"Qızım İstanbulda boşanma ərizəsi yazmışdı" - Tanınmış həkimin valideynləri şok faktlar açıqladı
Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən bağ evində qətl törədilib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.
Mərhum Türkan Gündüzün atası News24.az-a mühüm faktları açıqlayıb.
"Türkanın həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm... Uşaq da 19 yaşında onu sevib. Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı yüksək səviyyədə təhsil alıb. Yoldaşım da ali savadlıdır, iki ixtisas sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb. Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun Türkiyədə ailəsi olub və boşanıb".
O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub:
"Bunların hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır. Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O, biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki, burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər olardı da..."
Türkanın atası onların boşanma məsələsinə də toxunub:
"Türkan çox saf idi, xeyirxah idi. Neçə qaziyə, pandemiya dövründə neçə insana təmənasız yardım edib. Ehtiyacı olan insanları təmənnasız əməliyyat edirdi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də İstanbulda boşanma ərizəsi yazmışdı".
Türkan Gündüzün anası Sevda Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: "O videonu özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin. Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi".
Sevda xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib: "Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım. Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2239 Tarix: 08 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497