İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - ŞOK

İtkin Natiqin hekayəsi, şəklini "tanımayan" Balasanyan: "Doğradılar..." - ŞOK1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımovun hekayəsini təqdim edirik.

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb. Elə həmin il də könüllü olaraq cəbhəyə gedən Natiq 1992-ci ildə Ağdamın Xramort kəndindəki kilsədən əsir alınıb.

Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir. Sözügedən fotonu italyan hərbi fotoqraf Enriko Sarsini çəkib. Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, britaniyalı rejissor və ssenari müəllifi Karan Sinqh Natiq Qasımovun həyatından bəhs edən sənədli film çəkib.

Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin istehsalı olan "Oğul" sənədli araşdırma filmi Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. Vitali Balasanyan isə bu faktı təkzib edib.

Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Karan Sinqh Vitali Balasanyandan münaqişə dövründə əsirlərlə necə davranılmasını danışmasını təkidlə xahiş edir: "Birincisi, kimisə əsir saxlamaq çətindir. İkincisi, əsir təhlükə deməkdir. Əsirlikdən qaçmağa çalışan adam öldürülə, ya da bizimkilərdən kimisə öldürə bilər. Əgər bir adam əsir kimi qeydiyyatdadırsa, niyə onun öldürülməsinə görə başımız ağrımalıdır? Ya da onun bizim adamlarımızı öldürməyinə görə başımız ağrımalıdır... Gördüyünüz kimi, əsir istənilən halda təhlükə mənbəyidir. Hətta insan haqları təşkilatları, eləcə də beynəlxalq konveksiyalar amilini nəzərə alsaq da, bu fakt dəyişmir".

Rejissor fotoqraf Enriko Sarsininin Natiqi əsir götürməsi və erməni hərbiçiləri tərəfindən dindirilməsi zamanı çəkdiyi şəkilləri Vitali Balasanyana göstərir. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımov adlı əsiri xatırlaya bilmədiyini söyləyir: "Bu ad doğurdan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur. Çünki biz bu məsələlərə çox ciddi yanaşırıq. Əsirlər bizim həbsxanalara düşən kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi onları qeydiyyata götürürdü. Biz dərhal Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayırdıq və əsirlər bu təşkilatın nəzarətinə verilirdi".

Balasanyan bununla belə, Sarsinin çəkdiyi fotoşəkillərdən erməni hərbiçilərinin bir neçəsini tanıyır. O, iki hərbiçinin onun əsgəri olduğunu təsdiqləyir, amma Natiq Qasımov nədənsə onun yadına düşmür: "Biz yəqin ki, Natiqi təhvil vermişik. Özü də təkcə Natiqi yox, elə hamısını. Mən sonrakı vəziyyətə görə cavabdeh deyiləm. Əgər öldürdüklərimiz olubsa da, onların nəşini təhvil vermişik. Mən "əgər" sözünü vurğulamaq istəyirəm. Çünki biz öldürməmişik".

Maraqlıdır ki, general sorğu zamanı Natiqlə üzbəüz əyləşən və xüsusi nəzərə çarpan gənc zabiti də, deyəsən, tanımır. Rejissor Balasanyanın öz fotosunu özünə göstərib onun kim olmasını soruşur: "Bu haqda heç bir məlumatım yoxdur. Heç bir məlumatım. Heç nə deyə bilmərəm". Yəni özünü tanımır...

Müəllif daha sonra istefada olan polkovnik-leytenant Romik Mixtaryanla görüşmək üçün İrəvana yollanır. O da müharibədə iştirak edib və ermənilər tərəfdə döyüşmüş zabit həmkarlarının bir çoxunu tanıyıb.

Karan Sinqh Natiqi dindirən gənc zabitin fotoşəkilini ona da göstərmək qərarına gəlir və ümid edir ki, Romik onun kimliyinə işıq salmaqda köməklik göstərəcək: "Bu ki, Vitodur, Vitali Balasanyandır. Bəli, Vitali Balasanyandır da".

Deməli, yüksək dövlət mükafataları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. Bu, dəhşətli görünsə də, mümkün idi.

