Ermənilər uşaqlardan mina terrorunda da istifadə etmək niyyətindədirlər - VOMA hazırlıqlara başladı
Ermənistanın dünyada ən tanınmış terror təşkilatlarından olan VOMA azyaşlı erməni uşaqlarını öz aralarına cəlb etmək istiqamətində faəliyyətlərinə ara vermir. Ermənilərdən ibarət terror təşkilatı bu dəfə özlərinə məxsus sosial şəbəkə hesablarında minaların necə yerləşdirilməsinin öyrədiləcəyi ilə bağlı təlimlər üçün erməni uşaqlarını və gənclərini düşərgələrinə qoşulmağa çağırıb.
Bu terror qruplaşması yetkinlik yaşına çatmamış yeniyetmələri öz "tədbirlərinə" cəlb etməklə, onların hələ formalaşmamış fikirlərinə "miatsum" ideyalarını, Azərbaycana nifrət və nasist Qaregin Njdenin ermənilərin irqi üstünlüyü ilə bağlı sitatlarını onlara aşıqlamaqla da məşhurdur.
Ermənistanın qoşulduğu 1949-cu il Cenevrə Konvensiyası və onun 1977-ci il Əlavə Protokolları on beş yaşından kiçik uşaqların hərbi təlimlərdə iştirakını qadağan etsə də, VOMA bu qadağaya məhəl qoymur.
Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.
İkinci Qarabağ müharibəsi zamanı uşaqların Ermənistan tərəfindən birbaşa hərbi əməliyyatlara, həmçinin "VOMA", "POGA" və "Mets Tiqran" kimi hərbi təşkilatlar tərəfindən hərbi təlimlərə cəlb edilməsi faktları ortaya çıxsa da təəssüflər olsun ki, adı çəkilən terror təşkilatlarının yürütdüyü dəst-xətt xüsusilə Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində tətbiq edilməkdədir. Lakin VoMA, POGA və digər müxtəlif erməni silahlı qrupları tərəfindən Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir ciddi reaksiyanın şahidi deyilik. Rəsmi Bakı BMT və onun ixtisaslaşmış təsisatları (UNICEF) başda olmaqla digər beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları sahəsində qlobal nüfuza malik Human Rights Watch, Amnesty International təşkilatlarının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross) məsələyə münasibət bildirərək separatçılar tərəfindən yürüdülən fəaliyyətə müdaxilə etməyə çağırsa belə, adı çəkilən qurumlar məsələyə etinzasız münasibətləri ilə yadda qalıblar.
Təhməz Əsədov
Trend

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 517 Tarix: 15 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerj
10:00 233 Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
10:35 285 Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə
01.11.2026 345 Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili
12:25 199 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
Şuşa təkcə təbiətin yaratdığı gözəlliyin ünvanı deyil, həm də müqəddəs hisslərimizin, ən ülvi arzularımızın, Azərbaycan əsgərinin qəhrəmanlığının, vətən sevgisinin ünvanıdır. 30 ilə yaxın idi ki, sinəmizdə Şuşa boyda bir dərd böyüdürdük.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Şuşanın işğalda
14:53 128 ABŞ-da ara seçkilərdən sonra Pentaqonu hansı araşdırmalar gözləyə bilər?
Pentaqon ABŞ-da keçiriləcək ara seçkilərdən sonra Konqresdə siyasi tərkibin dəyişəcəyi təqdirdə Demokratlar tərəfindən aparıla biləcək araşdırmalara hazırlaşır. xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ən yüksə
10:44 179 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
12:07 201 Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin
01.11.2026 347 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
01.11.2026 400