Ərdoğan Azərbaycanla bağlı daha bir mühüm sazişi təsdiqlədi

Ərdoğan Azərbaycanla bağlı daha bir mühüm sazişi təsdiqlədiAzərbaycan Türkiyədə bu ilin əvvəlində baş verən güclü zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalmış Kahramanmaraş vilayətində inşaat işləri həyata keçirəcək. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.

BiG.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə qərar "Rəsmi Gazete"də yayımlanıb.

Sənəddə qeyd olunur ki, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək. Sazişə əsasən, Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq. Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Əməkdaşlıq sazişi çərçivəsində işi icra edəcək qurumlar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ) və Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) olacaq. Hər iki qurumun məsul şəxslərindən ibarət İşçi Qrup formalaşdırılacaq. Tikinti və işçi layihələri TOKİ hazırlayacaq.

Məlumat üçün bildirək ki, "Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında" saziş 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində bu il fevralın 6-da 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyədə təbii fəlakət nəticəsində 50,5 min nəfər həyatını itirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28.10.2026 115
.

Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq

Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq. xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq. Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərd

28.10.2026 204
.

WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?

WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli

28.10.2026 316
.

Payızda necə qidalanmalıyıq? - Ekspertdən vacib tövsiyələr

"Payız fəslində düzgün qidalanma orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanması, immun sisteminin normal fəaliyyətinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mövsümdə qida rasionumuzda təzə, mövsümi meyvə və tərəvəzlərə üstünlük verməliyik". Bunu BİG.AZ-a açıqlamasınd

28.10.2026 278
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28.10.2026 116
.

İpoteka krediti: Mənzil almamışdan əvvəl nələri bilməliyik?

İpoteka ilə mənzil almaq sadəcə daşınmaz əmlak əldə etmək deyil, uzunmüddətli maliyyə öhdəliyi götürmək deməkdir. Bu qərarı verərkən üç əsas amil düzgün qiymətləndirilməlidir: şəxsin real ödəmə qabiliyyəti, alınacaq mənzilin hüquqi vəziyyəti və kreditin ümumi dəyəri. İpoteka ilə mənzil almaq istəyənləri

28.10.2026 285
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

28.10.2026 295
.

Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər

"İsrail və ABŞ yenidən İranla müharibəyə başlasa, Benyamin Netanyahu seçkilərdəki rəqibi Qadi Ayzenkotu mümkün yeni koalisiya hökumətinə qoşulmağa məcbur edə bilər". Teleqraf xəbər verir ki, bunu "Vaşinqton Post"a İsrail Baş naziri Benyamin Netanyahunun "Likud" partiyasını

28.10.2026 196
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

28.10.2026 207
.