Azərbaycanda bu yaşdan aşağı nikaha qəti qadağa qoyula bilər: qanuna dəyişiklik hazırlanır

Azərbaycanda bu yaşdan aşağı nikaha qəti qadağa qoyula bilər: qanuna dəyişiklik hazırlanırGetdikcə cəmiyyətdə fikirlər daha da genişlənir ki, 18 yaşdan aşağı nikaha icazə verilməsin. Biz bu məsələni qaldırmışıq. Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur. "Biz hazırda "Ailə Məcəlləsi"nin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk.

Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır.

Belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir.

Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir.

İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq", - deyə B.Muradova əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp: "Tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"

ABŞ Prezidenti Donald Tramp Lonq Aylenddə Respublikaçı namizədləri dəstəkləyən mitinqdə çıxış edərək tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın məğlub edilməsindən sonra bu addımı atacağını deyib. O, həmçinin ABŞ-ın İra

10:24 182
.

Bərdənin üç kəndində qaz olmayacaq

Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind

16:30 95
.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

14.08.2026 296
.

Tanışlarınızın bu mesajlarına İNANMAYIN: Polisdən MÜRACİƏT

"Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur". xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətind

14.08.2026 278
.

Alim Qasımov bağında ad günü etdi

Xalq artisti Alim Qasımovun 69 yaşı tamam olub. Axşam.az xəbər verir ki, xanəndə doğum gününü ailəsi ilə birlikdə qeyd edib. O, yaxınlarını bağ evinə toplayaraq məclis təşkil edib. Gecə ərzində muğamlar səsləndirilib, A.Qasımovun sənət yolundan bəhs edən video nümayiş olunub. Məclisdən videolar sosia

12:10 244
.

Haaland rekordlar kitabına düşdü

Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd

14.08.2026 251
.

Bakının əsas küçə və prospektləri yuyulub

Bakıda növbəti genişmiqyaslı daxili iməcilik keçirilib. Bu barədə -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyuc

11:41 180
.

Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə

16:20 97
.

İnstaqram 10 il sonra loqosunu dəyişdi

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz

14.08.2026 289
.

TOP MP3