"Separatçıların siyasi məhbus kimi qələmə verilmə cəhdləri böyük bir insanlıq ayıbıdır" - POLİTOLOQ
"Təəssüflər olsun ki, beynəlxalq hüquqdan, insan haqlarından ədalətdən dəm vuran bir sıra təşkilatlar və ölkələr beynəlxalq hüququn özlərinin çirkin siyasi oyunlarına, manipulyasiyasına çevirib. Bu gün beynəlxalq hüquq kütləvi şəkildə həmin bu dövlətlər, təşkilatlar və onların havadarları tərəfindən tapdalanır. Xüsusilə qərb imperializmi tarix boyu müxtəlif coğrafiyalarda nifrət leksikonuna söykənən siyasət həyata keçirib. Və etnik separatçılıq zəminində xalqlar arasında süni münaqişələr yaradaraq bu prosesləri qızışdırıblar".
Bu sözləri BiG.AZ- açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, onlar qızışdırılmış münaqişələrdə siyasi divdentlər qazanmaq, müxtəlif ölkələrə təsir göstərmək, xalqların və ölkələrin sərvətlərini istismar etmək siyasətini həyata keçiriblər:
"Bu baxımdan hesab edirəm ki, siyasi məhbus məsələsi hazırda çox ciddi təbliğat vasitələrindən birinə çevrilib. Birincisi, heç siyasi məhbus məsələsindən danışan beynəlxalq təşkilatların özünün siyasi məhbus anlayışının kriteriyaları ilə bağlı düzgün məlumatları yoxdur. Bunun bağlı, təsnifatlandırma mövcud deyil. Yəni beynəlxalq təşkilatlarda və institutlarda siyasi məhbus mövzusunu qabardanların özünü siyasi məhbus anlayışının özünə vahid yanaşma prinsipləri ümumiyyətlə bu anlayışın necə müəyyənləşməsi ilə bağlı bir dəqiq informasiyalar yoxdur. Bu gün çox aydın şəkildə görünür ki, hansı ölkəyə təzyiq göstərmək istəyirlərsə, hansı ölkə beynəlxalq imperialist şəbəkələrin əlaltısı qismində çıxış etmək istəmirsə, həmin ölkələri manipulyasiya etməklə məşğul olurlar. Onlara saxta siyasi məhbus məsələsi üzərindən informasiya hücumları həyata keçirmək istəyirlər".
Politoloqun sözlərinə görə, bu ölkələrin təzimini qəbul edən, imperialist dairələrin qarşısında baş əyən, müstəqillikləri kövrək olan ölkələrdə demokratiya və insan hüquqları adı altında olan bütün pozuntulara göz yumurlar:
"Çox maraqlıdır ki, həmin ölkələrdə siyasi fəaliyyətə görə real olaraq həbs olunan insanlar heç vaxt bu təşkilat və dövlətlərin qondardığı saxta siyasi məhbus siyahılarına salınmırlar. Xüsusilə, terrorçuların və separatçıların siyasi məhbus kimi qələmə verilmə cəhdləri böyük bir insanlıq ayıbıdır. Buna cəhd edən və dilinə gətirən siyasətçilər beynəlxalq aləmdə çox ciddi sosial media üzərindən reaksiyalara və tənqidlərə məruz qalmalıdır ki, bir daha başqa xalqlara, ölkələrə olmazın cinayətlər yaşatmış adamları siyasi məhbus kimi qələmə verməyə çalışmasınlar".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağa "yox" deməyi necə öyrətməli?
Yeddi yaşlı qız sinif yoldaşı iki dəfə xahiş etdiyi üçün sevimli oyuncağını ona verir. Çünki imtina etməyi ayıb hesab edir. Bir saat sonra isə otağında ağlayır. Halbuki heç kim oyuncağını sındırmayıb və ya zorla əlindən almayıb. Onun qardaşı isə oxşar vəziyyətdə sakit şəkildə "yox" deyir v
28.10.2026 215 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
28.10.2026 264 "Həyat yoldaşım iki ev arasında qalıb"
"Mən köhnə evimi satıb təzəsinə köçdüm. İndi oğlumla eyni həyətdə qalırıq. Evimin açarını da onlara vermişəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Qonaqcanlı" proqramında deyib. Sənətçi yeni ev aldığını bildirib:. O bildirib ki, yeni evə köçdükdən sonra həya
28.10.2026 283 Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28.10.2026 152 Moskvada həşəratlar üçün otel yaradıldı
Moskvada "Yauza" ekomərkəzinin yaxınlığında həşəratlar üçün xüsusi sığınacaqlar yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, bu barədə "həşərat otelləri" adlandırılan kiçik evciklər arıların, kəpənəklərin, parabüzənlərin və digər həşəratların əlverişsiz havadan qorunmas
28.10.2026 250 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
28.10.2026 169 İspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28.10.2026 115 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 146 Çia toxumundan nə qədər istifadə etmək olar?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Axşam.az xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bə
28.10.2026 200