Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı

Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdıXaçmaz rayonunun Hacıqazma kənd sakini Ələddin Talıbov çətin duruma düşüb.

Belə ki, o, kənddə özünə fərdi iş qurmaq, dövlətin kəndlilər üçün yaratdığı özünüməşğulluq proqramına qoşulmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinə müraciət edib. 2019-ci ildə agentlikdə növbəyə durub. Dörd ildən sonra - 2023-cü il iyul ayının 11-də növbəsi çatanda ona 21 baş qoyun verilib.

Ələddin Talıbovun Bizim.media-ya bildirdiyinə görə, onun qara günləri də elə bundan sonra başlayıb.

Ələddin Talıbova verilən qoyunlardan 5-i alandan 12 gün sonra tələf olub. Deyir ki, həmin vaxtdan proqramın şərtləri pozulub:

"Müqavilədə göstərilir ki, vətəndaş heyvanları almamışdan 10 gün əvvəl şərtlərlə tanış olmalıdır. Mən bu müqavilə ilə heyvanlar mənə verilən gün tanış oldum. Təhvil-təslim aktı ilə bir yerdə müqavilənin şərtləri ilə də tanış oldum. Müqavilədə göstərilir ki, vətəndaş hər hansı qüsur olarsa, heyvanları alandan 30 gün sonra agentliyin filialına müraciət edə bilər. Alandan 12 gün sonra heyvanlar tələf olmağa başlayıb. Mən də dərhal müraciət etmişəm, baytar gəlib, ölü heyvan cəsədlərini yarıb və protokol tərtib edilib".

Ələddin Talıbov ölən qoyunlardan 4-nün dişi, birinin isə qoç olduğunu bildirib. O, hesab edir ki, burada da müqavilə şərtləri pozulub:
"Şərtlərə görə, qoyunların artımı üçün verilən qoç 2-4 yaşında olmalıdır, mənə verilən qoç isə quzu idi. Onunla necə artım olacaqdı ki? Üstəlik həmin quzu da öldü, indi heç artım olmayacaq, həm də qalan qoyunlar da sağlam deyil, xəstədir".

Şikayətçi rəsmi qurumlara dəfələrlə yazılı müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə etmədiyini bildirir.

Özünün Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu deyən şikayətçinin Dövlət Məşğulluq Agentliyindən tələbi odur ki, ona ölmüş heyvanların əvəzinə yeni heyvanlar verilsin və xəstə qoyunlar sağlamları ilə əvəz olunsun. Belə olarsa, o, fərdi təsərrüfatında qoyunçuluğu inkişaf etdirə bilər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 515   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ-dən Ukraynaya 90 milyardlıq dəstək: ilk vəsait dronlara ayrılır

Avropa Birliyinin (AB) Ukraynaya ayırdığı 90 milyard avroluq kreditin ilk tranşı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. Onun çıxışı Avropa Parlamentinin YouTub

11:08 170
.

Dövlət tənzimləmir: çörəyin qiyməti necə formalaşır?

"Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir və bazar prinsipləri əsasında formalaşır". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, hazırda çörək məhsullarında müşahidə olunan qiymət artımının əsas səbəbi taxılın bahalaşmasıdır. Bu bahalaşm

14:35 157
.

Rusiyalı ekspertdən iddia: Aİ postsovet ölkələrində nəzarəti artırır

Rumıniya, Moldova və Ermənistan üçün Avropa İttifaqının daxili siyasi iradəni xarici nəzarətlə əvəz etməyə yönəlmiş bir sxem qurduğu iddia olunur. xəbər verir ki, bu fikri Siyasi Təhlil Mərkəzinin direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Pavel Danilin səsləndirib

11:28 178
.

Tədris ili bitməmiş imtahan: pedaqoji ziddiyyət

"Tədris ili iyun ayında başa çatdığı halda, buraxılış imtahanlarının mart ayına təyin edilməsi həm pedaqoji, həm də psixoloji baxımdan ciddi ziddiyyətlər yaradır. Təhsilin fundamental prinsipi ondan ibarətdir ki, əvvəlcə bilik tam mənimsədilir, daha sonra isə qiymətləndirilir. Dövlət proqramı 11-c

15:53 169
.

"Süni intellektlə hamı bəstəkar olub"

Aparıcı Lamiyə Ələkbərova bəstəkarlardan şikayətlənib. Axşam.az xəbər verir ki, aparıcı verilişində bir çoxlarının süni intellektlə mahnı bəstələyib satdığını deyib. O bildirib ki, canlı musiqi alətləri yer almayan mahnılara baxmır:. "Hamı mahnı göndərir: bir mahnı yazmışam. Heç nə də yazmayıblar

14:44 182
.

Rusiya: Kiyevə nüvə komponentləri ötürülməsi qəbuledilməzdir

Fransa və Böyük Britaniyanın Kiyevə nüvə bombası komponentlərini ötürmək cəhdi bütün ağlabatan hədləri aşır. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bildirib. Diplomat vurğulayıb ki, "bu

11:20 174
.

600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?

Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı birdəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. -a istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən, "Sosial müavinət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçuların

14:57 296
.

İtlər üçün ideal yuxu müddəti - 8 saat deyil, daha çoxdur

Bir çox sahiblər ev heyvanlarının ehtiyaclarını insanlarla müqayisə edərək hesab edir ki, gündə 8 saat istirahət kifayətdir. Lakin britaniyalı baytar Benin sözlərinə görə, bu yanaşma tamamilə yanlışdır və heyvanın psixikasına zərər verə bilər. xarici mediaya istinadən itlərin normal yuxu saatların təqdi

18:15 106
.

Charles III-ün Konqres çıxışı: ABŞ-ın Ukrayna və NATO siyasətində dönüş nöqtəsi? - POLİTOLOQDAN AÇIQLAMA

Böyük Britaniya kralı Charles II-ın ABŞ-a rəsmi səfəri çərçivəsində Konqresdə etdiyi çıxış beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tarixi çıxışında kral ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamaqla yanaşı, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyin

12:17 213
.

TOP MP3