Tahir Mirkişili: "Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 53 %-ə çatıb"
Bu gün Azərbaycanda orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 52,9 %-dir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin parlamentin Əmək və sosial siyasət komitəsi ilə birgə iclasında bildirib.
"Bu nisbət çox mühüm, dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Hər bir insanı aldığı maaşın hansı nisbətində pensiya alacağı maraqlandırır. Bəzi beynəlxalq təşkilatlar bu nisbətin 60-65 % olmasını tövsiyə edir. Bu gün bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 51,8 %-dir. Bizim əldə etdiyimiz rəqəm bütövlükdə regionda və OECD-də orta göstəricidən yuxarı sayılır və indiki halda məqbul sayıla bilər. Amma bir çox təşkilatlarda və "Azərbaycan – 2030" proqramında belə bir hədəf var ki, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 60-65 %-ə çatdırılsın. Bu istiqamətdə işlərin getməsi vacibdir. Düzdür, son illərdəki işlər nəticəsində bu faizlər getdikcə artır. Amma bizim hesablamalarımıza görə hazırkı mövcud pensiya sistemində olan mexanizmlə o rəqəmi 60-65 %-ə gətirmək riyazi cəhətdən bir qədər çətin olacaq. Amma təklif edirəm ki, gələcəkdə bu məsələni nəzərə alaq", - deyə o qeyd edib.
"Azərbaycanda bu gün minimim pensiyanın minimum əməkhaqqına nisbəti isə 81,2 %-dir. Bu, o deməkdir ki, biz adekvatlığa minimum əməkhaqqı və minimum pensiya məbləğində nail olmuşuq. Bu, əslində yüksək bir rəqəmdir", - deyə deputat əlavə edib.
"Bizi ən çox maraqlandıran məsələlərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlığıdır. Onun ən çox ölçülən göstəricilərindən biri adekvatlıqdır", deyə sədr vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 512 Tarix: 04 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər Günü və Şuşa Günü: Azərbaycanın tarixi qələbəsi, milli qüruru və əbədi yaddaşı
Azərbaycan xalqının tarixində 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü milli iradənin, qəhrəmanlığın, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi yer tutur. Bu tarixlər yalnız keçmişdə qazanılmış qələbəni xatırlatmır, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirən milli birlik
12:45 118 Meloninin mümkün istefası İtaliyada siyasi gərginliklə əlaqələndirilir
İtaliyanın Baş naziri Corcia Meloninin mümkün istefası hakim koalisiya daxilində, o cümlədən Ukraynaya hərbi yardımın dayandırılması məsələsi ilə bağlı artan gərginliklə əlaqələndirilir. xəbər verir ki, bu barədə Belluno şəhərindəki UniDolomiti Universitetinin dosenti, beynəlxalq münasibətlər üzrə italya
10:34 192 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
28.10.2026 527 Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?
Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə
28.10.2026 388 İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"
28.10.2026 277 Netanyahu üçün fürsət, müxalifət üçün sınaq: İsraildə seçkidən sonrakı mənzərə
İsraildə səslərin 84,5 faizinin hesablanmasından sonra Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 54, Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku 49 mandat qazanıb. Ərəb partiyalarının isə ümumilikdə 17 mandat əldə etdiyi bildirilir. Bu nəticələrə əsasən, Netanyahu və onun rəhbərli
11:21 163 "Həyat yoldaşım iki ev arasında qalıb"
"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya
28.10.2026 466 Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
12:45 180 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 338