbaycan vətəndaşlarına qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı heç bir təzyiq göstərmir. Azərbaycan minaların təmizlənməsi işini öz üzərinə götürüb. Halbuki, Ukraynada minaların təmizlənməsini beynəlxalq təşkilatların dəstəklədiyi ölkələr həyata keçirir və bu məsələyə çox həssas yanaşılır. Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi məsələsinə niyə göz yumulur?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, son 30 ildə Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir: "Üstəlik, minalanma prosesi hətta müharibədən sonra da bu və digər formada davam edib. İşğaldan azad olunmuş bölgələrdə 2021 və 2022-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz ərazilərimizin minalanmasının Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirildiyini və İrəvanın bu müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 300-dən çox insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub. Ermənistanın bu cür "cəsarətli" davranışının kökündə təbii ki, ilk növbədə beynəlxalq ictimaiyyətin İrəvanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır".

B.Məhərrəmov vurğuladı ki, bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırışı müşahidə etməmişik: "Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası olan Avropa Parlamenti bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransanın, Avropa İttifaqının simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal edilmiş minalar daşısın. Onlar da Azərbaycan ərazilərini minalamaqda davam etsinlər. Bu, açıq formada terrorun təşviqi, müharibə cinayətlərinə isə ortaqlıq deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz".

"Beynəlxalq qurumlara dəfələrlə müraciətlər edilib"
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi ki, 44 günlük müharibədən sonra Azərbaycanın həm rəsmi strukturları, həm də vətəndaş cəmiyyəti təsisatları bu məsələni daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır: "Azərbaycan Xarici İşlər Nazirliyinin minalarla bağlı bir neçə sənədi BMT-nin sənədi kimi yayılıb. Minalarla bağlı qeyri-hökumət təşkilatları beynəlxalq qurumlara dəfələrlə müraciətlər edib. Hətta bir neçə dəfə petisiya keçirmişik və kifayət qədər də imzalar toplanıb. Ermənistana müəyyən təzyiqlər var. Amma bu, bizim istədiyimiz səviyyədə deyil. Bizim problemimiz o qədər böyükdür, mina qurbanlarının sayı o qədər artır ki, istədiyimiz nəticəni hələlik ala bilmirik. Əldə etdiyim məlumatlara görə, Ermənistana minalarla bağlı müəyyən təzyiqlər var. Ancaq Ermənistan hər dəfə minaların qadağan olunmasına dair Ottava Konvensiyasına və Adi Silahların Məhdudlaşdırılmasına dair Cenevrə Konvensiyasının ikinci və beşinci protokollarına qoşulmadığını bildirir. Məhz bu sənədlərdən irəli gələn öhdəlikləri götürmədiyini bəyan edir. Bu da müəyyən mənada beynəlxalq təzyiqlərin kifayət qədər nəticə verməməsinə səbəb olur".

H.Səfixanov qeyd etdi ki, bu konvensiyalara qoşulmamaq Ermənistanı beynəlxalq cinayət hüququndan azad etmir: "Piyadalar əleyhinə minaların istənilən halda mülki şəxslərə qarşı istifadə olunması beynəlxalq hüquqda cinayət sayılır. Bu da bizim həm hökumət strukturlarının, həm də qeyri-hökumət təşkilatlarının bəyanatlarında, müraciətlərində həmişə öz əksini tapır. Problemimiz o qədər böyükdür və mina qurbanlarının sayının durmadan artması bizdə belə bir təsəvvür yaradır ki, Ermənistana olan bu təzyiqlər kifayət etmir və artırılmalıdır. Ona görə də həm hökumət strukturları, həm də qeyri-hökumət təşkilatları olaraq usanmadan Ermənistana təzyiqlər göstərməsi üçün beynəlxalq təşkilatlarla mütəmadi işləməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.