Adapterləri cərəyana qoşanda niyə partlayış baş verir? - MÜTƏXƏSSİS RƏYİ
Son vaxtlar telefonların adapterlərinə görə dəhşətli partlayışlar baş verir. Təəssüf ki, daha çox xarici ölkələrdə baş verdiyini düşündüyümüz bu cür hadisələr artıq Azərbaycanda da telefon istifadəçilərini sınağa çəkən məqama çevrilib. Belə ki, ölümlə nəticələnən hadisələrin təfərrüatını araşdıranda məlum olub ki, telefonu enerji yığması üçün elektrik yuvasına qoşan zaman şiddətli partlayış olur.
Maraqlıdır, həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar və onların enerji cihazları doğrudan təhlükəlidir? Faciəli hadisələrlə üzləşməmək üçün insanlar telefon və ehtiyat hissələrini necə seçməlidirlər?
Bununla əlaqədar Oxu.Az-a danışan Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Hüseynqulu Quliyevin sözlərinə görə, keyfiyyətsiz və istifadəyə yararsız telefon batareyalarından istifadə zamanı partlayış və ya yanğın baş verə bilər:
"Belə ki, batareya enerji yığan zaman həddindən artıq qızma baş verə bilər və bu səbəbdən batareyada yanma və partlayış yarana bilir.
İnsanlar düşünürlər ki, telefonlara fərqli adapterlərin və "USB" adlanan əlaqələndirici naqillərin qoşulması da belə təhlükələrə gətirib çıxarır. Bu iddialarda əsas var. Çünki telefonu uzun müddət istifadə etmək mümkündür, amma onun ehtiyat hissələri daha tez sıradan çıxır. İnsanlar məcbur olub, telefon aksesuarlarını, o cümlədən adapterləri dəyişməli olurlar. Bu zaman keyfiyyətsiz adapter seçilməsi problemlərə səbəb olur. Qeyd etdiyim kimi, keyfiyyətsiz adapterlərin istifadə edilməsi adapterin özündə və telefonda qızmaya səbəb ola bilir".
Mütəxəssis adapterlərin elektrik cərəyanına qoşulması zamanı diqqət edilməli məqamları da vurğulayıb. H.Quliyevin sözlərinə görə, adapterin göstəriciləri zəif, elektrikin gücü yüksəkdirsə, bu da ciddi problemdir:
"Adapterlər elektrik avadanlığı olduğu üçün onların işçi-elektrik xarakteristikaları var: giriş gərginliyi, tezlik, çıxış gərginliyi və cərəyan. Bu sadalanan parametrlər adapterin pasportunda göstərilən kəmiyyətlərə uyğun olmalıdır. Məsələn, giriş gərginliyinin diapazonu 100-240 V nəzərdə tutulubsa, bu xarakteristikadan kənara çıxaraq istifadə edilməməlidir. Əks halda, qeyd olunan mənfi halların baş verməsi mümkündür.
Hazırda uşaqdan böyüyə hər kəs telefon istifadə edir. Amma bu cihazların uzun müddət və təhlükəsiz istifadə edilməsinə də diqqət etmək lazımdır. Telefon və onun ehtiyat hissələrini necə gəldi, işlətmək, düzgün deyil. Adapterlərdən yüksəkrütubətli yerlərdə istifadə edilməməli, havalanma olmasına diqqət göstərilməlidir. Batareyalara 0%-ə qədər boşalma imkan verilməməli, 10-30% olduqda doldurmalıdır. Çalışmaq lazımdır ki, 95% qədər dolsun. Bu zaman həmin batareyaların xidmət müddətini uzatmış oluruq. Sıradan çıxmış, yəni "şişmiş" batareyalardan istifadə edilməməsi tövsiyə olunur".
Xatırladaq ki, adapterlərin ölümə səbəb olduğu sonuncu partlayış hadisəsi bu il sentyabrın 25-də Kürdəmirdə yaşayış evində baş vermişdi. İlkin araşdırma zamanı aydınlaşıb ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Təəssüf ki, partlayışda yaralanan ər və arvadın həyatını xilas etmək mümkün olmayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1100 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 187 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?
Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrü
28.09.2026 179 "Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20.09.2026 259 Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20.09.2026 223 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 252 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 924 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20.09.2026 290 Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq
"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd
27.09.2026 346 Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Son dövrlərdə şəhərdaxili nəqliyyatda tez-tez rast gəlinən və sürücülərin ani reflekslərini hədəf alan yeni bir oğurluq üsulu avtomobil və yol təhlükəsizliyi mütəxəssislərinin radarından yayına bilməyib. Avtomobilin qanad bölgəsinə yerləşdirilən sadə bir plastik butulka ilə qurulan bu üsul sürücüləri
27.09.2026 242