14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ - Maştağadakı cinayətin TƏFƏRRÜATI

14 yaşında evləndiyi arvadını qanına QƏLTAN ETDİ - Maştağadakı cinayətin TƏFƏRRÜATICİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il iyunun 29-da Bakının Sabunçu rayonu hadisə Maştağa qəsəbəsi, Axund.M.Əbdülkərim küçəsində qadın və atası bıçaqlanır. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerin baxış keçirir və cinayəti törədən şəxsin axtarışlarına başlanılır.

Arvadını və qayınatasını bıçaqlayan Abbas Mirzəyev Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə könüllü gələrək, təslim olub. Bu barədə həmin bölmədən Sabunçu RPİ-nə məlumat verilib.

Sabunçu RPİ İstintaq şöbəsində toplanan ilkin materiallar rayon prokurorluğuna göndərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Abbas Mirzəyev 1976-cı ildə Bakı şəhərində anadan olub, Səbail rayon Məhkəməsinin 2004-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə 2 il 6 ay müdətinə azadlıqdan məhrum olunub.

Lent.az bıçaqlanma hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Abbas Mirzəyev iyunun 29-u saat 15 radələrində yaşadığı Yasamal rayonu, Nərimanov küçəsi, ev 13-dən bıçaq götürüb qayınatasının yaşadığı evə yollanıb. Cinayətkar niyyətini gizlədib həyat yoldaşı ilə təklikdə danışmaq, guya sonuncu ilə barışmaq və onu öz evinə aparmaq istədiyini söyləyərək, yataq otağına daxil olub. Şalvarının belindən çıxardığı bıçaqla arvadı Nigar Mirzəyevaya 8 dəfə zərbə endirib. Qadının qışqırıq səsinə gələn anası Sevda Seyidova, atalığı Vaqif Seyidov və qardaşı Orxan Məmmədov onun qarşısını almağa çalışıblar. Qarşıdurma zamanı Vaqif Seyidov boyun, sol və sağ əllərindən bıçaq xəsarətləri alıb. Müdaxilə nəticəsində Orxan Məmmədov Abbas Mirzəyevin əlindən bıçağı alıb. Yaranmış səs-küydən və polis əməkdaşlarının gəlməsindən qorxaraq o, hadisə yerindən qaçıb. Zərərçəkmişlərə ixtisaslı tibbi yardım göstərilərək, həyatları xilas olduğundan ölən olmayıb.

İş üzrə dindirilmiş Abbas Mirzəyev bildirib ki, 2003-cü ilin fevral ayında bibisi Sevda Seyidovanın qızı Nigar Mirzəyeva ilə evlənib. Yasamal rayonunda yaşayıblar, nikahdan 3 övladları dünyaya gəlib:

"2010-cu ildə qız övladlarımdan biri iflic xəstəliyindən öldü. Aramızda baş verən mübahisələrə arvadımın daha yaxşı bəzənmək və geyinmək istəməsi, mənim isə bütün bunlara imkan edə bilməməyim səbəb olub. Arvadım tez-tez valideynlərinin evinə gedərək, aylarla orda qalırdı. Mən də hər dəfə gedib hər şeyin qaydasına düşəcəyini söz verərək, ondan evə qayıtmasını xahiş edirdim. 2020-ci il fevralın 26-da evimizdə olanda, mübahisə zamanı Nigar aramızdakı yaş fərqini dilə gətirərək, məni qıcıqlandırdı. Uşaqları sahibsiz qoyub, anasının yanına gedəcəyini söyləyəndə özümü saxlaya bilməyib yoldaşımın üzünə zərbələr vurdum. Zərbələrdən Nigarın dodağı qanadı. Buna görə, arvadım anası ilə Yasamal RPİ 26-cı PB-nə gedərək ərizə yazdı. Araşdırma aparılarkən hərəkətimə görə Nigardan üzr istədim, bir daha ona qarşı kobudluq etməyəcəyimə söz verdim. Nəticədə arvadım şikayət ərizəsini geri götürüb mənimlə barışdı.

2022-ci il iyunun 23-də növbəti mübahisə zamanı Nigar boşanmaq və valideynlərinin evinə getmək istədiyini bildirdi. Aramızda münaqişə yaranmağından çəkindiyim üçün bir müddətlik anasıgilə getməsinə razılıq verdim. Ayın 29-u saat 15 radələrində Maştağa qəsəbəsinə yollandım. Həyətdə qayınanam Sevda Seyidova və qayınatam Vaqif Seyidovla danışdım. Sonra yataq otağına daxil olaraq, Nigarla danışıb ondan evə qayıtmasını xahiş etdib. Amma arvadım artıq mənimlə yaşamaq istəmədiyini, boşanmaq və öz həyatını yaşamaq istədiyini dedi. Bu sözlərdən qəzəblənərək, üzərimdə olan bıçaqla ilk zərbəni arvadımın boğazına vurdum. Nigarın qışqırıq səsinə, otağa girən ata-anası və qardaşı əlimdəki bıçağı almağa çalışdılar. Qarşı-qarşıya olan zaman yoldaşımın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməkdə davam edirdim. Vaqif Seyidov da bıçaq xəsarətləri aldı. Sonra kəsici aləti əlimdən döşəməyə tullayaraq, tələsik evdən uzaqlaşdım.

Avtobusdan Zabrat dairəvi yolunda düşərək, taksiyə mindim və 26-cı bölməyə getdim. Növbətçiyə hadisə barədə məlumat verdim. Məni ordan Sabunçu rayon Polis İdarəsinə gətirdilər".

