İlqar Mirzəyevin şəhid olmasından üç il ötür

İlqar Mirzəyevin şəhid olmasından üç il ötürBu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

AZXEBER.COM xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qaradabani şəhərində anadan olub.

O, 1980–1990-cı illərdə həmin şəhərdə tam orta məktəbdə təhsil alıb. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olub. Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib.

İlqar Mirzəyev 1991-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olunub və 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirib.

O, 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taqımının Komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Taqımının Komandiri vəzifəsində xidmət eləmişdir.

İlqar Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri vəzifəsində xidmət eləmişdir və xidməti zamanı Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən "kapitan" hərbi rütbəsi almışdır.

2001-ci ildən başlayaraq isə İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət eləmişdir. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən "mayor" hərbi rütbəsi alıb.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

İlqar Mirzəyev 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilmişdir. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
Təhsilini başa vurduğdan sonra mayor İlqar Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində — 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət edib.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət eləmişdir. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona "Polkovnik" hərbi rütbəsi verilib.

Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət eləmişdir.

Növbəti 2 il ərzində o, xidmətini Müdafiə Nazirliyində davam eləmişdir. İlqar Mirzəyev 2013-cü il dekabrın 28-dən 2015-ci il avqustun 8-nə qədər Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət eləmişdir.

2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.

2020-ci ilin iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamla İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

İlqar Mirzəyev 2020-ci il iyulun 15-də ikinci Fəxri xiyabanda dəfn olunub. Milli qəhrəmanımız ailəli idi. Onun Elvin adlı oğlu, Gülnarə adlı bir qızı var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2076   Tarix: 14 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi

13:14 241
.

Kreml: Putin Zelenskinin zənginə cavab verəcək

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalist Pavel Zarubinə açıqlamasında Rusiya lideri Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenskinin telefon zənginə cavab verməsi ehtimalını şərh edib. xəbər verir ki, söhbətin bir hissəsi müxbirin Telegram kanalında dərc olunub. Uşakov bildirib ki

11:17 203
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

01.11.2026 360
.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

12:25 210
.

Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir

Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda

14:53 160
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli iradəsinin və dövlət suverenliyinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli yaddaşını, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrin rəmzinə çevrilib

11:59 201
.

ZƏFƏR GÜNÜ: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, ŞUŞANIN AZADLIĞI VƏ YENİ DÖVLƏTÇİLİK MƏRHƏLƏSİ

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də ölkənin siyasi, hərbi və geosiyasi reallıqlarını dəyişdirdi. Şuşanın azadlığı isə bu Zəfərin milli-mənəvi mahiyyətini və tarixi əhəmiyyətini müəyyənləşdirən əsas hadisəyə çevrildi. Azərbayca

12:50 194
.

Leyla Əliyeva Daş Salnamə Muzeyindəki tədbirdən paylaşım edib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında Daş Salnamə Muzeyində təqdim olunan "Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri ilə bağlı tədbirdən paylaşım edib. BİG.AZ paylaşımı təqdim edir:

01.11.2026 408
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

14:21 181
.