Aydın Hüseynov: "Müharibə veteranı və hərbçilərin sosial təminatı dövlətin diqqətindədir"

Aydın Hüseynov: "Müharibə veteranı və hərbçilərin sosial təminatı dövlətin diqqətindədir""Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin, müharibə veteranlarımızın, şəhid ailələlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması dövlətimizin xüsusi diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial vəziyyəti və maddi şəraitinin yaxşılaşdırılması, mənzillə təminatı istiqamətində ardıcıl mühüm addımlar atılır. Eləcə də əlilliyi olan, sağlamlıq məhduddiyətinə malik veteranların da sosial müvainətləri artırılır. Müharibə veteranı olan, ancaq sağlamlığında problem olmayan şəxslərin də sosial müdafiəsi ilə bağlı addımlar atılır, onların da müavinətlərinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilir".

Bu barədə BiG.AZ-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra dövlətimiz ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə davamlı olaraq mühüm imtiyazlar, güzəştlər etməkdədir:

"Son 2 ildə dövlət başçısı tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazların əhatə dairəsi genişləndirilib, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin sosial müdafiəsi ilə bağlı bir sıra güzəştlər də nəzərdə tutulub. Şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə müavinət müəyyən edilib, onlar digər sosial qayğılarla əhatə olunurlar. Eləcə də, qazilərimiz üçün dövlətin kifayət qədər sosial dəstəyi vardır. Onlara Prezident təqaüdü və aylıq müavinətlər ödənilir, mənzil və avtomobil təminatı davamlı olaraq yerinə yetirlir".

A.Hüseynov müharibə veteranları və hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artrırılması istiqamətində də ardıcıl addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, 2021-ci ildən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsi təmin edilib:

"Belə ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Hərbçilərə qarşı bu sosial qayğının davamı olaraq Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən etibarən, 20 faiz artırılacaq".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

18:15 1
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 108
.

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny

10:21 250
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

11:55 254
.

Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz

Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni

19:30 1
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

10:26 236
.

Niyə bu sabunun üzərinə 72 faiz yazılır?

Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi

18:45 2
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 209
.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.