Tahir İmanov QƏZƏBLƏNDİ: "Televiziyalar "mənə maçı ver" oxuyan müğənniləri təbliğ edir" - VİDEO
"Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib. Anamla mən şokdayıq... Görün, toylarda o zamanlar kimlər oxuyurdu... Adları, hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Artıq bir-bir onların adını çəkməyəcəyəm, çünki nə qədər sadalasam, soruşacaqlar ki, "onlar kimdir?", sonra da başlayacaqlar onların adlarını internetdə "Google" da axtarmağa.
Sonra xalq artisti Brilliant Dadaşova gəldi və s.. Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda çıxış edirdilər. İndi baxın, görün ki, televiziya hansı müğənnilərin təbliğini aparır... "Mənə maçı ver...." Axı bu nə mahnıdır? Bu nə sözlərdir? Mənə izah edin, zəhmət olmasa..."
Bizim.Media xəbər verir ki, bu sözləri "Planet Parni İz Baku" komandasının məşhur üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "Фруктовый чай" verilişində deyib.
Aktyor musiqi mədəniyyətində baş alıb gedən özbaşınalıqlara, bayağılığa və xaosa üsyan edib. Əməkdar artist bunun günahını televiziyalarda təbliğ olunan bayağılıqda görüb:
"Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranmışdı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası yoxdur... Çünki televiziya belə bir vəziyyətə gətirib hər şeyi çıxarıb.
Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yox idi... Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq. Sonu olmayan böyük repertuarımız var. Mən xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir. Orada lirika, 6/8-lik ritm və vals da var. Ümumiyyətlə, nə istəyirsən var..."
T.İmanov fəxri adı olan müğənnilərin məşhur bəstəkarlarımızın yaratdığı əsərləri deyil, kimliyi bəlli olmayan qeyri-peşəkarların mahnılarını oxumasına qarşı çıxıb:
"Niyə bizim Xalq və Əməkdar artistlər Bokanın repertuarından mahnılar oxuyurlar və ya Azərbaycan mədəniyyətimizə heç bir aidiyyatı olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət. Müğənnilərimiz "Başımızın üzərindən durnalar uçur" adlı mahnı oxuyurlar. Haradadır böyük və məşhur bəstəkarların mahnıları? Niyə bu bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir... Özümə yer tapa bilmirəm görəndə ki, Xalq və Əməkdar artistlər və onları başqa Xalq artisti musiqiçi müşayiət edib, anlaşılmaz adamların repertuarından mahnılar oxuyurlar. Soruşanda ki, niyə belə mahnılar oxuyursan, o, cavab verir ki, "məclis sahibləri belə istəyirlər". Axı siz onlara deyə bilərsiniz ki, nə oxuyacam, nə də ifa edəcəm. İnanın səmimiyyətimə mən şəxsən bütün bu mahnılara dözə bilmirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1558 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 1 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 254 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
19:30 1 Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
10:26 236 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
18:45 2 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd
10:58 209 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 258