Bəturə Sahibi hədələdi: "Səni biabır edəcəyəm"
"Biz beş duet oxumuşuq. Bütün əməyim, əziyyətim yerə vurulub. Əvvəllər başa düşmürdüm niyə belə edir, dərdi nədir. Niyə duet ortağım arxamca iş çevirdi. Sən mənimlə məşhur oldun, efirlərə çıxa bilmirdin. Asif Kərimov səni ona görə mənimlə bir araya gətirdi. Hamımızın əməyini yerə vurdun".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Bəturə Hüseynova deyib. O, bir vaxtlar yaxın dost olduğu duet ortağı Sahib İbrahimovu tənqid edib. Bəturə bildirib ki, ifaçı toylara gedib və onun qonorarını ödəməyib:
"Hər zaman hamı deyirdi ən uğurlu dueti Bəturə ilə olub. Məni az qalırdın qucağında daşıyasan, maşına qucağında otuzdurasan. Mənə bir təşəkkür belə etmədin, demədin ki, halallıq ver. Mənimlə oxuyasan deyə, 1 il gözlədin. Zaur Kamal məni çəkəndə həmişə yanımda olurdun. Gedib deyirdin ki, masadakıların pulunu ödəmişəm. Başımıza vururdun. Getdiyin yerlərdə deyirdin ki, Bəturənin kliplərini mən qarşılayıram. Amma demirdin ki, Bəturə hesabına beş toyunun sayı ona qalxmışdı. Gəlib deyirdin ki, məni toylarda istəmirlər, sən güclə salırdın. Hətta toydan mənə qonorar da ödəmirdin. Toy sahibləri, bəlkə mənə qonorar ödəmisiniz, amma o, gətirib verməyib.
Deyirdin mahnılara pul xərcləmişəm. Studiya dostumuzun idi, ansambl isə özünün idi. Hara xərclədin pulu? Sən kimsən mənə pul xərcləyəsən? İndi duetimiz yenidən trend olub. Toya gedirsən, mənim yerimə gah Şəbnəm Tovuzlu, gah Gülyanaq Məmmədovanı aparmısan. Toyda yalandan Gülyanağa belə ağız tərpətdirmisən. O gün Şəbnəm video atıb ki, toyda sənin yanında durub mənim ifama ağız tərpədib".
Bəturə Sahibi hədələyib:
"Mən kirayədə oturdum, əziyyət çəkdim. Sən isə nə pullar qazandın mənimlə oxuduğun duet sayəsində. Bir də eşitsəm ki, həmin dueti başqa müğənni ilə oxumusan, birinci səni, sonra da həmin müğənnini biabır edəcəyəm. Sən kimsən ki, sənə görə mənə söz gəlsin. Nə görünüşün, nə savadın mənə yaraşır. Səni toyda, orada-burada bəzəyən mən idim".
Qeyd edək ki, ifaçılar "Sənin xətrinə" adlı duet oxuyublar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1616 Tarix: 19 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
01.11.2026 364 İran əhalisinin 70 faizi nüvə doktrinasının dəyişdirilməsini istəyir
İran əhalisinin təxminən 70 faizi İslam Respublikasının nüvə doktrinasına dəyişiklik edilməsini tələb edir. xəbər verir ki, bu barədə IRIB İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaeinin açıqlamasına istinadən məlumat yayıb. Rzaei bildirib ki, İran xalqı ölkənin nüvə doktrinasının dəyişdirilməsin
11:06 156 Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
01.11.2026 297 Şəhər Günün mübarək, əziz Şuşa!
Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs
11:50 141 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 339 Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyaya səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. "Qafqazinfo" xəbər verir ki, o, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyi
13:14 76 Vuçiçin Serbiya Tərəqqi Partiyasının sədrliyinə namizədliyi təklif edilib
Serbiya Tərəqqi Partiyasının (STP) sədri Miloş Vuçeviç öz vəzifəsinə Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiçin namizədliyini təklif edib. "Report" "N1"ə istinadən xəbər verir ki, partiyanın yeni rəhbərliyi bu il dekabrın 13-də keçiriləcək iclasda seçiləcək. "STP sədri kim
01.11.2026 338 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 691 ZƏFƏR GÜNÜ - MİLLİ İRADƏNİN, TARİXİ ƏDALƏTİN VƏ AZƏRBAYCANÇILIQ RUHUNUN TƏNTƏNƏSİ
Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin milli yaddaşına, dövlətçilik düşüncəsinə və tarixi kimliyinə də mühüm təsir göstərir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü xalqımızın taleyində bel
12:15 129