Doğulduğunuz tarixdə sizə bu sehrli güc verilib

Doğulduğunuz tarixdə sizə bu sehrli güc verilibHəyatda təsadüf yoxdur. Dünyamızda hər şey hər hansı səbəb nəticəsində baş verir. Yeri gəlmişkən, kimyagərlik, okkultizm və numerologiya baxımından, doğum tarixiniz təsadüfi rəqəmlərdən ibarət deyil. Doğulduğunuz tarixdə təbiət sizə bəzi xüsusiyyətləri hədiyyə edir.

İnanmağınızın heç bir əhəmiyyəti yoxdur. Bu məlumatı heç vaxt yoxlamasanız da, hədiyyəniz həmişə sizinlədir.

Sehrli gücünüzü öyrənmək üçün hesablama belə aparılır: doğum günü, ay, il. Bir rəqəm əldə edənə qədər onları toplayın. Məsələn, 1978-ci ilin 1 avqustunda dünyaya gəlmisinizsə, hesab belə aparılacaq: 1 + 8 + 1 + 9 + 7 + 8 = 34 = 3+4=7.

Əldə edilən rəqəmə əsasən təbiətin sizə bəxş etdiyi qeyri-adi gücü kəşf edəcəksiniz.

1. Möcüzə

Hesablamalar nəticəsində "1" rəqəmini almış olsanız, bilin ki, bu rəqəm yaratmaq və düzəltmək deməkdir. Bu tarixdə ən güclü sehr qabiliyyətlərinə sahib insanların doğulduğuna inanılır. Onlarda sehr aləminin açarı var. Və belə insanlar inanılmaz iradəyə malikdir. Ancaq bu gücü hər kəsi və ətrafdakıları idarə etmək üçün xərcləməyin.

Gücünüz: Cəsarət və iradə

2. Empatiya

Bizi əhatə edən enerjiyə digər insanlardan daha çox həssassınız. Odur ki, artıq uşaq yaşlarından etibarən digər insanları hiss edə və başa düşə bilirsiniz. Başqasının ağrısını duyur və dərdinə şərik olursunuz. Sehrli gücünüz istəsəniz də, istəməsəniz də ürəyinizdədir. Həm də - "üçüncü gözdə".

Bu gücü başqalarının ağrılarını yüngülləşdirmək üçün istifadə edə bilərsiniz. Həmçinin tükənən enerjini tez bir zamanda bərpa etmək üçün tez-tez təbiətlə ünsiyyətdə olun.

Gücünüz: Xəyallar və İntuisiya

3. Üç üzlü ay

Bu rəqəm ayın üç mərhələsini simvollaşdırır. Siz Üç üz tanrısının "vasitəçisi və bələdçisiniz". Bu ilahə haqqında ingilis yazıçısı Robert Qravesin "Ağ ilahə" risaləsində yazılmışdır. Qravesin sözlərinə görə, Üç Tanrı ilahəsi (onu "Doğum, Sevgi və Ölümün Ağ İlahəsi" adlandırdı) qadın həyatının və ayın üç "təzə", "hilal", "bütöv" mərhələsinə uyğundur: "bakirə", "ana" və "yaşlı qadın".

Odur ki, yaratmaq və məhvetmə gücü sizdə eyni anda mövcuddur. Arzularınızı dilə gətirəndə diqqətli olun. Məsələ ondadır ki, bütün düşüncələriniz və istəkləriniz asanlıqla reallığa çevrilə bilər.

Gücünüz: Yaratmaq və dağıtmaq

4. Elementalist

Dörd nömrə Yer kürəsinin 4 elementini simvollaşdırır: Od, Su, Hava və Torpaq. Mahiyyətiniz bütün bu 4 elementlə mükəmməl şəkildə birləşib, odur ki, çox rasional və ağıllısınız.

Bu elementlərin enerjisini daim özünüzə tərəf çəkdiyiniz üçün sizi lənətləmək çox çətindir. Yadda saxlayın ki, Od, Su, Yer və Hava ətrafınızda hər hansı mənfi hadisəni dəf edən xüsusi bir sehrli pərdə yaradır.

Gücünüz: Elemental magiya

5. Ruhani

"5" rəqəmi beşinci elementi - Ruhu (qədim yunan sehrində deyildiyi kimi Efir) simvollaşdırır. Bu nömrə altında doğulanlar mənəvi dünyası ilə daim təmasdadır. Asanlıqla axirət dünyasından qüvvələr çağırıb onlarla əlaqə qura bilərlər.

Bu səbəbdən də belə insanlar əla spiritualist ola bilərlər. Axı "beşinci element" onları idarə edir - Ruh!

Gücünüz: Ruhlarla əlaqə, magiya

6. Günəşin oğlu

6 rəqəmi Günəşi və onunla əlaqəli hər şeyi simvollaşdırır. Odur ki, içinizdə güclü bir enerji axını var. Sehrli gücünüz Günəşdəndir. Demək olar ki, hər şeyə qadirsiniz.

Siz şəfa verən bir rəhbərsiniz. Ancaq unutmayın ki, böyük güc də böyük məsuliyyət deməkdir. Gücünüzlə ehtiyatlı olun və digər insanların ziyanına istifadə etməməyə çalışın.

Gücünüz: Ritual sehr və şəfa

7. Ayın şagirdi

7 rəqəmi ayı və onun bütün sehrini simvollaşdırır. Sehrli gücünüz ayın təmiz və qarşısıalınmayan sehridir. Ritual sehr haqqında bir şey oxumağa və ya öyrənməyə belə ehtiyac yoxdur, siz sanki doğuşdan nə edəcəyinizi və necə olacağını bilirsiniz. Və hər şey asanlıqla və ustalıqla alınır. Bu qabiliyyət çox güclü inkişaf etdirilən intuisiya ilə əlaqədardır.

Başqa bir gücünüz odur ki, xəyallarınız bir qayda olaraq təbiətdə peyğəmbərlik xarakteri daşıyır. Bir şey haqqında xəyal qurmağa başlayan kimi dərhal yerinə yetirilir. Gücünüzü ağılla istifadə etsəniz, möcüzələr yarada bilərsiniz!

Gücünüz: Uzaqgörənlik

8. Ənənəvi cadu

8 ən sehrli rəqəmlərdən biri sayılır. Doğum gününüz "8"lə əlaqədardırsa, onda siz çox böyük sehrli gücə sahibsiniz. İçinizdə bir növ "kompas" yerləşdirilib və nəyin doğru, nəyin düzgün olmadığını yaxşı bilirsiniz.

Gücünüz: Enerji manipulyasiyası və kimyagərlik

9. Şaman

Siyahıdakı son rəqəm yuxarıda göstərilənlərin hamısını təmsil edir. Bu, hər şeyin bitdiyi və yenidən başladığı qapıdır. Buna görə də siz heç kimin görmədiyi şeyləri görə bilirsiniz.

Siz artist və sənətsəl təbiətlisiniz, odur ki, dünyanı və insanları qeyri-standart fokuslardan və perspektivlərdən görürsünüz. Beləliklə, siz sağalda və müalicə edə bilərsiniz.

Bu rəqəm ölüm və yenidən doğuşu simvollaşdırdığından, ruhlar və kabusları hiss edirsiniz. Odur ki, bütün şamanların etdiyi kimi, tanış dünyanın və insan imkanlarının hüdudlarından kənara çıxa bilərsiniz.

Gücünüz: Astral proyeksiya. (publika.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1345   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.