Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın anadan olmasından 63 il ötür.
BiG.AZ xəbər verir ki, Gültəkin Məlik qızı Əsgərova 1960-ci il noyabrın 20-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib. O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.
Özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdi.1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub.
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb.
Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Bura yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyulda şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Əminə adlı qızı var idi. Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. 20 noyabr 1993-cü il tarixli 31 saylı fərman ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1766 Tarix: 20 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentdən daşınmaz əmlakla bağlı - Fərman
"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini
16:55 254 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
17:46 230 Alış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə
Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar
13:22 240 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
11:57 364 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 356 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
22:00 1 Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 236 Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia
21:30 138 Yeni işi bəlli oldu
Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib
22:00 104