Bakıda QANDONDURAN CİNAYƏT: ata 2 yaşlı oğluna 9 bıçaq vurdu

Bakıda QANDONDURAN CİNAYƏT: ata 2 yaşlı oğluna 9 bıçaq vurduCİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il noyabrın 23-ü saat 19 radələrində Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib.

Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi Kərimovu gətirərək bölməyə təhvil veriblər.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Lent.az hadisənin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 23-də Saqi Kərimov qayınatası Təyyar Əliyevin evinə gələrək, arvadı Xeyrənsə Kərimovadan onunla birlikdə getməsini tələb edib. Yoldaşı bundan imtina edib, onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirib. Bundan sonra o, qadından qisas almaq istəyib. Qadına mənəvi iztirab vermək üçün, ondan 2 yaşlı oğlu ilə axırıncı dəfə görüşmək üçün şərait yaratmasını xahiş edib. Yoldaşı razı olduqda, Saqi Kərimov uşağı yataq otağına aparıb, arvadı, qayınatası və qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla oğlu İsmayıla 9 dəfə zərbə endirib. Yetirdiyi xəsarətlərin ağrısından qışqıran uşağın səsinə nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa çalışıb. Buna baxmayaraq, o, qadına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.

İş üzrə dindirilmiş Saqi Kərimov bildirib ki, 2020-ci ilin fevral ayında Xeyrənsə Kərimova ilə rəsmi nikaha daxil olub. Dekabrın 18-də övladları İsmayıl Kərimov anadan olub:

"Ailə qurandan sonra Bakıda kirayədə yaşayırdıq. Aramızda mübahisələr yarandığından 2022-ci ilin avqust ayında Xeyrənsə uşağı götürüb, atası Təyyar Əliyevin evinə getdi. Tez-tez gedib uşaqla görüşüb arvadıma geri qayıtmasını təklif etsəm də, o, imtina edirdi. Noyabrın 23-də
"20-ci sahə"yə çatarkən, xırdavat mağazasından bıçaq alıb gödəkçəmin cibinə qoydum. Evdə söhbət zamanı qaynatamdan xahiş etdim ki, ailəmi buraxsın, amma Təyyar Əliyev qızının mənimlə getməyəcəyini bildirdi.

Qayınatamın sözlərindən sonra, özümü və oğlumu öldürməyi qərarlaşdırdım. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb mənə verəndə, uşağı qucaqlayıb yataq otağına apardım. Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram".

Zərərçəkmiş İsmayıl Kərimovun qanuni nümayəndəsi Xeyrənsə Kərimova ifadəsində göstərib ki, əri Saqi Kərimov dəfələrlə, əgər boşansa övladını və onun ailə üzvlərini öldürəcəyini bildirib:

"Noyabrın 23-ü səhər saat 9-dan başlayaraq, yoldaşım zəng vurdu və İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə uşağın xəstə olduğunu, buna görə də onu çölə çıxarda bilməyəcəyimi dedim. Yoldaşım bundan əsəbiləşərək, üstümə qışqırdı. Həmin axşam Saqi evdən getməyə hazırlaşarkən, uşağı qucaqlayıb sağollaşmaq istədiyini dedi. Ərim uşaqla birlikdə yataq otağına keçəndən bir müddət sonra, İsmayılın ağladığını eşitdim. Otağa girəndə, İsmayılı çarpayının üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa başladım".

Zərərçəkmiş Əminə Əliyeva ifadəsində göstərib ki, kürəkəni Saqi Kərimov hər gün arvadı Xeyrənsəni döyüb:

"Buna baxmayaraq, qızım döyüldüyünü bizdən gizlətməyə çalışırdı. Saqi evinə 1 manat pul belə pul gətirmir və evin kirayə pulunu ödəyə bilmirdi. Ailəsini biz saxlayırdıq. Noyabrın 23-ü saat 19 radələrində evimizə gələn kürəkənim qayınatasına yoldaşını və oğlunu aparmaq istədiyini deyəndə, Təyyar ona borclarını qaytardıqdan sonra Xeyrənsəni apara biləcəyini söylədi.
Bundan sonra Saqi ovladını öpüb gedəcəyini bildirdi. Həmin vaxt İsmayıl qonaq otağında, döşəmənin üzərində oturub oynayırdı. Xeyrənsə uşağı götürüb Saqiyə verdi. Yataq otağından nəvəmin səsini eşidən kimi mən, ardımca da qızım içəri qaçdıq.

Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb "qoymayın uşağı öldürdü" deyə, qışqırdım. Əllərimlə bıçaqdan və qolundan tutub kürəkənimi divara çırpdım".

Zərərçəkmiş qeyd edib ki, hazırda nəvəsinin barmaqlarında problem var. Dili tutulub, danışmaqda çətinlik çəkir və buna görə müalicə olunur.

Məhkəmə iclasında Saqi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bildirib ki, ərini bağışlamır və ona qanuna uyğun cəza verilməsini xahiş edib. Zərərçəkmiş Əminə Əliyeva təqsirləndirən şəxsə ömürlük cəza təyin edilməsini istəyib.

Məhkəmə hesab edib ki, Saqi Kərimovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1119   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.