Nişanlısı ilə qəzada ölən Səmayənin anası DANIŞDI - FOTO
"Bütün ölkə mənim balamın faciəsindən danışır. Nişanlı balam nişanlısı və onun ailə üzvləri ilə birgə dəhşətli qəzada həyatını itirdi, gül kimi qızımı öz əlimlə torpağa tapşırdım".
Bu sözləri mayın 22-də Qobustan rayonu ərazisində baş verən dəhşətli qəzada ölən Səmayə Talıbovanın anası, Şabran şəhər sakini Məhəbbət Talıbova Bizim.Media-ya deyib. Ana çox çətin olsa da qızı ilə bağlı danışıb.
Onun sözlərinə görə, Səmayə həmin gün nişanlanacağı oğlanla Bakıya nişan üzüyü almağa gedib:
"Mənə tezdən yazdı ki, "Ana, biz çıxdıq". Səhər 9 radələrində bu xəbəri eşitdim. Dünyam başıma fırlandı və hələ də faciənin ağırlığını tam qəbul edə bilmirəm. Nəinki qızım, nişanlısı, yaxınları qəzadan salamat çıxmadılar, çəkiləsi dərd deyil".
Məhəbbət Talıbova deyir ki, qızı Səmayə Şabran şəhərində 9 illik təhsilini başa vurub Şamaxıda kollecə daxil olmuşdu:
"O sevdiyi Əmrah Nuriyevin ana babasının evində kirayədə qalırdı, oğlan onu babasıgildə görüb bəyənmişdi, tanış olmuşdu. Hər ikisi cavan yaşında həyatdan getdilər".
17 yaşlı Səmayə Talıbova son mənzilə ona qismət olmayan nişan xonçaları, gül-çiçəklə yola salınıb və Şabranın Dəvəçikənd məzarlığında torpağa tapşırılıb. Səmayə Talıbovanın atası iki il əvvəl vəfat edib, anası Məhəbbət və 12 yaşlı qardaşı Fərahim hər gün onun məzarına baş çəkməklə təsəlli tapır.
Şabran şəhərindəki 3 saylı ümumi orta məktəbin direktoru Raifə Məmmədova 2006-cı il təvəllüdlü Səmayə Natiq qızı Talıbovanın 9-cu sinfi 2021-ci ildə bitirib Şamaxıda regonal kollecin maliyyə-kredit fakültəsinə qəbul olunduğunu deyib.
Onun sözlərinə görə, Səmayə savadlı, pozitiv və mehriban bir qız olub:
"Çox təəssüf ki, ağır yol hadisəsi gənc məzunumuzun və gələcək ailə üzvlərinin həyatını qaraltdı".
Xatırladaq ki, dəhşətli avtomobil qəzası Bakı-Şamaxı yolunun 58,5-ci km-də, Qobustan rayonunun Cəngi kəndindən keçən hissəsində qeydə alınmışdı. Bakı istiqamətinə hərəkət edən "KİA"nın bir neçə dəfə aşması 17 yaşlı Səmayə Talıbovanın, 23 yaşlı Əmrah Nuriyevin, Əmrahın bacısı Şəbnəm, yeznəsi Məhərrəm və onların azyaşlı övladları Məryəm Səmədovların ölümü ilə nəticələnib.
Əmrah Nuriyevin anası isə müxtəlif sınıq və xəsarətlərlə Bakıya, Travmatologiya İnstitutuna çatdırılıb, qadın komadan hələ ayılmayıb.
Dəhşətli yol qəzasını DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə yol nəqliyyst hadisələrinə dair istintaq və təhqiqat şöbəsi araşdırır.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2459 Tarix: 04 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur
03.11.2026 372 ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
03.11.2026 277 Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı və Azərbaycanın tarixi missiyasının təntənəsi
Böyük Qayıdış Azərbaycanın müasir tarixində ən mühüm dövlət proqramlarından və strateji hədəflərindən biridir. Bu proses yalnız uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəldilməsi və işğaldan azad edilmi
03.11.2026 241 Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 179 Xiyarı qabığı ilə yeyin - SƏBƏBİ
Qidalanma mütəxəssisləri xiyarın qida dəyərini ətraflı araşdıraraq onun insan orqanizmi üçün faydalarını açıqlayıblar. Onlar təzə xiyarın gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini vurğulayıblar. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər təzə xiyarın müntəzəm istehlakının sağlamlığ
03.11.2026 239 Mənzil almaq istəyənlərin seçimi dəyişir: Birotaqlı evlər niyə populyardır?
Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bu prosesə tələb və təklif arasındakı balansdan tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir sıra amillər təsir göstərir. Əsas məqamlarda
03.11.2026 320 Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?
Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri
03.11.2026 276 MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Milli Məclis 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif edib. Deputatlar Sahib
03.11.2026 248 Böyük Qayıdış: tarixi ədalətin bərpası, milli dirçəliş və Azərbaycanın yeni inkişaf strategiyası
Azərbaycanın müasir dövlətçilik tarixində Böyük Qayıdış prosesi öz miqyasına, siyasi mahiyyətinə və tarixi əhəmiyyətinə görə xüsusi yer tutur. Bu prosesə yalnız işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi kimi yanaşmaq düzgün olmazdı. Böyük Qayıdış, ilk növbədə
03.11.2026 240