13 yaşlı qardaşı qızını qaçırıb seksual xarakterli əməllər törədən əmiyə cəza verildi

13 yaşlı qardaşı qızını qaçırıb seksual xarakterli əməllər törədən əmiyə cəza verildiBakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkəcəyi qeyd edilib.

Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət sonra yeniyetmə qızın əmisi ilə Bakıya gəlməsi və E.Mustafayevin paytaxtda kirayə tutduğu evdə birgə yaşaması məlum olub. Polis əməkdaşları onların yerini müəyyən edərək qızı tapıb və ailəsinə təhvil veriblər.

Araşdırmalar zamanı əmisinin məktəbli qızı aldadaraq paytaxta gətirməsi və çirkin əməllərini Bakıda da davam etdirməsi məlum olub.

O da məlum olub ki, hadisəni törədən E.Mustafayev əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə gedib. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1725   Tarix: 15 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mourinyo "Real Madrid"də mövsümə belə hazırlaşır

"Real Madrid" 2026/27 mövsümü öncəsi keçirdiyi altı yoxlama oyunundan beşində qalib gəlib, birində heç-heçə edib. xarici KİV-ə istinadən xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi Madrid klubu hazırlıq matçlarında "Alkorkon"u 1:0, "Leqanes"i 4:1, "Ferentsvaroş"

18:45 120
.

Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşa bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışarkən bildirib:. "Məsələn, Azərbaycanla Ermənista

12:27 181
.

ŞOK İDDİA: "Universal Hospital"da sertifikatsız həkim qalmaqalı ilə bağlı yeni faktlar

Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən "həkim"lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzind

17:06 187
.

Ekspert: "Dronlar müharibənin ucuz silahıdır, amma təsiri heç də ucuz deyil"

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Rusiya-Ukrayna, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr, eləcə də yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların

12:47 168
.

Rumıniyada pilotsuz təyyarə həyəcanı - F-18 havaya qalxdı

Mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı Rumıniyanın şərqində vurulub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rumıniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalatsidən təxminən 24 kilometr şimalda, Moldova Respublikasından milli hav

11:49 167
.

Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında v

12:30 198
.

Abxaziyaya benzin satan Repsol tənqidlərin hədəfinə çevrildi

Gürcüstanın neft şirkəti Repsol Abxaziyaya benzin satışını dayandırıb. xəbər verir ki, bu barədə "Business Media" məlumat yayıb. Bildirilir ki, Repsol Abxaziyaya çatdırılması üçün vasitəçi şirkət "Solidus"a benzin satışını həyata keçirib. Lakin şirkət respublikaya yanacaq tədarükün

11:14 170
.

"Dua edirdim ki, Allah, anam ölməsin, qəbul olmadı"

Mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. Axşam.az xəbər verir ki, o, bu barədə "Baku TV"yə açıqlamasında danışıb. Gövhər anasının övladı üçün çətinliklərə dözdüyünü və çox çalışdığını bildirib:. "Anam riskə gedən, övladı üçün çətinliyə dözə

15:00 289
.

"Faytonçu Nazim"in səhhəti necədir?

"Səhhətimdə heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm". Bunu Qaynarinfo-ya açıqlamasında müğənni "Faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişiyari deyib. O, sentyabrın 4-də "Fayton-latiNos music bond"un bir yaşının olacağını bildirib:. "Neçə aydır qala gecəsin

14:17 244
.

TOP MP3