Adəm və Həvvanın övladları kiminlə evlənib? İnsan nəsli necə davam edib?

Adəm və Həvvanın övladları kiminlə evlənib? İnsan nəsli necə davam edib?Bütün dini kitablarda Adəm və Həvvanın adları keçir. Əgər yer üzündə Adəm və Həvvadan başqa insan yox idisə, onların nəsli necə davam etdi? Oğulları kiminlə evlənib nəsil artırdılar?

Lent.az xarici mediaya istinadən bildirir ki, cənnətdən qovulduqdan sonra Adəmlə Həvvanın 3 oğlu olub. Habil, Qabil və Sif (Xristianlıqda Kain, Avel, Sif)

Bəzi rəvayətlərə görə, Adəm və Həvvanın cüt-cüt oğul və qızları olurdu, hər öncəki cütlük, özündən sonrakı cütlükdən olan bacı-qardaşı ilə evlənirdi. Sif Adəm və Həvvanın 130 yaşı olanda doğulub. Adəm və Həvva yerdə keçirdikləri 930 il ərzində 33 oğlan, 22 qız övladı dünyaya gətiriblər. İndi haram və insest kimi qəbul edilsə də, ilk insanlar üçün ailə içi cinsi əlaqə normal hal sayılırmış. Bəzi dindarlar belə düşünürlər.

Amma Allahın varlığına inanan insanlar onun başqa yolla insan nəslini davam etdirə biləcəyini düşünmürlərmi? Adəmi torpaqdan yaradan Həvvanı niyə onun qabırğasından yaratmalıydı? Torpaqdan nə üçün başqa cütlüklər yaradılmadı? Ağıl və məntiq nəyinsə düz olmamasına işarə edir.

Bəzi ilahiyyatçılar bildirirlər ki, Allah ilk dəfə başqa insanlar, başqa irqlər də yaradıb. Həmin o irqlərin ailə qurması nəticəsində nəsil davam edib.

Məhəmməd peyğəmbərin hədislərində də deyilir ki, Adəm yer üzünə göndərilmiş beşinci nəslin yaradıcısıdır.

Adəmə qədər yer üzündə müxtəlif irqlərin və ya məxluqların mövcudluğu ehtimal olunur. Bir ağdərili və ya qaradərili insandan başqa irqin yaranması mümkün deyil. Deməli, onların öz nəsli olub. Allah Adəm və Həvvanı yaratdığı kimi, başqa Adəm və Həvvaları da yaradıb.

Başqa bir versiyaya görə, Adəmin ilk qadını olan Lilitin cin ərindən olan uşaqları ilə Adəmin uşaqları arasında evlilik yaranıb. Bəs Lilit kimdir? Axı biz ilk qadın olaraq yalnız Həvvanı bilirdik?

Lilit haqqında məlumat ilk dəfə Talmudda verilib. Onun adı ən qədim Mesopotamiya mətnlərində də keçir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Tövratın ilk hissəsi olan "Yaradılış"ın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdı.

Yəhudilik və Xristianlıqdakı əfsanələrə görə, Lilit uzun dalğalı, alov rəngli saçları, kəhrəba rəngli gözləri, ağ dərisi və zərif bədəni olan gözəl bir varlıq idi.

Əfsanəyə görə, Adəm və Lilit kimin daha üstün olması mövzusunda yola getməyiblər və heç biri geri addım atmayıb. Lilit Allahın haram adını söyləməklə Cənnətdən qaçır və yer üzündə Qırmızı dəniz yaxınlığında bir mağaraya sığınır. Cinlərin Kralı ilə birlikdə olur. Gündə 100 cin uşaq dünyaya gətirir və bu uşaqlar yer üzünə şər qüvvələr kimi səpilirlər.

Adəm tənhalıqdan Liliti geri qaytarması üçün Allaha yalvarmağa başlayır. Lilit geri dönməyincə, Allah Həvvanı yaradır. Həvva Lilitə çox bənzəyirdi.

Yəhudi dini inanclarına görə, insan nəsli Lilitdən yox, Həvvadan törəyib. Bacı ilə qardaşın evlənməsi Musa peyğəmbərə göndərilmiş ilahi qadağadan sonra aradan qaldırılıb.

Bəziləri hesab edirlər ki, insan nəslinin ömrünün Adəm və Həvvaya nisbətən ən az 10 dəfə qısa olmasının səbəbi elə bu qohum evlilikləri olub.

Dini əfsanələrə nəzər salsaq, nə görərik? Lilitin yer üzünə göydən endirilərkən yer üzündə göydən gəlmiş bir başqa məxluqlar - cinlər yaşayırdılar və hətta krallıq da qurmuşdular. Cin dediyimiz müasir deyimlə yadplanetlilər ola bilərdi? İlk onlar gəlmişsə, o zaman insan gəlmə (Cənnətdən, başqa dünyadan) deyilmi?

Aydan gətirilmiş torpaq nümunələrindəki elementlərə insanın qanında rast gəlinir. Bu təsadüfdür? Lilitin nəsli ilə qarışmışıq deyə, Yer üzündə ibtidai düşüncə səviyyəsində insanlarla yanaşı, az qala supergüclərə sahib olan müxtəlif səviyyəli insanlar yaşayır? Sual çoxdur.

Bəs elm nə düşünür? Elm adamları insan nəslinin təkamül nəticəsində yarandığını, "ulu babalarımızın" suda yaşayan ilk canlılar olduğunu düşünürlər. İnsan orqanizmində funksiyası bəlli olmayan bəzi orqanlar da təkamül nəticəsində öz işləkliyini itirib.

Bax, beləcə min illərdir insanları düşündürən sualın cavabı hələ də tapılmayıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2261   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

26.09.2026 639
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20.09.2026 252
.

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir. xəbər verir ki, psixologiyay

27.09.2026 411
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27.09.2026 216
.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 287
.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma

20.09.2026 290
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 203
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

27.09.2026 346
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 217
.