1992-ci ildə Balasanyan Əsgəranın müdafiəsinə başçılıq edirdi. Həmin vaxt cəmi 33 yaşı olsa da, o, əsirlərin dəyişdirilməsini təşkil edirdi. Müsahibədə dindirilmə zamanı göstərilən fotoşəkildə özünü tanımaq istəməməsi heç təəccüblü deyil. Bu, Natiqin yoxa çıxmasına görə məsuliyyət daşıyanların tapılması ilə bağlı axtarışlarda böyük irəliləyiş sayıla bilərdi.

Lakin rejissor Romikin ifadəsini təsdiqləyən azı bir erməni şahidin ifadəsini almaq istəyir. Tapır da. O, kilsə döyüşündə iştirak etmiş, keçmiş erməni əsgəri Aşot Movsesyanın izinə düşür və Rusiyanın Saratov vilayətinə gedir.

"O, azərbaycanlı əsir cəsarətli əsgər idi. Necə deyərlər, çox qoçaq, ürəkli oğlan idi. Təsəvvür edin ki, ona qumbara atırdılar, o isə qumbaranı götürüb bizə atırdı. Kimyəvi tərkibli qumbara, tüstü şaşkası atırdıq, amma heç nə təsir etmirdi. Orada (sığındığı kilsə - red) təmiz hava ala bildiyi bir yer tapmışdı. Kilsədə özünü qoruya biləcəyi bir səngər, sığınacaq qazmışdı. Beləcə sağ qalmışdı".

Rejissor sonra Aşota dindirilmə zamanı çəkilmiş fotoşəkli göstərib zabiti tanıyıb-tanımadığını aydınlaşdırmaq istəyir. "Bəli, bəli, bu, Vitalidir. Tanıyıram, çox yaxşı strateqdir. Hərbi strategiyanı çox yaxşı bilirdi Vitali. Azərbaycan dilində də çox təmiz danışırdı. Yəni elə təmiz danışırdı ki, onun erməni olduğundan qətiyyən şübhələnməzdin. Yəni o dərəcədə təmiz danışırdı".

Aşot daha bir sirri də açır. Heç demə, Vitali Balasanyan kilsəyə hücuma şəxsən özü rəhbərlik edirmiş: "Vitali Balasanyanın sayəsində Xocalıdan bir müəllim gətirib kilsəyə saldılar ki, azərbaycanlı ilə danışıb onu oradan çıxmağa razı salsın. Belə də oldu. Balasanyan o vaxt orada idi. Mən də həmin vaxt orada idim. Üçüncü Stepanakert bölüyünün tərkibində ora getmişdim".

Rejissor Aşotdan Natiqin sorğuya çəkilməsində itriak edib-etmədiyini və əsirin sonrakı taleyi haqqında bir şey bilib-bilmədiyini soruşur: "Mən söhbət zamanı orada deyildim. Heç bir şey də eşitməmişdim. Amma dostlarımızdan biz gedəndən sonra orada nə baş verdiyini soruşdum. Eşitdiyimə görə, onu da doğramışdılar.

- Doğramaq deyəndə nəyi nəzərdə tutursunuz?

- Qısası, öldürmüşdülər. Əsir götürəndən sonra öldürmüşdülər. Dəyişdirməmişdilər. Hə, öldürmüşdülər. Belə eşitmişdim".

Rejissor Vitali Balasyanın Natiqin itkin düşməsində əli olduğuna dair şübhələrin artdığını nəzərə alaraq ondan növbəti dəfə müsahibə almaq istəyir. Lakin general növbəti müsahibəyə razılıq vermir. Natiqi dindirən gənc zabitin kimliyinə gəlincə, Vitali Balasanyan yenə də cavab verməməyi seçir.

30 ildən çox vaxt keçməsinə baxmayaraq, ailəsi Natiqin hələ də sağ olduğuna və qayıdacağına inanır...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1806   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

26.09.2026 639
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20.09.2026 252
.

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay

27.09.2026 411
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27.09.2026 216
.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 287
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20.09.2026 290
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 203
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

27.09.2026 346
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 217
.