"Universitetlərdə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ayrıca fənn və tədqiqat mərkəzləri açılmalıdır" - EKSPERT
"Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması və təbliği istiqamətində bir çox sahələrdə və qurumlarda olduğu kimi, ali təhsil müəssisələrimizin üzərinə əsaslı surətdə böyük işlər. Bu istiqamətdə müəyyən addımlar atılır. Tədbirlər keçirilir, konfranslar təşkil olunur. Təbii ki bunlar azdır. Burada əsasən strateji bir planlama hazırlanmalıdır. Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində fəaliyyət proqramı olmalıdır. Məhz bundan sonra mövzu ilə bağlı sistemli və effektiv işlər görülə bilər. Yerdə qalan hallarda görülən işlər özünün pərakəndəliyi və nisbətən effektivsizliyi fərqlənə bilər".
Bu sözləri BiG.AZ-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. Ekspert bildirib ki, biz bu baxımdan Naxçıvan Dövlət Universitetinin adını xüsusi fərqləndirə bilərik:
"Universitetin rektoru cənab Elbrus İsayevin qərarı ilə qərbi Azərbaycan ilə bağlı xüsusi fənnlər tədris olunacaq. O universitetin iki ixtisasında tarix müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında qərbi Azərbaycan ilə bağlı iki xüsusi fənn əlavə olunub. Tarix müəllimliyi və tarix ixtisaslarında "Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi", Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında isə "Qərbi Azərbaycanın toponomikası" kimi fənnlər tədris olunacaq. Muzey işi və abidələrin qorunması ixtisasında isə "Qərbi Azərbaycanın Maddi-mədəni abidələri" adlı fənn tədris olunacaq. Bu çox yerində atılmış zəruri bir addımdır. Mən inanıram ki, digər böyük universitetlərdə ən azı xüsusi fənn səviyyəsində addım atılacaqdır. Bu çox vacibdir".
Elmin Nurinin sözlərinə görə, təkcə xüsusi fənnlərin artırılması deyil. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ayrıca tədqiqat mərkəzlərinin açılmasına böyük ehtiyac var:
"Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Prezident yanında Dövlət idarəçilik akademiyası- bir sözlə humanitar yönümlü universitetlərimizdə bu məsələ üzrə xüsusi fənnlər tədris olunmalı və araşdırma tədqiqat mərkəzləri açılmalıdır. Dərs vəsaitləri isə yalnız xüsusi fənnlər tədris olunandan sonra edilə bilər. Çünki, dərslik hansısa bir predmet və fənn bloku ilə əlaqəli olmalıdır. Birdən-birə dərslik yazmaq tədqiqat işi kimi dəyərləndirilə bilər. Yaxşı tədris yazıldı. Bəs tələbə bunu hansı fənn blokuna görə öyrənəcək? Xüsusi fənn olmalıdır ki, xüsusi fənn də hazırlansın".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1848 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVergi öhdəliklərinin pozulmasına görə hansı cəzalar nəzərdə tutulur?
Vergi hesabatlarının və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatların vaxtında təqdim edilməsi vergi ödəyicilərinin əsas öhdəliklərindəndir. Bu tələblərin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində müxtəlif məbləğlərdə maliyyə sanksiyaları nəzərdə tutulur. Vergi Məcəlləsini
28.10.2026 287 Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
Ünvanlı dövlət sosial yardımının məbləğı artırılacaq. xəbər verir ki, gələn il yaşayış minimumu və ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımının məbləğınin artmasına da səbəb olacaq. Belə ki, gələn ilin büdcə zərfində yaşayış minimumunun və ehtiyac meyarının 314 manata çatdırılması nəzərd
28.10.2026 204 Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını
28.10.2026 654 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
28.10.2026 281 Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia
28.10.2026 177 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
28.10.2026 239 "Young Sheldon" ulduzundan şəxsi həyatı ilə bağlı suallara maraqlı cavab
"Young Sheldon" serialında Şeldon Kuper obrazını canlandıran aktyor Iain Armitage şəxsi həyatı ilə bağlı ona ünvanlanan suallardan danışıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı aktyor bu barədə serial haqqında hazırlanan yeni kitabda fikirlərini bölüşüb. Armitage bildiri
28.10.2026 276 Sabahın havası açıqlandı
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
28.10.2026 294 Təcrübəli evdar qadınlar niyə mətbəxdəki su kranlarını soğanla sürtürlər?
Mətbəxdəki su kranlarında yaranan ağ ləkələr və ərp bir çox evdar qadının qarşılaşdığı problemlərdəndir. Bəzi insanlar bu çirkləri təmizləmək üçün bahalı kimyəvi vasitələr alırlar. Halbuki problemi mətbəxdə hər kəsin istifadə etdiyi adi bir məhsulla da həll etmək mümkündür. xarici mediaya istinadən xəbə
28.10.2026 255