Azərbaycanda evli qadından dənizdə biabırçı hərəkət - Rafiqə dedim ki...

Azərbaycanda evli qadından dənizdə biabırçı hərəkət - Rafiqə dedim ki...Xaçmaz rayonunda 1973-cü il təvəllüdlü Tural həmkəndlisi Rafiqi (adlar şərti verilib - red.) bıçaqlayıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, ötən ili avqustun 12-si axşam saatlarında Tural yaşadığı Xaçmaz rayonunun kəndindəki evində həmkəndlisi Rafiqlə yeyib içib. Sərxoş olan Turalı yuxu tutub.

Gecə saat 1 radələrində arvadı Şövkətin yatdığı otaqdan səs eşidib. Yuxudan oyanıb və arvadının olduğu otağa keçib. Arvadının Rafiqlə cinsi əlaqədə olduğunu görüb. O, otaqdakı masanın üstündən götürdüyü mətbəx bıçağı ilə Rafiqin sol gicgah və qarın nahiyələrindən vurub.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır: "Rafiq həmkəndlimdir, təxminən səkkiz ildir bir-birimizi tanıyırıq. Avqustun 12-də saat 21 radələrində Rafiq evimə gəldi. O, gələndən sonra oğlum Sahibə pul verdim və bir şüşə 0,7 litrlik araq alaraq gətirməsini tapşırdım. Rafiqlə yataq otağında oturub yeyib-içdik".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rafiq özü mağazadan 3 ədəd spirt tərkibli "QO" içkisi alıb gətirib: "Onları da içik. Təxminən saat 23 radələrində Rafiqi yola saldım. Sonra yataq otağa keçərək yatdım. Saat 1 radələrində yan otaqdan səs eşitdim. Həmin otağa keçdim və işığı yandıranda otaqda arvadım Şövkətlə Rafiqin cinsi əlaqədə olduğunu gördüm. Özümdən asılı olmadan otaqda olan masanın üstündəki mətbəx bıçağını götürüb Rafiqi iki dəfə vurdum.

Rafiq mənə müqavimət göstərmədi. İstifadəmdə olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum və hadisə barədə məlumat verdim".

İş üzrə zərərçəkmiş Rafiqin sözlərinə görə, Turalın ailəsi ilə daha əvvəl dənizə gediblər: "Dənizə gedəndə Turalın arvadı Şövkət məndən xoşu gəldiyini dedi. Onun sözlərini ciddiyə almadım. Avqustun 12-də saat 20 radələrində kəndə Vəli adlı şəxsin çayxanasında çay içəndə Turalın oğlu Sahib yanına gəldi və atasının məni evə çağırdığını dedi. Mən də getdim.

Tural bir şüşə araq alaraq gətirməyimi deyəndə etiraz eləmədim. Bir şüşə 0,7 litrlik araq aldım, birlikdə içdik. Daha sonra Şövkət 6 manat pul verərək 3 ədəd spirt tərkibli "QO" içkisi alıb gətirməyimi istədi. Onu da alıb gətirdim. Bu içkiləri də içdikdən sonra Tural uşaqları ilə yatdıqları otağa keçdi. Mən də Şövkətlə birgə yan otağa keçdik. Orada Şövkətin razılığına əsasən onunla cinsi əlaqədə oldum.
Ətraflı

Şövkətlə cinsi əlaqədə olanda qəflətən Tural otağa girdi. Bizi bu vəziyyətdə gördü. Heç bir söz demədən masanın üzərindən bıçağı götürərək əvvəlcə başımdan, sonra qarnımdan vurdu. Şövkət otaqdan götürdüyü dəsmalı qarnımın qan axan hissəsinə tutmaq üçün mənə verdi. Mən də köynəyimi götürərək evdən çıxdım".

Cinayət işi üzrə şahid qismində ifadə verən Şövkət qeyd edib ki, Tural onunla 2004-cü ildə rəsmi olaraq evlənib: "Birgə nikahdan iki oğlan övladımız var. Rafiq həmkəndlimizdir. O mənə söz atır, müxtəlif təkliflər edirdi. Adımın ləkələnməməsi üçün bu barədə ərim Turala heç nə demirdim. 2022-ci ilin iyul ayının əvvəllərində Rafiqin at arabası ilə ailəmizlə birgə dənizə getdik. Dəniz sahilində Turalla Rafiq spirtli içki qəbul etdilər. Rafiq dəniz sahilində məni qucaqlayaraq zorla cinsi əlaqədə oldu. Turalla Rafiqin arasında dava olacağından qorxdum və bu barədə ona demədim".

Şövkətin sözlərinə görə, avqustun 12-də saat 21 radələrində Rafiq bir şüşə araqla onlara gəlib və Turalla araq içiblər: "Sonra Tural 3 ədəd "QO" içkisi alması üçün Rafiqə pul verdi. O da həmin içkinin alaraq gətirdi. İçdikdən sonra Tural Rafiqi yola saldı.

Rafiq gedəndən sonra Tural uşaqlar yatan otağa keçdi və onlarla birlikdə yatdı. Mən yemək yedikləri otaqda qabları yuyaraq yığışdırandan sonra həmin otaqda döşəmənin üstündə yer saldım. Saat 1 radələrində Rafiq yenidən qayıdıb bizə gəldi. İçəri daxil olan kimi paltarlarını soyundu. Boğazımdan tutaraq mənimlə zorla cinsi əlaqədə oldu.

Turalın oyanacağından və Rafiqlə dalaşacağından qorxdum. Buna görə səsimi çıxartmadım. Bir az sonra Tural oyanaraq biz olan otağa keçdi. İşığı yandıranda Rafiqin mənimlə cinsi əlaqədə olduğunu gördü. Mətbəx bıçağını götürərək Rafiqi bıçaqladı".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza təyin olunub. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini istəyib.

Prokurorun protestinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Protestin dəlillərini araşdıran hakimlər heyəti qərar elan edib. Qərara görə, prokurorun protesti hökmdən xaric edilib.

Turalın barəsində 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, məhkəmə zalında həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1278   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan və İran kriptobirjaları ABŞ sanksiyalarına məruz qaldı

ABŞ Maliyyə Nazirliyi Gürcüstanın "Shelbit" və İranın "Aban Tether" kriptobirjalarına qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyətinin versiyasına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu şirkətlərdən pulların yuyulması və ABŞ sanksiyalarından yayınmaq üçün istifad

19:20 92
.

Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar. "Report" xəbər verir ki, bu barədə "Th

19:40 71
.

CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb. "Amerikal

21:15 0
.

Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir

Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd

12:20 163
.

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. "Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilə

10:15 143
.

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütun

13:07 288
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri

18:30 117
.

Hindistanda eyni bölgədə pələng hücumunun 28-ci qurbanı: Fermeri öldürdü

Hindistanın Çandrapur şəhərində 55 yaşlı Rameş Kaşivara pələngin qurbanı olub. bildirir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb. Məlumata görə, fermer əkin sahəsini suvarmaq üçün tarlasına gedib. Lakin həmin axşam evə qayıtmayıb və bundan narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar

17:20 144
.

SEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"

İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər. xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibini

13:20 159
.

TOP MP3