"Vado Korovin qohumlarını "Space"ə yığıb qanunsuzluq edir"
Tanınmış teleaparıcı Zamirə Dadaşova "Space" TV-nin rəhbəri Vado Korovindən şikayətçidir.
"Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
""Space" MMC-nin hazırkı direktoru Vado Korovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"in baş redaktoru, deyilənə görə, Korovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Aprelin 1-də müəllifi olduğum "Açıq söhbət" verilişinin saat 21.00 efirinə salınmasına baxmayaraq, heç bir səbəb olmadan efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Korovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm siz mənə Vado Korovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha doğrudur. Əlimizdə sübut da var ki, face kontroldan kecməyib. Kadrlar şöbəsinin müdiri deyir "mən onların sözündən çıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəylikdir "Space"də yəqin ki. Bəs mənim əlimdə olan sənəd Vado Korovin üçün sübut deyil? Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilər hallandırır. Fətiyevlər də üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".
Z.Dadaşova sözlərinə belə davam edib:
""Space" sizə etibar edilməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşınalıq edib, işçiləri incidəsiniz. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbiylə oynayırsınız. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa, lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiniz bu ölkənin qanunları var? Bilmirsiniz, sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əməkhaqqı almamağına gətirib çıxarır? Bələ siz nəslinizi haram pullarla, onun-bunun haqqına girərək yedirməyə öyrəşmisiniz, Mənim uşaqlarım halal pulla, məvaciblə dolanır. Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1236 Tarix: 06 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 173 Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasına dair xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim olunması manipulyativ vizual təqdimat nümunəsidir. "Qafqazinfo" xəbər verir ki, bu barəd
13.11.2026 209 Müəlliflik hüququnu pozanları hansı cəza gözləyir? - Cərimə və həbs
Azərbaycan Respublikasında elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə bağlı yaranan müəlliflik hüququ münasibətləri, eləcə də ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin istifadəsi ilə əlaqədar yaranan əlaqəli hüquqlar "Müəlliflik hüquq
13.11.2026 227 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 331 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 196 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 205 Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca
13.11.2026 244 ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
13.11.2026 148 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 222