Fransa Ermənistanı dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə şərik olur

Fransa Ermənistanı dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə şərik olurFransanın Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı tələm-tələsik bəyanat verərək, guya qərarın Fransanın mövqeyinə uyğun olduğu təəssüratı yaratmağa çalışmışdır.

"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Fransız diplomatiyasına yaxşı məlumdur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında sadəcə Azərbaycanın onsuz da atmaqda olduğu addımlar sadalanıb. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq, öz ərazisində yaşayan bütün insanların hüquqlarını təmin edir. Azərbaycan Qarabağ bölgəsindən köçmüş ermənilərin qayıdış hüququ ilə bağlı öz siyasətini aydın bəyan edib.

Ona görə də Fransanın bu məsələyə müdaxilə etməsi yersizdir, əsassızdır və təxribat xarakteri daşıyır.

Yaxşı olardı ki, Fransa iradlarını özünə və qovulmuş azərbaycanlıların qayıdışına hətta nəzəri olaraq belə razılıq verməyən Ermənistan hökumətinə yönəltsin. Fransa Ermənistanı qeyd-şərtsiz dəstəkləməklə onun törətdiyi insanlıq əleyhinə cinayətlərə, o cümlədən azərbaycanlıların qayıdış hüququnu pozmasına şərik olur.

Qərbi Azərbaycan İcması Fransanın insan hüquqları kimi ülvi dəyərdən sui-istifadə edərək regionda mənfur neokolonial məqsədlərini irəlilətmək cəhdlərini ifşa etməkdə davam edəcək", - bəyanatda qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 521   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT

Yardımlıda arvadına işgəncə verən ər həbs olunub. -ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib. İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla so

12:10 91
.

Azərbaycanda əhalinin yarısı bundan əziyyət çəkir

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir. BİG.AZ -a istinadla xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədə

10:45 120
.

8 gün iş OLMAYACAQ - TƏQVİM

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c

00:07 312
.

Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir araya gətirdi. "Report" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkə hesabındakı paylaşımd

12:50 31
.

ADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb

Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb. "Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb"

08.08.2026 211
.

İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə v

11:39 99
.

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. BİG.AZ Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyT

08.08.2026 464
.

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. "Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilə

10:15 107
.

Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankları

00:15 252
.

TOP MP3