"O videonu özüm bilərəkdən yaydım" - Türkanın valideynləri danışdı
Xəbər verdiyimiz kimi, tanınmış plastik-cərrah Türkan Gündüz əri, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
BiG.AZ news24.az-a danışan Türkan Gündüzün atası qızının qətli ilə bağlı mühüm detalları açıqlayıb:
"Türkanın həyat yoldaşı bizim müəssisədə ocaqçı olub. Sadəcə olaraq, bizə yaxın yerdə kirayədə yaşayıb. Sonra da özünün bu tülkü variantı ilə qızımın qəlbini alıb. Mən subay oğlanam, beləyəm, eləyəm… Uşaq da 19 yaşında onu sevib.
Mənim balam çox savadlı uşaqdır. Nəinki o, hər üç övladım ali təhsillidir. Ümumiyyətlə, bizim ailə ali təhsillidir. Uşaqlarımın hamısı yüksək səviyyədə təhsil alıb.
Yoldaşım da ali savadlıdır, iki ixtisas sahibidir. Bu adam isə ocaqçı olub, heç peşə məktəbini də qurtarmayıb. Yetim bir ailənin uşağıdır. Bunların hamısını ailə qurandan bir neçə il sonra bilmişəm. Sonradan, nəvəm anadan olanda öyrəndik ki, bunun Türkiyədə ailəsi olub və boşanıb".
O, Türkanın Məhəmməd Gündüzün hesabına ali təhsil alması məsələsinə də toxunub:
"Bunların hamısı şayiədir. Qızımı özüm oxutdurmuşam. Gözümün qabağında müəllimlər hazırlaşdırıb. Həmişə deyirdim ki, savadlı həkim ol. Türkan dəfələrlə olimpiadalarda qalib gəlib. O, bu şəxslə tanış olanda Azərbaycan Tibb Universitetinin 3-cü kursunda təhsil alırdı. Qızım onunla ailə həyatı quranda 4-cü kursa keçmişdi. Eyni zamanda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində çalışırdı. Mətbuatda onun biznesmen olduğu ilə bağlı xəbərlər yayılır. Bunların hamısı yalandır. Onun əvvəlki ailəsindən üç uşağı olub. Biri intihar edib, o biriləri isə bu gün acından ölür. Biznesmenin şəxsi möhürü olur. Nə biznesmen? O, biznesmen deyil. Sadəcə, Türkiyə vətəndaşıdır. İcazəsi yox idi ki, burada torpaq alsın. Türkanın adına torpaqlar ala-ala ev tikməyə başladı. Onu da qeyd edim ki, Türkanla ailə qurandan sonra uzun müddət kirayədə yaşadılar. O, biznesmen idisə, imkanları elə qızıma qədər olardı da…"
Türkanın atası onların boşanma məsələsinə də toxunub:
"Türkan çox saf, xeyirxah idi. Neçə qaziyə, pandemiya dövründə neçə insana təmənnasız yardım edib. Ehtiyacı olan insanları təmənnasız əməliyyat edirdi. Qızım onun qulluqçu ilə xəyanətini görmüşdü və buna görə də İstanbulda boşanma ərizəsi yazmışdı".
Türkan Gündüzün anası Sevda Hacıyeva isə xəyanət videosunu özünün yaydığını bildirib: "O videonu özüm bilərəkdən yaydım. Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin. Mənim balama şər atmasınlar. Qızım saf, təmiz, mərhəmətli qız idi".
Sevda xanım sosial şəbəkədə yazılanların onu çox üzdüyünü də bildirib: "Deyirlər ki, guya mən Türkanı dəfələrlə əri ilə barışdırmağa çalışmışam. Amma bu yalandır. Əksinə, mən onların evliliyinə qarşı olmuşam. Hətta qızım ona razılıq verdiyi üçün 6 ay onunla danışmadım. Qızımın o adama ərə getməsini heç zaman istəməmişəm. Məhəmməd atası ilə mənim qarşımda ağlayıb yalvardı ki, qızınızı sevirəm, evlənməyimizə icazə verin. Ondan sonra ürəyimiz yumşaldı, razılıq verdik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1466 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏbədiyaşar lider - Heydər Əliyev
Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı
12:08 112 Rusiya rəsmisindən Almaniyaya qalmaqallı açıqlama
Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) başlanması Almaniyada Rusiya əleyhinə ritorikanın daha da sərtləşməsi üçün əlverişli zəminə çevrilib. xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev RT üçün qələmə aldığı məqalədə səsləndirib. Siyasətçi bildirib ki, Berlinin
10:51 130 Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Şəmkir rayonunun bəzi kənlərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqəda
06.05.2026 282 Afranın Keti Perrinin Bakıya gəlişinə reaksiyası - Foto
Xəbər verdiyimiz kimi, dünya ulduzu Keti Perri Bakıya gəlir. Müğənni bununla bağlı sosial şəbəkədə paylaşım edib. Axşam.az-ın məlumatına görə, türkiyəli aktrisa Afra Saraçoğlu Perrinin bu paylaşımına şərh yazıb. O, ifaçının Bakıya gəlişinə "İstanbula gəl, yoxsa səni bloklayacağam" şərhini yazıb
10:20 192 "iPhone 18"in buraxılış tarixi təxirə salındı - SƏBƏB
"Apple"ın qarşıdan gələn "iPhone 18" seriyası ilə bağlı yeni xəbərlər standart modeli gözləyənləri məyus edə bilər. xəbər verir ki, əldə edilən son məlumatlara görə, "Apple" daha əlverişli e-seriyalar arasındakı aparat boşluğunu aradan qaldırmaq üçün standart "iPhon
06.05.2026 304 Müasir müstəqil Azərbaycan dövlətinin banisi
Tarixin axarında elə liderlər meydana çıxır ki, onların uzaqgörənliyi, cəsarəti və xilaskarlıq missiyası bir millətin taleyində həlledici dönüş nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər dərin böhranlar şəraitində çıxış yolu göstərərək varlığı və gələcəyi təhlükə altında olan bir xalqın dirçəliş iradəsin
12:10 97 Tramp Hörmüz boğazındakı əməliyyatı dayandırdı - Səudiyyədən sərt reaksiya
ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanının sərt reaksiyasından sonra Hörmüz boğazında həyata keçirilməsi planlaşdırılan "Azadlıq Layihəsi" missiyasını dayandırıb. xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Trampın qərarı Səudiyyə Ərəbistan
10:55 118 Alen Simonyan Bakıya gəlmək istəyir
Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 6-da jurnalistlərlə söhbətində Bakıya getməyə hazırdır. xəbər verir ki, o, dəvət edilərsə, uyğun zamanda Azərbaycana səfər etməyə hazır olduğunu və qzərbaycanlı həmkarı Sahibə Qafarovadan da oxşar yanaşma gözlədiyini qeyd edib. "Həmkarımı İrəvan
06.05.2026 269 Zelenski İlham Əliyevə zəng etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. "Telefon danışığı zamanı ölkələrimiz arasında münasibətlərin inkişafındakı müsbət dinamika məmnunluqla qeyd olunub
06.05.2026 262