Gecəqondudan lüks villaya - Engin və Dilan Polat cütlüyünün keçmişi - FOTO
Bir müddət öncə çirkli pulların yuyulması iddiası ilə saxlanılan Dilan Polat və əri Engin Polatın 5 il əvvəl gecəqonduda yaşadığı məlum olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Polat ailəsinin köhnə məhəllələrindən olan qonşuları Ataşehir rayonu Yenisahra məhəlləsindəki evlərinin cütlüyün yeganə mülkü olduğunu, Dilan Polatın gəldiyi evdə qayınanası və qayınatası ilə yaşadığını bildiriblər.
Təxminən 5 il əvvəl Ataşehirdə Engin Polatın anası Şükran və atası Sezgin Polatla birlikdə yaşadığı 3 mərtəbəli evin görünüşü belədir:
Məlum olub ki, cütlüyün əvvəlki həyatı indiki lüks yaşantıları ilə tamamilə əlaqəsiz olub. Sakit və dinc həyat yaşayan cütlük Dilan Polatın doğum fotoqraflığına keçməsindən sonra yüksəlməyə başlayıb. İddiaya görə, naməlum mənbələrdən gələn pullarla gözəllik mərkəzi açan cütlük gecəqondudan Çekmeköydəki villaya köçüb.
Polat cütlüyü gecəqondu tərk etdikdən sonra Engin Polatın atası Sezgin və anası Şükriye Polat da Sancaktepedəki villaya köçüb. O gündən sonra köhnə məhəllədəki qonşuları onları bir daha görməyiblər. Sezgin Polat köhnə evini təmir etdirərək kirayə verib.
Engin Polatın valideynlərinin yaşadığı evdə qalan kirayəçi 3 ildir burada yaşadığını deyib:
"Onları da sizin kimi mediadan tanıyıram. Əvvəllər mənim müştərim olub, gəlib-gedirdilər. Peyk antenası biznesi ilə məşğul idi, belə tanış olduq. Qızı bizdən əvvəl burada yaşayırdı. Qızından sonra bizə kirayə verdi. 3 min 500 lirə kirayə haqqı ödəyirəm", - deyə o bildirib.
Məlumata görə, məhəllə sakini Mercan Dəmirtürk, "Biz Sezgin qardaşın əlində böyümüşük. O, bizim üçün böyük qardaş idi. Dilan Polat gəlin gələndən sonra kamerası ilə foto çəkməyə gedərkən gördük. Maddi durumları onlara kifayət edirdi. Onlar buradan köçəndən sonra nələrin baş verməsi ilə bağlı heç bir fikrimiz yoxdur. Qapının ağzında söhbət edirdik. Öz maşınları var idi. Sezgin qardaş taksi işi ilə məşğul idi. İcarəyə götürdükləri taksiləri var idi. Daşıma işində idi. O qədər də pis vəziyyətdə deyildilər. Təxminən 4-5 il əvvəl Sezgingil buradan köçdülər. Engin onlardan da 1-2 il əvvəl köçüb. Engin bəy əsgərlikdən gələndən sonra tikinti işləri ilə məşğul olurdu".
Qeyd edək ki, barələrində həbs qərarı verilən 13 şübhəlidən biri də tutulub. Saxlanılan şəxsin Polat cütlüyünün vəkili Haydar Enes Çetinkaya olduğu məlum olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1567 Tarix: 03 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il
28.10.2026 322 Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama
ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör
10:54 164 Ceyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl
12:23 135 Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia
28.10.2026 327 "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna
14:07 10 Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
12:45 180 Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə
İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli
11:21 163 İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"
28.10.2026 277 Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq. xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq. Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərd
28.10.2026 411