"Foreign Affairs": "ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır"
"Həm ABŞ-da, həm də Avropada Ukraynaya hərbi və iqtisadi dəstək sahəsində siyasi iradə azalmağa başlayıb. Bu hallar Ukraynanın və onun tərəfdaşlarının həyata keçirdiyi hazırkı strategiyanın hərtərəfli yenidən qiymətləndirilməsinin zəruriliyini diktə edir".
"Report"un məlumatına görə, bu barədə "Foreign Affairs"in məqaləsində deyilir.
Qeyd olunub ki, ABŞ Ukrayna və onun avropalı tərəfdaşları ilə atəşkəsə əsaslanan strategiya üçün məsləhətləşmələrə başlamalıdır. Belə ki, Ukraynanın yüksək səviyyədə əks-hücum etməsinə baxmayaraq, Rusiya faktiki olaraq 2023-cü ildə Ukraynadan daha çox ərazi əldə edib:
"Ümumilikdə, tərəflərdən heç biri ciddi irəliləyiş əldə etməyib. Ukrayna və Rusiya qüvvələri faktiki olaraq çıxılmaz vəziyyətə düşüb. Qərb üçün seçimlərdən biri eyni şeyi etməyə davam etmək, Ukraynanı çoxlu silahla təmin etməkdir. Bəlkə, Kiyev qüvvələri sonda Rusiyanı məğlub edə bilsin.
Kiyev və onun tərəfdarları üçün dalana aparan və tezliklə Qərbin Ukraynaya dəstəyinin kəskin azalmasına gətirib çıxara biləcək kursu davam etdirməkdənsə, məqsəd və vasitələri tarazlaşdıracaq yeni strategiya qəbul etmək daha üstündür. Vaşinqton Ukrayna və Qərb müttəfiqlərlə Kiyevi hücumdan müdafiə strategiyasına keçməklə atəşkəs təklif etməyə inandırmaq məqsədi ilə məsləhətləşmələrin başlanmasına rəhbərlik etməlidir".
Vurğulanıb ki, Qərb tərəfdarları arasında Ukrayna ilə bağlı yorğunluq onların Kiyevi dəstəkləməyə davam etmək istəyinə təsir göstərməyə başlayır. Birləşmiş Ştatlar Qərbin Ukraynaya yardımında mərkəzi rol oynamağa davam edir, lakin Respublikaçılar Partiyası daxilində əhəmiyyətli miqdarda əlavə yardımın göstərilməsinə qarşı artan müxalifət var ki, bu da Bayden administrasiyasının yeni vəsait tələblərinə indiyədək mane olub:
"ABŞ-ın Ukraynaya dəstəyindəki dalğalanmalar, eyni zamanda, Aİ üzvlərindən birinin (Slovakiya) artıq Kiyevə hərbi yardımı dayandırmaq qərarına gəldiyi Avropada dalğalanmaları artıracaq. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və onun ardınca Qəzzada baş verən münaqişə də dünyanın diqqətini cəlb edərək, Ukraynadakı müharibəni arxa plana keçirdi. Söhbət təkcə Vaşinqtonun diqqətini yayındırmasında deyil: ABŞ ordusunun yalnız məhdud resursları var, ölkənin müdafiə sənayesi bazası isə həddindən artıq məhdud istehsal gücünə malikdir. ABŞ qaynar müharibəyə cəlb edilən iki tərəfdaşı dəstəkləmək üçün mübarizə aparır".
Bildirilib ki, Ukraynanın yaşaması uğrunda mübarizə kimi başlayan qarşıdurma artıq seçim müharibəsinə çevrilib:
"Ukrayna zamanla Qərb dəstəyini itirmək riski ilə üzləşən ölkədir. Kiyev hələ də Rusiyanın nəzarətində olan əraziləri geri almaq üçün ölkənin gələcəyini riskə atmaqdansa, digər torpaqların əksər hissəsinin firavan və təhlükəsiz demokratiyaya çevrilməsini təmin etməlidir. ABŞ seçkilərinə hələ bir il qalır və bu, Ukraynanı məğlub vəziyyətə gətirib çıxara bilər. Nə Vaşinqton, nə də Kiyev belə riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 573 Tarix: 19 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə
Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar
13:22 240 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 289 Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
15:05 330 Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia
21:30 138 4 yaşlı oğlunu itirdi, yazdığı mahnı dünyanı ağlatdı - 35 illik faciənin hekayəsi
Britaniyalı məşhur musiqiçi Erik Klaptonun "Cənnətdə göz yaşları" mahnısı musiqi tarixinin ən kədərli əsərlərindən biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnı sənətçinin dörd yaşlı oğlu Konorun faciəvi ölümündən sonra yazılıb. Faciə 1991-ci ilin martında baş verib. Klaptonu
18:30 241 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 236 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
11:57 364 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
17:46 230 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
22:30 0