Ət yeyərək arıqlamaq mümkündürmü?

Ət yeyərək arıqlamaq mümkündürmü?Pəhrizlərin müxtəlifliyi onların qida tərkibindən və istifadə müddətindən asılı olaraq dəyişir. Bir zamanlar dietoloqlar daha çox az qidalanma ilə pəhriz təyin edirdilərsə hazırda bu üsul tamamilə dəyişib. İndi daha çox tərkibində zülal olan maddələrlə qidalanmaq tövsiyə edilir. Eyni zamanda gün ərzində hər bir orqanizmin 3 litrdən artıq təmiz-strilizə edilmiş su qəbul etməsi vacib sayılır.

Dietoloqların ən yaxşı qidalanma sistemi üzərində baş sındırdığı bir zamanda isveçli həkim Pyer Dukandan yeni bir pəhriz təklifi gəlib. Qısa zamanda haqqında müsbət və mənfi fikirlər səslənəb pəhriz çox insannın artıq çəkidən xilas olmasına yardım edib. Tərkibi tam zülallardan ibarət olan pəhriz digər pəhrizlərdən fərqli olaraq mərhələli şəkildə həyata keçirilir. Bunun ilk mərhələləsi "Hücum" adlandırılır. Bu mərhələnin əsas prinsipi: nə qədər istəyirsən ye, lakin siyahıdan kənara çıxma!. Xüsusi siyahıda isə 78 adda məhsul yeməyə icazə verilir. Əsas odur ki, 3 dəfədən artıq gündə qida qəbul etmək olmaz. Yalnız 1 həftə davam edən ilkin mərhələdə həmçinin 1,5 litr su içmək mütləqdir. Digər vacib bir hal isə gün ərzində 1,5 xörək qaşığı yulaf kəpəyinin yeyilməsidir. Bu mərhələdə artıq ən azı gündə 20 dəqiqə idmanla məşğul olmaq pəhrizin əsas şərtləri sırasındadır. İlk mərhələdə orqanizmdən asılı olaraq, bir həftədə 3-5 kilo çəki itirmək mümkündür.

Pəhrizin ikinci mərhələsi "Kruiz" adlandırılır. Bu mərhələdə istənilən çəki əldə olunur. Burada sizin zülal və tərəvəz yeməyiniz növbələnir. Belə ki: suda və ya buğda bişirilmiş toyuq, balıq və tərəvəz məhsullarını istənilən qədər yemək mümkündür. Karbohidratların qida siyahısından tamamilə çıxarılması isə sizin daha tez çəki salmanıza yardım edə bilər. Bunun üçün şirniyyat, un məhsulları, yağ və tərkibində şəkərin miqdarı çox olan meyvələrdən qaçmaq vacibdir. İkinci mərhələ istədiyiniz çəkini əldə etdiyiniz müddətə kimi həyata keçirilir.

Pəhrizin üçüncü mərhələsi "Möhkəmlənmə" adlandırılır. Bu mərhələdə siz hər 10 günə 1 kilo arıqlayırsınız. Bu mərhələ sizi pəhrizdən çıxmağa hazırlaşdırır.

Pəhrizin dördüncü mərhələsi "Stabilləşmə" adlandırılır. Burada pəhrizdən əsas çıxış baş verir, lakin unutmayın ki, itirilən çəki çox asanlıqla geri qayıda bilər.

Pəhriz zamanı yeyilməsi şərt olan məhsullar isə əsasən, mal əti və ya dovşan əti, yağsız toyuq və hinduşka əti, qaraciyər, istənilən balıq və dəniz məhsulları, yumurta, az yağlı süd məhsulları, ədviyyat, otlar, soğan, sarımsaq, limon suyu, ənginar, kələm, kərəviz, xiyar, pomidor, bibər, göbələk, razyana, boranıdır.

