Biliklərini 20 manata yoxlatmağa məcbur edilən ibtidailər - Bu, onlar üçün vacibdir?
İbtidai sinif şagirdlərinin sınaq imtahanlarında iştirak etməsi böyük narazılığa səbəb olub. Valideynlər bunu müəllimlərin növbəti fırıldaqlığı kimi qiymətləndirir. Onlar 1-ci sinif uşaqlarının 3 aydır dərsə getdiyini qeyd edilər:
"İbtidai sinif müəllimləri hansısa özəl hazırlıq kursu ilə anlaşır və bazar günləri "sınaq imtahanı" adı altında birinciləri imtahana dəvət edirlər. İmtahana girmək üçün isə hər valideyndən uşağına görə 20 manat pul alınır".
Valideynlər bu məsələdə hazırlıq kursunun direktoru ilə müəllimin şərik olduğunu vurğulayıblar.
Qaynarinfo bununla bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.
Təhsil eksperti bildirib ki, imtahana hazırlaşan şagirdlərin, abituriyentlərin, hətta aşağı sinif şagirdlərinin belə tez-tez müraciət etdiyi hazırlıq vasitələrdən biri də sınaq imtahanlarıdır:
"Əsasən, ali məktəbə hazırlaşan abituriyentlər imtahan tipi ilə tanış olmaq, vaxt bölgüsünü öyrənmək üçün sınaq imtahanlarına gedirlər. Tədqiqatlar göstərir ki, sınaqda iştirak edən abituriyentlər imtahan vaxtı özlərini itirmirlər, testləri cavablandırarkən tələsmirlər və müəyyən metodlardan rahat istifadə edirlər və sınaq bu vərdişləri inkişaf etdirir. Hər bir abituriyent öyrəndiklərini yoxlamaq üçün sınaq imtahanlarında mütəmadi olaraq iştirak edir. Bu təhsilin bir çox sahələrində də tətbiq olunur. Amma aparılan tədqiqatlar göstərir ki, gələcəkdə verəcəyin imtahanları verməmişdən əvvəl ona uyğun sınağa girmək vacibdir".
Kamran Əsədov sınaq imtahanının 9, 10, 11-ci siniflər üçün lazım olduğunu qeyd edib:
"Çox təəsüflər olsun ki, bu gün hətta 1-ci siniflər üçün sınaq imtahanları keçirilir. Düzdür, əldə edilmiş biliyin, formalaşmış bacarıqların erkən yaşlarda yoxlanılması, ölçülməsi zəruridir, amma bunu tez-tez və baha qiymətə etmək olmaz. Yuxarı siniflər üçün özünə inamın yaranması, hansı mövzuda zəif olduğunu bilmək, bilmədiklərini öyrənmək, imtahana kifayət qədər hazırlıqlı olmaq, imtahanı verərkən həyəcanın olmaması sınaqların bəzi əhəmiyyətli funksiyalarıdır".
Kamran Əsədov qeyd edib ki, ibtidai sinif müəllimləri öz maraqları üçün müəyyən kursların sınaqlarında uşaqların məcburi iştirakını tələb edirlər:
"Bu, uşaqlara psixoloji mənfi təsir göstərir. Yaxşı olar ki, sınaq imtahanları 5 manatdan baha olmasın və 2-3 aydan bir olsun. Bu zaman şagirdlər daha yaxşı hazırlaşa, bilmədiklərini öyrənə bilərlər. Təhsili, uşaqların gələcəyini, psixologiyalarını maddi maraqlara qurban vermək olmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 954 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr
18:15 1 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi
200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny
10:21 250 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 254 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
19:30 1 Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
10:26 236 Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Təsərrüfat sabunu paltar yumaq, səthləri təmizləmək və çətin ləkələri çıxarmaq üçün istifadə olunur. Lakin onun üzərində yazılan 65, 70 və 72 faiz yazılmasının mənasını hər kəs bilmir. Bu göstəricilər sabunun tərkibi və yuyucu xüsusiyyətləri ilə bağlıdır. xarici mediaya istinadla xəbər verir ki, həmi
18:45 2 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd
10:58 209 Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə
"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa
11:17 258