"Kaspian Motor Şou 2023" baş tutdu
Bu yayın ən parlaq avtomobil hadisəsi - "Kaspian Motor Şou 2023" işini uğurla başa vurdu. Xatırladaq ki, ölkədə rəsmi idxalçıların iştirakı ilə yeganə avtomobil sərgisini ənənəvi olaraq Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) təşkil edir. Bu il avtomobillərdən ibarət ekspozisiya populyar istirahət məkanı Sea Breeze Resortda qurulmuşdu.
Ümumiyyətlə, "Kaspian Motor Şou" unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə kütləvi istirahət məkanlarında keçirilir. Dəfələrlə Nabran istirahət zonasında, Qəbələ, Şəki şəhərlərində və əlbəttə Abşeron çimərliklərində bu avto-şou təşkil olunub.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları dedi:
Bizim assosiasiya ilk avtomobil sərgisini hələ 2003-cü ildə keçirmişdi. Belə çıxır ki, pandemiya ucbatından iki illik fasilə olmasaydı, bu il 20-ci yubiley avtoşousunu keçirəcəkdik, lakin faktiki olaraq bu 18-ci dəfədir. Buna baxmayaraq, biz tam rebrendinq etdik, sərginin konsepsiyasını dəyişdik. İdarə Heyətinin gənc üzvlərinin təkidi ilə daha dinamik və daha innovasion forum keçirdik. Nəticədə minlərlə ziyarətçinin pavilyonlara axınının şahidi olduq. Yəni bu auditoriya dənizə istirahətə gəlmiş və vaxtının bir hissəini sərgiyə ayırmış insanlardan ibarət deyildi, çünki hava küləkli idi, dəniz havası deyildi. Məhz avtomobil aşiqləri üç gün ərzində dünya şöhrətli istehsalçıların ən müasir inciləri ilə tanış oldular. Qeyd etməliyəm ki, ölkə avtomobil parkının yenilənməsi, yollarda təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ekoloji avtomobillərin təşviqi - bütün bunlar AADA fəaliyyətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, bu il biz elektromobilləri ayrıca bir meydançada sərgiləyirdik və bu stendlərdə tamaşaçıların daimi sıxlığı elektrik nəqliyyat vasitələrinə durmadan artan marağın bariz göstəricisidir. Bizim araşdırmalara görə hazırda ölkəmizdə satılan hər yüz avtomobildən beşi məhz elektromobildir.
Beləliklə, hər zaman olduğu kimi, rəsmi dilerlər yeni modellərinin təqdimatını məhz Kaspian Motor Şou çərçivəsində həyata keçirdilər. Üç gün ərzində əlliyə yaxın yeni model nümayiş olundu. Maraqlı prezentasiyalar tamaşaçılar arasında uduşlu müsabiqələrlə əvəzlənirdi. Avtomobillər aləmində biliyinə güvənən qonaqlar mükafatsız qalmadılar. Bu ilki avto-şounun əyləncə proqramı da fərqli təşkil olunmuşdu. Bütün pavilyonlarda populyar DJ-lərin ifasında elektron musiqi səsləniridi. Sərginin ilk günündə əsas səhnədə Ceyhun Zeynalov (Cin) tamaşaçıları sevindirdi. Avtoşounun son akkordları isə heç kimi biganə qoymadı: "Dərviş Band" qrupu və xalq artisti Niyammədin Musayevin emosional çıxışı heç şübhəsiz uzun müddət yaddaşlarda qalacaq.
Son olaraq, bu avtomobil bayramının təşkilində bizə dəstək olmuş Azərbaycan Avtomobil Federasiyasına, Sea Breeze Resorta, Mashin.AL elektron satış mərkəzinə, MLK Groupa, Artmood agentliyinə, Amsoil yağlarına və "Bizon" içkilərinə təşəkkür edirəm.












BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 769 Tarix: 02 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHindistanda beşulduzlu hotelin hovuzunda 2 əcnəbini elektrik cərəyanı vuraraq öldürüb
Hindistanın Benqaluru şəhərində yerləşən "Conrad" beşulduzlu hotelinin hovuzunda 2 əcnəbinin elektrik cərəyanı vurması nəticəsində öldüyü ehtimal edilir. "Report" "NDTV"yə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında hotelin üçüncü mərtəbəsində yerləşən hovuzd
01.11.2026 203 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
01.11.2026 437 Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
01.11.2026 203 Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
01.11.2026 217 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq?
Quba rayonundakı alma bağlarını bürüyən müxtəlif bitki xəstəlikləri məhsuldarlığı xeyli aşağı salıb. Bunu "Report"a yerli fermerlər bildiriblər. Onların sözlərinə görə, yetişmə dövründə havanın normadan artıq rütubətli və yağıntılı keçməsi səbəbindən alma bağlarında yayılmış göbələk, bakteriya
01.11.2026 223 Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu
Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı
01.11.2026 273 Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
01.11.2026 119 Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
01.11.2026 239 Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq: "Yaxşı və pis ruhlar mövcuddur"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens uçan naməlum obyektlər (UNO) və qeyri-adi təbiət hadisələrinə dair məlumatları araşdırmaq məqsədilə gizli sənədlərə olan çıxış imkanından faydalanacağını bəyan edib. xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalının efirindəki çıxışı zamanı danışıb
01.11.2026 170