Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi azadlığa buraxıldı
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin keçmiş böyük müstəntiqi Müşfiq Abbasovla bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar ləğv olunub.
Qərara əsasən, onun Cinayət Məcəlləsinin 32.4 və 312.2 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə məhkum edilməsinə dair hissədə CPM-nin 39.1.2-ci maddəsinə əsasən icraata xitam verilib.
Buna görə də Müşfiq Abbasovun cəzaçəkmə müəssisəsindən azad olunması ilə bağlı qərar verilib.
Xatırladaq ki, Müşfiq Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
Toplanmış materiallarla Müşfiq Abbasova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Abbasov verilmiş ittihamlarla təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi 73 min 716 manat məbləğində dəymiş ziyanın bir hissəsinin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini nəzərə alaraq dələduzluq ittihamına xitam verilib.
Qərara əsasən, Müşfiq Abbasov rüşvət verməyə təhriketmə ittihamı ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1063 Tarix: 16 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
04.11.2026 187 Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind
04.11.2026 154 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
04.11.2026 379 Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub
04.11.2026 103 Agentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi
Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd
04.11.2026 177 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf
04.11.2026 229 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
04.11.2026 173 Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
04.11.2026 221 Vətən müharibəsinin Zəfəri, Şuşa Bəyannaməsi və Qarabağa Böyük Qayıdış - Azərbaycanın tarixi uğurlarının yeni mərhələsi
Azərbaycanın müasir tarixində Vətən müharibəsi, Şuşa Bəyannaməsinin imzalanması və Qarabağda Böyük Qayıdış prosesinin həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan mühüm tarixi hadisələrdir. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün bərpası, regional mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmi
04.11.2026 238