Bacısını öldürən qardaş cinayət məsuliyyətindən azad edildi

Bacısını öldürən qardaş cinayət məsuliyyətindən azad edildiAğcabədidə 1 il əvvəl bacısını qətlə yetirməkdə ittiham olunan 27 yaşlı Bayram Xudaverdiyevin cinayət məsuliyyətindən azad olunması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

"Qafqazinfo"nun məlumatına görə, həmin cinayət işi üzrə iki ay əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.

Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs cinayət törədən vaxt anlaqsız vəziyyətdə olub, hazırda da psixi durumu onunla hər hansı istintaq aparılmasına imkan vermir.

Hökmə əsasən B.Xudaverdiyev cinayət məsuliyyətindən azad edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, məcburi psixatriya xəstəxanasına yerləşdirilməlidir.

Hökm apellyasiya məhkəməsində qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilə bilməz.

Qeyd edək ki, Cinayət Məcəlləsində göstərilib ki, şəxs cinayəti anlaqsız vəziyyətdə törətdikdə və subyektin olmaması səbəbindən əməlində cinayət tərkibi aşkarlanmadıqda, həmçinin cinayəti anlaqlı vəziyyətdə törətdikdə, lakin sonradan psixi və ya digər xəstəliyə tutulduqda cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, Bayram Xudaverdiyev ibtidai istintaq zamanı ifadə verib. O, bildirib ki, özündən 3 yaş böyük olan bacısı Lamiyə Abdullayevanın hərəkətlərinə qəzəbli olub. Hadisə günü Lamiyəni ailəsi ilə birgə yaşadığı evdən götürüb, avtomobillə "Harami düzü" adalanan yerə aparıb. Orada mübahisə zəminində bir anlıq özündən çıxaraq üstündəki ov bıçağı ilə onu qətlə yetirib. O, da məlum olub ki, B.Xudaverdiyevin ağır xəstəlikdən əziyyət çəkən ikinci bacısı 5 il əvvəl özünü asıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin

10:55 190
.

Tramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video

ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd

12:10 187
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

16:20 159
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

19:20 0
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

12:30 176
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

13:15 233
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

11:15 194
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

18:30 94
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

10:15 202
.