Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamət

Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətNarahatlıq, emosiyaların boğulması, özünə hörmət əksikliyi - təəssüf ki, bəzi uşaqlar bunları valideynlərindən "miras" alırlar. Böyüklərin övladının hisslərinə qarşı eqoizmi və laqeydliyi nəticəsində, uşaqlar hər şeydə özlərini günahlandırmağa başlayır, özlərini aciz hiss edirlər, insanlarla münasibət saxlamaqda çətinliklər yaşayırlar.
BiG.AZ bu mövzunu oxucularının daxili dünyaları ilə məşğul olmaqda kömək etmək üçün araşdırıb.

Siz manipulyasiya olunmaqdan qorxursunuz
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətZəhərli ailələrdə manipulyasiya sevdiklərini idarə etmək üsuludur. İnsan gündəlik olaraq təzyiq hiss etdikdə, bu, emosional istismara çevrilir. Başqalarına etibar etmək onun üçün çətinləşir. Daimi manipulyasiya hissi psixoloqların "qaçınma davranışı" adlandırdıqları vəziyyətə gətirib çıxara bilər.

Başqalarına güvənməkdə və insanlarla münasibət qurmaqda çətinlik çəkirsiniz.
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətİnsan, gərgin mühitdə, bir-birini qıcıqlandıraraq alçaltmağın adət olduğu ailədə böyüyəndə bu, öz izini buraxmaya bilməz. Uşaq valideynlərdən dəstək almır, onun daim ayıq-sayıq olması lazımdır. Sonradan bu hissdən qurtulmaq çətinləşir və insan həmişəlik bu vəziyyətdə qalır. Nəticədə belə şəraitdə böyüyən uşaq insanlara güvənməyi öyrənə bilmir. Onun başqa bir insana açılması çətinləşir. Ailədə fiziki və emosional zorakılığı daim müşahidə edən şəxs "düzgün" münasibət haqqında fikir formalaşdırması çətindir.

Uğursuzluğu çox ciddi qəbul edirsiniz.
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətZəhərli bir mühitdə böyümüş insanlar yararsız olduqlarını düşünməyə öyrəşmişlər. Valideynlər onlara qarşı həddindən artıq tələbkar olur, onları ümidlərini doğrultmamaqda ittiham ediblər. Bu səbəbdən belə valideynlərin övladlarında özünə inamı aşağı düşür və ən kiçik səhvlər belə yetkinlik dövründə onların balansını poza bilər.

Sizdə şəxsiyyət hissi yoxdur
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətAilənin razılığı insanın psixi sağlamlığının mühüm tərkib hissəsidir. Bu, sevilmək və bir ailəyə aid hiss etmək qədər vacibdir. Uşağın valideynləri ilə münasibətləri təzyiq və təhqir üzərində qurularsa, balaca bir insanın daxili dünyası əziyyət çəkə bilər. Uşaqda özünü tanıma və hörmət etmə problemi yarana bilər ki, bu da nevroz və depressiyaya səbəb olur.

Özünüzü çox tənqid edirsiniz
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətValideynlərin günahı ucbatından uşağın qazandığı aşağı özünə hörmət onu axmaq və lazımsız hiss edir. O, daha yaxşısına layiq olduğunu hiss etmir. Belə bir insan nə edirsə etsin, özünü başqalarından pis hesab etdiyi üçün daim özünü tənqid edəcək qərarlarına şübhə ilə yanaşacaq. Bu ona əziyyət verir. Bu hal psixoloji dəstək olmadan dəyişdirilə bilməz.

Ən son özünüzü düşünürsünüz.
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətÖvladlarını fiziki və ya sözlə aşağılayan valideynlər onların emosiyalarına etinasız yanaşırlar. Uşaqlar öz hisslərini onlara çatdırmağa çalışdıqda, bu vəziyyəti daha da pisləşdirir. Uşaqlar ağrılarını, incikliklərini və qəzəbini gizlətməyə alışırlar. Çox güman ki, yetkinlik dövründə digər insanların duyğuları onlar üçün prioritet olacaq.

Özünüzü daim çarəsiz uşaq kimi hiss edirsiniz.
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətZəhərli valideynlər bəzən uşağının böyüdüyünü etiraf etməkdən imtina edirlər. Yaşı neçə olsa da, ona köməksiz uşaq kimi davranmağa davam edirlər. Nəzarət etmək və əmr etmək istəyirlər və müqavimətlə qarşılaşdıqda, sanki dərindən incimiş kimi davranaraq, uşağı günahkar hiss edirlər.

Özünüzü tez-tez narahat hiss edirsiniz
Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamətZəhərli ailələrdə böyüyən insanlara tez-tez narahatlıq pozğunluğu diaqnozu qoyulur. Bu, ailədəki qeyri-sabit atmosfer, psixoloji təzyiq, fiziki cəza və təhlükəsizlik hissinin olmaması ilə əlaqədardır. Anksiyete pozğunluğu olan uşaqlar diqqəti cəmləməkdə çətinlik çəkir, tez-tez qıcıqlanır, narahat və gərgin hiss edirlər.

Ülkər Rəhmanqızı


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2419   Tarix: 16 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

TOP MP3