Bu insanlara qətiyyən dondurma yemək olmaz – Mütəxəssis DANIŞIR
Dondurma yay aylarında bir çoxları üçün əvəzolunmaz desertlərdən biridir. Hər kəs tərəfindən sevilən dondurmanın dünya üzərində çoxlu növləri var. Növlərə görə təkcə ləzzəti deyil, onun qida dəyərləri də dəyişir.
Tarixinə baxıldıqda dondurma ilk dondurulmuş meyvə olaraq bilinir. Sonralar get-gedə qida əlavələri qatılaraq tərkibi dəyişən dondurma indi də ölkələrə özəl reseptlərinə görə növlərə ayrılır. Ortalama olaraq onların tərkibi süd və ya süd tozu, şəkər, qaymaq, yağ və ya yağ tozu, dadlandırıcılar, bəzən meyvə və sahlebdən ibarət olur.
Bəs, hər kəs rahatlıqla dondurma yeyə bilərmi?
Məsələ ilə bağlı Lent.az-a dietoloq Reyhan Cabbarlı açıqlama verib.
Onun sözlərinə görə, hər bir insan istədiyi zaman dondurma yeyə bilməz.
"İnək südünə allergiyası olanlar, şəkər tərkibinə görə diabet xəstələri, qlutein həssaslığı olanlar dondurma seçərkən diqqətli olmalıdır və düzgün porsiyalarda yeməlidir".
Son zamanlarda şokolad örtüklü dondurmalar çox artıb. Bu da kalori, şəkər və doymuş yağ tərkibinin artmasına səbəbdir. Bəs, özəl xəstəliyi olanlar hansı dondurmalardan qəbul etsə yaxşıdır?
"Əsas olaraq diabet xəstələri vaflisiz, şokoladsız dondurma seçimləri etməlidir. Qida tərkibi olaraq yağlılığı və şəkəri az dondurmalara üstünlük verilməlidir. Günün birinci yarısında qəbulu və daha sonra bir az aktivlik qan şəkərinin ani yüksəlməsinin qarşısını alacaq",- deyə Cabbarlı bildirib.
Dietoloq, həmçinin özəl allergiyası olan insanların da dondurmanın tərkibini araşdırmadan yeməməli olduğunu da xüsusi vurğulayıb.
Reyhan Cabbarlı onu da bildirib ki, dondurmanın hazırlanmasında əsas vacib nüanslardan biri də gigiyenik qaydalardır:
"Qida tərkibi qədər önəmli olan məsələlərdən biri də dondurmanın hazırlanması zamanı gigiyenik qaydalara riayət edilməsidir. Çünki qidaların düzgün pastorilizasiya edilməməsi mikroorqanizmlərin artması və fərqli infeksiyaların yaranmasına səbəb olur. Buna görə açıq dondurmalardan çox qapalı dondurmalara üstünlük verilməsi məsləhətlidir. Bunu da əlavə edim ki, son zamanlarda funksional tibbin inkişafı ilə qidalarımız funksional qidalarla yer dəyişdirir.
Araşdırmalar zamanı süd əvəzi kefir, aroma vericilər əvəzi meyvələr, probiotik və prebiotiklər dondurmaların tərkibinə qatılır. Bu dondurmaların daha sağlıqlı qida dəyərinə sahib olması və bağırsaq florasını da dəstəkləməsi funksional dondurmalara olan tələbatın get-gedə artacağını göstərir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1465 Tarix: 16 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"
Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru
11:36 265 Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı və Azərbaycanın tarixi missiyasının təntənəsi
Böyük Qayıdış Azərbaycanın müasir tarixində ən mühüm dövlət proqramlarından və strateji hədəflərindən biridir. Bu proses yalnız uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın dirçəldilməsi və işğaldan azad edilmi
17:10 107 Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və dövlətçilik əzminin təntənəsi
Azərbaycan tarixinin ən şanlı və taleyüklü səhifələrindən biri olan 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü xalqımızın milli yaddaşında, dövlətçilik tarixində və gələcəyə yönəlmiş strateji hədəflərində xüsusi yer tutur. Bu iki əlamətdar gün təkcə hərbi qələbənin və tarixi şəhərin azad edilməsini
17:18 97 Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Agentliyin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin sa
16:39 153 "Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
02.11.2026 488 Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind
02.11.2026 371 Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında saxta kampaniyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikas
14:51 199 Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
12:24 236 Tehran Avropadakı ABŞ hərbi obyektlərini hədəfə ala bilər
Vaşinqton İrana qarşı hücumları bərpa edəcəyi təqdirdə, Tehran Avropadakı ABŞ hərbi bazalarına zərbə endirəcəyi ilə hədələyib. xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Məlumata görə, İranın mümkün hədəfləri arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyada yerləşə
10:40 235