İnfeksionist: "Yoluxma sayında ciddi artım olacağını düşünürdük, əksi oldu" - AÇIQLAMA

İnfeksionist: "Yoluxma sayında ciddi artım olacağını düşünürdük, əksi oldu" - AÇIQLAMA"Ölkədə vaksinasiya prosesi, demək olar ki, böyük uğurla başa çatıb". Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir.

Bu açıqlama hər kəs tərəfindən maraqla qarşılanıb. Bir çoxları artıq koronavirus epidemiyasının bitdiyini güman edirlər. Xatırlasaq ki, ÜST bu il mayın beşində ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası statusunu ləğv etmişdi və həmin vaxtdan təxminən beş ay keçib, bu istiqamətdəki gözləntilər daha da güclənir.

Bəs görəsən, həqiqətən, epidemiyanın sonuna yaxınlaşırıqmı? Xəstəliklə vidalaşmağımıza nə qədər qalıb?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, COVID-19-la bağlı ciddi bir risk yoxdur:

"Əslində, ölkədəki vəziyyət, həqiqətən, qənaətbəxşdir. Bunu, onsuz da, gündəlik yoluxma hallarından, eyni zamanda, xəstəxanaya müraciətlərdən və hazırda ölkədəki epidemioloji vəziyyətə görə də düşünmək olar. Yəni nəticə göz önündədir.

COVID-19 ilə bağlı əhalidə ciddi bir risk, sağlamlıq baxımından hər hansı bir problem görmürəm. Çünki insanlar zamanında kütləvi olaraq bu xəstəliyə yoluxublar. Artıq buna qarşı immunitet yaranıb. Eyni zamanda, əhalinin çox hissəsi peyvəndlənib. Hazırda dünyada ciddi epidemioloji vəziyyət yoxdur".

V.Əliyev Azərbaycanda vəziyyətin stabil olduğunu vurğulayıb:
"Yoluxmaya, ciddi və ağır fəsadlara səbəb olacaq virus mutasiyası olmadığına görə Azərbaycanda da vəziyyəti mən stabil olaraq görürəm. Təbii ki, koronavirus tamamən dünyadan silinən bir virus deyil. Bu virus artıq qalıcıdır. Amma önəmli olan onun insanlarda ciddi xəstəliklərə səbəb olmamağından gedir.

Odur ki, hazırda elə bir risk görmürəm. Təbii ki, gələcəkdə yeni bir mutasiya yaranarsa və dünyada bununla bağlı hər hansı bir ziddiyyət görülərsə və ya ciddi xəstəliyə səbəb olarsa, o zaman müvafiq tədbirlər görüləcək. Amma hazırkı vəziyyət stabildir. Yaxın zamanlarda pandemiyanın yeni dalğası yaranmayacaq".

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, payız mövsümü olmasına baxmayaraq, yoluxma sayında artım müşahidə edilmir:

"Payız mövsümünə olsa da, koronavirusla bağlı yoluxma sayında artım müşahidə edilmir. Düzdür, ola bilər ki, koronavirusla bağlı yoluxanlar çoxdur, amma onlar xəstəxanaya müraciət etmirlər. Çünki xəstəliyi daha yüngül keçirirlər. Hətta adi qripə yoluxduqlarını düşünürlər. Kollektiv immunitet yarandığı üçün xəstəliyi yüngül keçirirlər".

"Yəni, əslində, epidemioloji vəziyyətin, həqiqətən də, qənaətbəxş olduğunu demək olar. Çünki müəyyən ölkələrdə yoluxma sayında artım var. Amma bizdə payız mövsümünə rəğmən, belə hal hələ ki yoxdur. Açığı, biz daha ciddi artımın olacağını gözləyirdik, lakin artım müşahidə edilmir. Xəstəliyi yüngül keçirirlər deyə xəstəxanaya müraciət etmirlər və statistik rəqəmlərdə özünü göstərmir. Bu, əslində, çox yaxşı haldır", - deyə M.Əliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çia toxumundan nə qədər istifadə etmək olar?

Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə

28.10.2026 332
.

Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir

İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya

10:34 179
.

Uşağa "yox" deməyi necə öyrətməli?

Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v

28.10.2026 330
.

Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb. xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkili

28.10.2026 465
.

Moskvada həşəratlar üçün otel yaradıldı

Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas

28.10.2026 368
.

Melaniya Trampdan Oleşkidəki humanitar missiya ilə bağlı açıqlama

ABŞ-ın birinci xanımı Melaniya Tramp Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən missiyanın sənədləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb. xəbər verir ki, o, bu barədə özünün X sosial şəbəkə hesabında paylaşım edib. Melaniya Tramp yazıb ki, "Newsmax" telekanalından olan dör

10:54 155
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28.10.2026 275
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

28.10.2026 337
.

8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ

12:27 160
.

Son Xəbərlər