Abbas Mirzəyev əlavə edib ki, hadisə zamanı qarışıqlıq yarandığı və özünü itirdiyi üçün nə etdiyini dərk etməyib. Vaqif Seyidova ümumiyətlə xəsarət yetirmək niyyəti olmayıb. Saat 15 radələrində Maştağaya gedərkən, yolda qızı Fidana "Whatsapp" tətbiqində "ananızı pis əmələ görə yox, belə yaşaya bilmirəm deyə öldürəcəyəm" məzmunlu mesaj göndərib. Sadəcə internetdə nasazlıq olduğuna görə ismarıc qızının telefonuna gec, yəni saat 18 radələrində çatıb.

Zərərçəkmiş Nigar Mirzəyeva ifadəsində göstərib ki, ailələrinin razılığı ilə ailə həyatı quranda 14 yaşı tamam olmayıb:

"Abbas Mirzəyev məndən əvvəl evli olub. Yoldaşımla münasibətim həmişə pis olub. Abbas çox qısqanc idi, narkotik vasitə olan marixuana çəkirdi. Boş şeylərə görə evdə mübahisə yaradırdı. Dəfələrlə məni döyürdü. Abbasdan boşanmaq istəsəm də, heç vaxt bu istiqamətdə hər hansı addım atmadım. İyunun 23-də növbəti söz-söhbətdən sonra anamgilin evinə getdim. Ayın 29-da günorta Abbas evimizə gəlib mənimlə barışmaq istədiyini dedi. Nə qədər yalvarsa da, onunla barışmayacağımı bildirdim.

Həyətə çıxıb, anamla danışandan sonra yenə yataq otağına qayıtdım. Kresloda əyləşərək, mənimlə barışmaq istədəyini və bir daha məni incitməyəcəyini söylədi. Artıq bu sözlərin mənasız olduğunu vurğulayaraq, onunla heç yerə getməyəciyimi bildirdim və otaqdan çıxmaq istədim. Ayağa qalxıb mənə yaxınlaşan Abbas sol əli ilə arxadan sinəmdən tutdu və sağ əlindəki bıçaqla boğazıma zərbə vurdu. 2-ci zərbə çənəmə dəydi. Saçlarımı əlinə dolayıb məni divara sıxdı. Həmin an çiynimdən və əllərimdən müxtəlif xəsarətlər aldım. Qarışıqlıqda ögey atama xəsarətlər yetirildiyini görmədim".

Nigar Mirzəyeva hesab edib ki, ərinin məqsədi onu öldürmək olub. Əgər niyyəti qorxutmaq olsaydı, ilk zərbədən sonra hadisə yerindən uzaqlaşardı.

Şahid Vaqif Seyidov bildirib ki, 2020-ci ildən etibarən Nigarla Abbasın arasında, əsassız qısqanclıq zəmnində yaranmış mübahisələr daha da şiddətlənməyə başlayıb:

"2022-ci il iyunun 23-də evə qayıdan Nigardan nə baş verdiyini soruşanda o, ərinin ona işgəncələr verdiyini dedi. Hadisə günü, qışqırıq səsinə otağa daxil olanda Abbasın Nigarı arxadan tutub, ayaqlarını çarpaz şəkildə belinə doladığını, sol əli ilə saçını dolayıb, sağ əlindəki bıçaqla arvadının boğazını kəsdiyini və qan axdığını gördüm. Yoldaşım Sevda qışqırıb Abbasdan qızı buraxmağını tələb etdi. Lakin o, Nigarı buraxmadı. Qızımı kürəyi üstə yerə yıxıb dizini sinəsinə qoydu. Stulu götürüb ardıcıl 3 dəfə Abbasın kürəyindən vurdum. Axırıncı zərbədən sonra o, Nigarın saçını buraxdı. Qız əlindən çıxıb, digər otağa girərək, qapını arxadan kilidlədi. Abbasın əlindən bıçağı almağa cəhd edərkən, hər iki əlim kəsildi. Sonra Abbas kəsici aləti ataraq, evdən qaçdı.

Bundan sonra Sevda Seyidova ev telefonundan Təcili Tibbi Yardıma və 102 xidmətinə zəng edib məlumat verdi. Təcili yardım avtomobili məni və Nigarı Sabunçu Tibb Mərkəzinə apardı. Səhərisi gün 14-cü PB-nə polis bölməsinin əməkdaşına hadisə barədə ətraflı məlumat verdim. Orxan Məmmədov evə gələndə Abbas Mirzəyev artıq yox idi. Abbasın Nigarı öldürmək istəməsinə səbəb - qızımın boşanmaq istəməsi, birlikdə yaşamaq istəmədiyini deməsi olub. Abbas çox qısqanc idi, səbəbsiz yerə özündən fərziyyələr uydurub yoldaşını xəyanət etməkdə günahlandırırdı. Ona görə də evlərində tez-tez mübahisələr baş verirdi. 2020-ci ilin fevral ayında o, döyüb, ölümcül hala saldığı üçün Nigar bu barədə bölməyə məlumat verib, lakin sonra ailənin dağılmamasından ötrü ərizəsini geri götürüb".

Məhkəmə iclasında Abbas Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmişlər təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Abbas Mirzəyevə qanunla müəyyən edilmiş qaydada CM-nin 29,120.2.3-cü, 29,120.2.4-cü və 29,120.2.7-ci ( ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla, iki və ya daha çox şəxsi ) maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Abbas Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1448   Tarix: 18 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var

Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real TV"nin çəkiliş qrupu hücuma məruz qalıb. xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi pəncərədən yıxılaraq həyatını itirib. Hadisə barədə çəkili

28.10.2026 205
.

İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub

Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr

28.10.2026 334
.

İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi

28.10.2026 146
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

28.10.2026 277
.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

28.10.2026 381
.

Sabahın havası açıqlandı

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28.10.2026 294
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

28.10.2026 281
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

28.10.2026 378
.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

28.10.2026 273
.