Telefonların qeydiyyat rüsumu azaldıldı

Telefonların qeydiyyat rüsumu azaldıldıPrezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiq edib.

Axşam.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları azaldılıb.

Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər oldan mobil cihazlar üçün rüsum 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olan mobil cihazlar üçün rüsum 100 manatdan 70 manata, bazar qiyməti 1001 ABŞ dollarından çox olan mobil cihazlar üçün rüsum 150 manatdan 100 manata endirilib.

Yeni rüsumlar 30 gündən sonra qüvvəyə minəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 583   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur. Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq

29.04.2026 346
.

Nazpəri Dostəliyeva və Ramal İsrafilovdan yeni duet: "Qorxuram" təqdim olundu

Azərbaycan estradasının tanınmış simalarından xalq artisti Nazpəri Dostəliyeva və Ramal İsrafilov dinləyicilərinə yeni musiqi layihəsi təqdim ediblər. Sənətçilərin birgə ifasında ərsəyə gələn "Qorxuram" adlı mahnı qısa müddətdə musiqisevərlərin diqqətini cəlb edib və sosial şəbəkələrdə müzakir

29.04.2026 299
.

Afrika iki hissəyə bölünə bilər: Alimlər yeni okeanın yaranmasını istisna etmir

Alimlərin fikrincə, Afrikanın şərq hissəsi geoloji baxımdan parçalanmaya yaxınlaşır və gələcəkdə burada yeni okeanın yaranması mümkündür. Qaynarinfo xəbər verir ki, bu barədə "ORIGO" nəşri yazıb. Məlumata görə, Şərqi Afrika rift sistemi daxilində yerləşən Turkana çökəkliyinin altında Yer qabığ

29.04.2026 210
.

Alimlər plastiki təmiz yanacağa çevirdilər: effektiv ÜSUL

Avstraliyalı alimlər plastik tullantıları ekoloji cəhətdən təmiz yanacağa çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar. xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı Adelaide Universiteti yayıb. Universitetdən bildirilib ki, bu texnologiya fotokatalitik parçalanma prosesinə əsaslanır. Bu prose

29.04.2026 240
.

Buraxılış imtahanında İngilis dilindən esse yazısı: Şagirdlər hazırdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illərdə buraxılış imtahanlarının formatında edilən dəyişikliklər, xüsusilə İngilis dili üzrə esse yazı tapşırığının əlavə olunması şagirdlər və valideynlər arasında müzakirələrə səbəb olub. Əsas suallardan biri isə budur: adi orta məktəb proqramı ilə təhsil alan şagird bu cür yazı tapşırığının öhdəsində

29.04.2026 253
.

Qazaxıstan OPEC+-dan çıxmağı düşünmədiyini bildirib

Qazaxıstanın Energetika Nazirliyi, Birləşmiş Ərəb Əmirliklərinin İran müharibəsinin yaratdığı enerji böhranı fonunda neft istehsalçıları qrupundan çıxacağını açıqlamasından bir gün sonra Orta Asiya ölkəsinin OPEC+-dan çıxmağı düşünmədiyini bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Qazaxıstanı

29.04.2026 205
.

Bağça müəllimlərinin sertifikatlaşdırılması: gecikmiş, amma zəruri addım

"Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması Azərbaycanın təhsil strategiyasında mühüm, eyni zamanda gecikmiş addımlardan biri kimi qiymətləndirilə bilər. Təhsil eksperti baxış bucağından bu prosesi bütöv konsepsiya çərçivəsində təhlil etmək mümkündür". Bunu BİG.AZ-

29.04.2026 261
.

Ukrayna-İsrail arasında taxıl qalmaqalı: Diplomatik gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA

Son günlərdə Ukrayna ilə İsrail arasında taxıl ticarəti ilə bağlı yaranan qalmaqal iki ölkə arasında diplomatik gərginliyi artırıb. Rəsmi Kiyev iddia edir ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən əldə edilən və "oğurlanmış" hesab olunan taxıl İsrail limanlarına daxil olur v

29.04.2026 275
.

Turizm şirkətləri dövlət qurumlarından kömək istəyir - "Summer Tour"un yeni qərarı etiraz doğurdu

Azərbaycan turizm şirkətləri birgə bəyanat yayıb. xəbər verir ki, Azərbaycan turizm sektorunda fəaliyyət göstərən bir qrup şirkət Türkiyə istiqaməti üzrə satış həyata keçirən "Summer Tour Azərbaycan" MMC-nin son qərarı ilə bağlı narazılıqlarını bəyan ediblər. Bəyanatda bildirilir ki, hər turis

29.04.2026 456
.

TOP MP3