"Yəqin məni yanlış anlayıblar" - Elmar Məmmədyarov

"Yəqin məni yanlış anlayıblar" - Elmar MəmmədyarovAzərbaycan Premyer Liqası haqda verdiyi açıqlama ilə gündəmə gələn AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov məsələyə aydınlıq gətirib.

"Qafqazinfo"ya danışan E.Məmmədyarov fikirlərinin yanlış anlaşıldığını bildirib.

O, iki komandanın, ilk növbədə "Araz Naxçıvan"ın əsas çempionata əlavə edildiyini deyib: "Əsas müzakirə qolları yoxlamaq üçün "VAR" sisteminin Naxçıvanda da qurulması oldu. AFFA-da qərara alındı ki, bu, lazımlı addımdır. Daha sonra həm Birinci, həm İkinci Liqa müzakirə olundu. Həmçinin, azad edilmiş ərazilərdə futbolun inkişafı müzakirə edildi. Hazırda "Füzuli" və "Cəbrayıl" Birinci Divizionda iştirak edəcək. Amma ümumilikdə futbolun inkişafı üçün lazım olan infrastrukturun qurulmasıdır".

Sabiq nazir ona ünvanladığımız "Elmar müəllim, iclasda Premyer Liqadakı komandaların sayının 12-yə çatdırılması müzakirə edilib, amma siz artıq sayın 12-yə çatdırıldığını açıqlamısız, AFFA da bu məlumatın yanlış olduğunu bildirib?" sualına belə cavab verib: "Mən bunun tərəfdarıyam ki, say 12-yə çatdırılsın. Yəqin məni yanlış anlayıblar. Müzakirələrdə də öz mövqeyimi bildirdim ki, say 12 olmalıdır. Mən demişəm ki, 12 komanda alınsa, Azərbaycan futbolu üçün önəmli olar".

Xatırladaq ki, o, mətbuata açıqlamasında Premyer Liqada 10 komanda əvəzinə, 12 komandanın iştirak edəcəyini bildirib.

Qeyd edək ki, E.Məmmədyarov budəfəki açıqlamasında da yanlışlığa yol verib. Belə ki, sabiq nazir "Füzuli" və "Cəbrayıl" komandalarının Birinci Divizona daxil edildiyini bildirib. AFFA-dan isə "Qafqazinfo"ya verilən açıqlamada sözügedən komandaların İkinci Divizionda oynacaqlarını bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 16 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyalı dənizçi Dubayda lotereyada bir milyon dollar uddu

Rusiyalı dənizçi BƏƏ-nin Dubay şəhərində keçirilən "Dubai Duty Free Millennium Millionaire" lotereyasında bir milyon dollar udub. "Khaleej Times" nəşrinə istinadən xəbər verir ki, o, yuxuda Dubayda lotereyada qalib gəldiyini görüb. Ertəsi gün internetdə məlumat axtaran dənizçi lotereyan

12:30 151
.

Meqan Markla qarşı CİDDİ İTTİHAM: "Kral ailəsi ilə pul naminə barışır"

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası, aktrisa Meqan Markl Britaniya Kralı II Çarlzla münasibətləri pul naminə bərpa etməkdə ittiham olunub. .uk-a istinadən xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert və bioqraf Angela Levin səsləndirib. O, Meqanın hərəkətlərind

14:20 115
.

Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb

Türkiyədə müxtəlif ağır cinayətlər törətməkdə təqsirləndirilən və axtarışda olan şəxs Bakıda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd olunub ki, İstanbul polisi və Azərbaycan polis

13:40 122
.

ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb

Tramp administrasiyası Amerikanın "Apple" texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb. "Report"un "The Wall Street Journal"a istinadən məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı "Apple" şirkətini Çin şirkətlərindən komponentlə

10:00 155
.

Kartdan-karta ianə köçürmələri dayandırılır? - AÇIQLAMA

Avqustun 1-dən etibarən kartdan-karta köçürmələrə tətbiq olunan yeni məhdudiyyətlər şəxsi bank kartları vasitəsilə həyata keçirilən yardım kampaniyalarının gələcəyi ilə bağlı suallar yaradıb. Belə ki, indiyədək müalicə xərcləri, təhsil və digər sosial ehtiyacların qarşılanması üçün vətəndaşlar əsasə

00:07 215
.

Azərbaycanda general vəfat etdi - FOTO

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib. General sabah dəfn olunacaq. Onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir. Qeyd edək ki, Abbasəli Ramaza

13:27 161
.

NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt

NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı

15:30 109
.

ABŞ ölkələri süni intellekt sahəsində Çinlə əməkdaşlığın fəsadları barədə xəbərdar edəcək

ABŞ administrasiyası Vaşinqtonun təşəbbüsü ilə yaradılan "Pax Silica" texnologiya alyansının üzvü olan ölkələri Çin süni intellekt proqramlarında iştirak edəcəkləri təqdirdə alyansdan çıxarıla biləcəkləri barədə xəbərdar etmək niyyətindədir. "Report"un "Reuters"ə istinadə

11:30 140
.

AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?

Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər. Bu dəyişiklik bankla

00:22 296
.

TOP MP3