Professor Elşad Məmmədovdan sərt reaksiya

Professor Elşad Məmmədovdan sərt reaksiya"Ali Attestasiya Komissiyasının yeni rəhbərliyi dövlət başçısı tərəfindən göstərilən etimada uyğun şəkildə fəaliyyət göstərir".

Bu sözləri BiG.AZ-a açıqlamasında Professor Elşad Məmmədov bildirib.

"Son həftələr ərzində mətbuatda Ali Attestasiya Komissiyasının fəaliyyəti ilə bağlı bir sıra qərəzli çıxışlar olur. Düşünürəm ki, bu hal ölkədə elmin, təhsilin inkişafına öz mənfi təsirini göstərməkdədir. Belə ki, dövlət başçısı tərəfindən müvafiq kadr islahatı aparıldıqdan sonra Ali Attestasiya Komisiyasının yeni rəhbərliyi öz fəaliyyətində çevikliklə bağlı, neqativ hallarla mübarizə istiqamətində köklü müsbət dəyişiklikərə nail oldu. Bu da elmdə, təhsildə təsadüfən mövcud olmuş bir sıra insanlar tərəfindən müqavimətlə qarşılanmaqdadır. Çünki, bəzilərinin təsadüfi şəkildə ali məktəblərdə hansısa inzibati vəzifələr tutması onlarda elə bir iştah yaratdı ki, sanki, alim də ola bilərlər, dissertasiya da müdafiə edə bilərlər. Ali Attestasiya Komissiyası isə bu hallara qarşı sərt sədlər qoymağa çalışmaqdadır. Bu da həmin insanlar tərəfindən kifayət qədər sərt müqavimətlə qarşılandı. Bir sıra fərdlər, hansısa insanlar sözsüz ki, ekspert şuralarında da və bütövlükdə dissertasiyaların təhlilində də səhvlərə yol verə bilər. Amma, mən düşünürəm ki, bu bütövlükdə komissiyanın fəaliyyətinə kölgə salmamalıdır".

"Xüsusilə bir məqamı bildirmək istəyirəm ki, bir sıra çıxışlar olur ki, komissiya ləğv olunsun və elmi dərəcələr, elmi adlar ali məktəblər tərəfindən verilsin.
Bu gün ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin fəaliyyəti onu deməyə əsas verir ki, bu olacağı halda təmamilə elmdən uzaq olan ali məktəb rəhbərlərinə yaxın olan insanlar qısa müddət ərzində professorlar, elmlər doktorları, dosentlər, fəlsəfə doktorları olacaq.

Bu da Azərbaycan elmi üçün çox böyük fəsadların reallaşmasına yol açacaq. Ona görə də düşünürəm ki, bu tip məsələlərdə həssas münasibət nümayiş etdiriliməlidir".

Professor Elşad Məmmədovdan sərt reaksiyaProfessor həmçinin bildirdi ki, ölkədə elmi dərəcələrin, adların verilməsi ilə bağlı qeyri-peşəkarlıq, qərəzlilik və öz şəxsi maraqlarından çıxış edilməsi kimi hallar Azərbaycan elminə, təhsilinə olduqca mənfi, sarsıdıcı zərbələr vura bilər:

"Azərbaycan hüquqi dövlətdir. Hər hansısa qanun pozuntusu varsa, ölkdədə hüquq-mühafizə orqanları, məhkəmə sistemi var ki, onlar da öz qəraralarını verəcəklər. Sonda onu bildirmək istəyirəm ki, özlərini ekspert adlandıran bir sıra insanlar bütöv bir qrumun fəaliyyətinə kölgə salmamalıdırlar".

Aynur HÖKMÜRƏVAN


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3