Bu cür pəhriz, sizin artıq çəkinizin yüksək olsa da, müsbət nəticə verir. Zülalın bol olması sizə həmişə özünüzü doymuş hiss eləməyə kömək edir. Dietoloqlar isə hesab edir ki, "Dukan" pəhrizinin xeyirli tərəfləri ilə yanaşı, zərərləri də var.

Dietoloq Leyla Zülfüqarlı APA TV-yə deyib ki, Dükan pəhrizinə münasibəti birmənalı deyil: "Orqanizmlər müxtəlifdir. Bir insanın orqanizmini tanımadan ona onlayın müdaxilə etmək nə dərəcədə düzdür. Mütləq həmin insanın orqanizmini, fiziologiyasını tanımaq lazımdır".

Pəhrizin ikinci ən böyük təhlükəli hissəsi isə məsləhət gördüyü qidaların tərkibində zülalın həddindən artıq olmasıdır. Böyrək xəstələrinə bu pəhrizin saxlanması məsləhət görülmür. Zülal karbohidratdan fərqli olaraq, enerjini depolamır bu zaman bədəndə olan əvvəldən yığılıb qalan piylər parçalanmağa başlayır: "Pəhrizin ən zərərli tərəflərindən biri də zülalın daha çox qəbul olunmasıdır. Zülal orqanizmə həddindən çox daxil olduqda o zaman böyrəklərimizi ciddi təzyiq altında qoymuş oluruq. İnsan orqanizminə yalnız bir mənşəli qidalar daxil olursa, o zaman bu zülallar böyrəklərin fəaliyyətinə mənfi təsir edə bilir. Hətta böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarada bilir. Buna görə də fikrim bu pəhrizə qarşı müsbət deyil".

Bu zaman bir sual meydana çıxır. Pyer Dükan bunları nəzərə almayıb? Bəhrizi diqqətlə nəzərdən keçirdikdə bunların nəzərə alındığı görünür. Müəllif xüsusilə vurğulayıb ki, gün ərzində içilən 2 litrdən çox su bədəndə olan artıq zülalı yuyub-aparır. Beləliklə, zülalın orqanizmə mənfi təsirinin qarşısı alınmış olur.

İstənilən halda hər bir insanın qidalanmasına diqqət etməsi şərtdir. Pəhrizə ehtiyacı olan və ya olmayan hər kəsin sağlamlığına ziyan vuran qidaları menyusundan çıxarması tövsiyyə edilir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 811   Tarix: 29 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

28.09.2026 465
.

Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya

"Android" smartfonlarının istifadəçiləri bəzən ekranın yuxarı hissəsində, mobil şəbəkə, Wi-Fi və batareya işarələrinin yanında kiçik "n" hərfini görə bilərlər. Bir çoxları bu işarənin nə demək olduğunu bilmir. xarici mediaya istinadən xəbər verir ki, "n" hərfi telefond

27.09.2026 392
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 261
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20.09.2026 252
.

Sabunun məişətdə 10 faydalı istifadə üsulu

Adi təsərrüfat sabunu təmizlik və paltar yuma üçün istifadə olunan bir çox vasitəni əvəz edə bilər. Onun əsas üstünlüyü yağ və çirklə yaxşı mübarizə aparmasıdır. -ın xarici mediaya istinadən xəbərinə görə, sabunun tərkibindəki maddələr həm su, həm də yağ hissəcikləri ilə qarşılıqlı təsir göstərdiyində

27.09.2026 230
.

Rusiyada muzeydə ziyarətçi şəkilə baxanda gözlərinə inanmadı: Şüşədə naməlum qadın üzü GÖRÜNDÜ

Rusiyadakı muzeylərdən birində ziyarətçi eksponatların yaxınlığında "xəyalət" olduğunu iddia edib. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Qazaxıstanlı turist Nərgizə Sankt-Peterburq şəhərində yerləşən Leninqradın mühasirəsi muzeyində olarkən blokad

27.09.2026 352
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

24.09.2026 933
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2753
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27.09.2026 252
.