Bayden Kiyev üçün Konqresdən 100 milyard dollar istəmək niyyətindədir

Bayden Kiyev üçün Konqresdən 100 milyard dollar istəmək niyyətindədirABŞ prezidenti Cozef Bayden Konqresdən Ukraynaya 2025-ci ilin əvvəlinə qədər ən böyük hərbi və humanitar yardım paketini tələb etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hərbi yardımın həcmi 100 milyard ABŞ dollarına çata bilər. Nəşr bildirib ki, Demokratlar 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər Respublikaçılar Partiyası ilə yeni mübahisələrdən qaçmağa çalışır.

"Böyük paket konsepsiyası administrasiyanın bir çox üzvləri tərəfindən güclü şəkildə dəstəklənir. Ukrayna tərəfdarları bunun birdəfəlik qanun layihəsi olmasını istəyirlər ki, bu, seçkilərdən sonra məsələnin həllinə imkan verəcək"-, məlumatda vurğulanıb.

Bayden administrasiyasının rəsmisi, istefa verən respublikaçı Kevin Makkartinin yerinə yeni Nümayəndələr Palatasının spikeri seçilənə qədər hərbi yardımın məbləğinin nə qədər olacağı ilə bağlı heç bir qərar verilməyəcəyini söyləyib.

Nəşrin yazdığına görə, qanun layihəsi Nümayəndələr Palatasının üzvlərinin və senatorların əksəriyyəti tərəfindən təsdiqlənmək üçün yaxşı şansa malikdir.

Konqres bu günə kimi Ukraynaya ümumi məbləği 113 milyard dollar olan 4 yardım paketini artıq təsdiqləyib.Eyni zamanda, Kiyevə verilən maliyyə dəstəyinin saxlanılması ABŞ əhalisi arasında getdikcə mübahisəli məsələyə çevrilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin keçmiş sədri, hazırda Vəkillər Kollegiyasının üzvü Məhəmməd Əkbərov vəzifəsindən sui-istifadə edərək Nizami Rayon Məhkəməsinə məxsus olan torpaqda restoran tikib, daha sonra isə sənədləri saxtalaşdıraraq icarəyə verib. Bunu -a müraciət edən zərərçəkmiş sahibkar məluma

01.05.2026 298
.

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır. Bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət edib. Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətini

01.05.2026 303
.

İran atəşkəsin pozulmasına hazırlıq məqsədilə basdırılmış raketlərin və digər silahların qazıldığını bildirib

NBC News, adı açıqlanmayan ABŞ rəsmisinə və iki məlumatlı mənbəyə istinadən xəbər verir ki, son günlərdə İran yeraltında və ya dağıntılar altında basdırılmış raketlər və digər sursatları çıxarmaqla ABŞ və İsraillə atəşkəsin pozulmasına hazırlaşır. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki

01.05.2026 201
.

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qəra

01.05.2026 243
.

"Ukrayna Tramp-Putin danışıqlarına əhəmiyyət vermir" - "Heç bir konkret nəticə yoxdur"

Rəsmi Kiyev ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında telefon danışıqlarına əvvəlki qədər diqqət yetirmir. "AzPolitika" xəbər verir ki, bu barədə məlumat verən "The New York Times" qəzetinin yazdığına görə, 2025-ci ildə bu cür təmaslar Ukrayna üçün potensial təhlükə sayıls

01.05.2026 143
.

Sülh danışıqları dalana dirənib, vaxt bitir müharibə yox - SON YENİLİKLƏR

Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi bildirib ki, Tehran Hörmüz boğazı ilə bağlı təkbaşına qəbul etdiyi qərarlarda etibarlı tərəf sayıla bilməz. Reuters-in məlumatına görə, bu açıqlama İranla bağlı müharibəni dayandırmaq istiqamətində aparılan səylərin dalana dirəndiyini və tərəflə

01.05.2026 197
.

Uşaqlar niyə "olmaz" deyilən şeyi daha çox etmək istəyir? - PSİXOLOQDAN AÇIQLAMA

Valideynlərin tez-tez qarşılaşdığı vəziyyətlərdən biri də budur: uşağa "olmaz" deyildikdə, o, sanki məhz həmin davranışı etmək üçün daha da israr edir. Bu hal xüsusilə erkən yaş dövrlərində daha qabarıq görünür və bir çox valideynlərdə çaşqınlıq yaradır - qadağa qoyduqca niyə nəticə əksin

01.05.2026 238
.

Röya və Əkbərin mahnısını kim sildirib? - Mahnının müəllifi danışdı

Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan Xalq artisti Röya Ayxan və müğənni Əkbərin dueti "Ay qız" erməni mətbuatında da müzakirə olunub. xəbər verir ki, ermənilər əsassız şəkildə yutubdan silinən mahnının müəllifi kimi Karen Sevakı göstəriblər. mövzu ilə bağlı mahnının müəllifi, Röy

01.05.2026 226
.

Təhsildə islahat: sistem nə vəd edir, nəyi riskə atır?

"Dövlət məktəbinin liseyə çevrilməsi o deməkdir ki, artıq həmin təhsil müəssisəsinə şagird qəbulu ərazi prinsipi ilə deyil, bilik və bacarıq əsasında aparılacaq. Bu yanaşma cəmiyyətin intellektual potensialının bir mərkəzdə cəmlənməsi baxımından müsbət qiymətləndirilə bilər. Belə mühitdə güclü şagirdlə

01.05.2026 220
.

TOP MP3