Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
Ötən gün "Qafqazinfo"da Biləsuvarın Nərimankənd sakininin toyda qəfil vəfat etməsi ilə bağlı məlumat yayımlanıb.
Bəzi Kütləvi İnformasiya Vasitələri isə mərhumun adının Cavanşir Məmmədov olduğunu bəhanə edərək xəbəri müğənni Cavanşir Məmmədovla əlaqələndiriblər. Belə ki, bəzi saytlar ifaçının fotosunu qoyaraq "Cavanşir Məmmədov toyda öldü" başlığı ilə xəbər yayıblar. Bu yetməyərək müğənninin özündən açıqlama belə alınıb.
Halbuki xəbərin mənbəyi olan "Qafqazinfo"da 61 yaşlı kənd sakininin şadlıq saraylarının birində yaxın qohumunun toy mərasimində çıxış edərkən halının pisləşdiyi, anidən yerə yıxılaraq vəfat etdiyi qeyd olunurdu.
Sözügedən hadisədən sonra Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası bu gün açıqlama yayıb və belə təhrifin peşəkar jurnalistika prinsiplərinə zidd olduğu bildirilib: "Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb. Təbii ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb.
Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.
Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur.
Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 865 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib
04.11.2026 273 Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir
Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub
04.11.2026 148 2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı
"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca
04.11.2026 192 Bütün ərazisi 1000 metrdən yüksəklikdə olan yeganə ölkə
Dağ mənzərələri ilə tanınan Lesotoda yüksəklik təkcə gözəllik deyil, həm də gündəlik çətinliklər deməkdir. Sərt relyef insanların məktəblərə, xəstəxanalara, bazarlara və hətta suya çıxışını çətinləşdirir. xarici mediaya istinadla xəbər verir ki, Lesoto bütün ərazisi dəniz səviyyəsindən 100 metrdən yüksəklikd
04.11.2026 237 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 214 Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld
04.11.2026 279 Vətən müharibəsindən Şuşa Bəyannaməsinə, Zəfərdən Böyük Qayıdışa: Azərbaycanın yeni tarixi mərhələsi
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu müharibə yalnız ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlar deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik əzminin, tarixi yaddaşının və suverenlik uğrunda mübarizəsini
04.11.2026 210 Xamenei ABŞ-ı təhdid etdi: "Cavabımız daha geniş ölçüdə olacaq"
ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei "Dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı bəyanatında xəbərdarlıq edib. Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliy
04.11.2026 208 1960-cı illərin dəbi geri qayıdır - Bu çəkmələr yenidən trenddədir
2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan "go-go boots" çəkmələri yenidən dəbə qayıdıb. xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasi
04.11.2026 226